“Eurovision-2012 paytaxtının uşaqları” adlı konsert keçirilib
Mayın 4-də Gənclər üçünTəhsilMərkəzi “Worldvision İnternational” təşkilatınındəstəyiilə “Eurovision-2012” mahnı müsabiqəsinə ictimaidəstəkməqsədilə “Eurovision-2012 paytaxtınınuşaqları” adlı konserttəşkiledib. APA-nın məlumatına görə, məktəblilərin iştirakı ilə keçirilən tədbirdə Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev tədbirin mahiyyəti barədə danışıb, bildirib ki, uşaqdan böyüyə hər bir kəs dövlətə dəstək verməyə hazır olmalıdır: “Bu müsabiqənin Azərbaycan dövləti, onun vətəndaşları üçün böyük əhəmiyyəti var. Odur ki, hamımız bu müsabiqənin yüksək səviyyədə keçməsinə, habelə Azərbaycanın dünyada tanınmasına xidmət etməsinə öz töhfəmizi verməliyik”.
Sonra musiqi məktəblərinin, uşaq evlərinin kollektivlərinin ifasında musiqi və rəqs nömrələri təqdim olunub, gənc müğənnilərin ifaları dinlənilib. Tədbirdə uşaqlar və böyüklərin iştirakı ilə “Eurovision” müsabiqəsinə həsr olunmuş viktorina da keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.