Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 03 May 2012 09:31

“Yaşıl İçki” Azərbaycanda ənənə halını alıb

02.04.2012“GMO-lar insan sağlamlığından başqa, ətraf mühitə də böyük ziyan vura bilər”   

Son zamanlar kütləvi informasiya vasitələrində tez-tez “Genetik cəhətdən Modifikasiya Olunmuş Orqanizmlər-GMO” ifadəsinə rast gəlirik. GMO nədir? Hansı qidaların tərkibində olur? Nə dərəcədə təhlükəlidir və bu məsələ Azərbaycan qanunvericiliyndə öz əksini tapibmı? Bu və digər sualların ətrafında müzakirələr mayın 2-də Azərbaycan Ornitoloji Cəmiyyətin təşkil etdiyi “Yaşıl içki” (Green Drinks) görüşündə aparıldı. Tədbirə “GMO” sahəsinin mütəxəssis və ekspertləri, gənclər qatılmışdır.

Görüşdə ekspert, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova GMO-lara qarşı çıxanların və onların törətdikləri fəsadları sübut edən araşdırmaların sayının getdikcə artdığını bildirdi. GMO texnologiyalarının yaranması, onların olduğu ərzaqların istifadəsi ilə bağlı problem və risklərdən söhbət açan spiker ərzaq təhlükəsizliyi ilə bağlı gənclərə bəzi məsləhətlər verdi. Onun qənaətinə görə, GMO-lar insan sağlamlığından başqa, ətraf mühitə, torpağa, su hövzələrinə, biomüxtəlifliyə böyük ziyan vura bilər.

Qeyd edək ki, “Yaşıl İçki” ətraf mühitlə maraqlanan insanların birlikdə toplandığı qeyri-rəsmi görüşdür. İlk dəfə Londonda 1989-cu ildə Edvin Daşevski, Paul Skott və dostları tərəfindən ənənə halına gələrək sonralar Birləşmiş Krallığın 51, ABŞ-ın 400 və Kanada, Almaniya, Polşa, İsveç, Hollandiya, Yaponiya, Sinqapur, Kuala Lumpur, Honq-Konq, Manila, Yeni Zenlandiya, Avstraliya, Çili, Puerto Riko, Livan kimi ölkələrin bir çox şəhərlərinə yayılmışdır. Artıq 2011-ci ilin mart ayından etibarən, dünyada 770 Yaşıl İçki nümayəndəliklərinin əsası qoyulmuşdur. Azərbaycanda “Yaşıl İçki” ilk görüşünü 6 sentyabr 2011-ci il tarixində ADA Kitab Mərkəzində həyata keçirmiş və bir ildən artıqdır ki, bu cür görüşlər ənənə halını alıb.

Oxunub 2111 dəfə