Bazar ertəsi, 07 May 2012 11:34
Xocalı məktəbliləri üçün məktəb binası inşa edilib
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin öz yurd-yuvasından didərgin düşmüş Sabunçu rayonunun Qızılqum qəsəbəsində məskunlaşmış xocalılar üçün yeni məktəb binasını inşa edib. Qısa müddət ərzində ümumi sahəsi 225 m2 olan 8 sinif otağı, bir kitabxana və müəllimlər otağı tikilərək başa çatdırılıb. Bununla yanaşı, ərazidəki köhnə məktəb binasında da təmir işləri aparılıb, ümumi sahəsi 2400 m2-ə yaxın olan məktəbyanı sahədə yaşıllaşdırma və abadlıq işləri görülüb. Yeni məktəb binasını tamamladıqdan sonra korporasiya sinif otaqlarının masa, yazı taxtası və s. məktəb avadanlıqları ilə təmin olunmasını da həyata keçirib. Ümumilikdə məktəbin tikintisinə 100 min manata yaxın vəsait sərf olunub.