Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 01 May 2012 11:28

“Bank of Baku” uşaqlar üçün rəsm müsabiqəsi elan edib

Bank of_BakuAzərbaycanın “Bank of Baku” ASC uşaqların yaradıcılıq potensialını həvəsləndirmək məqsədilə http://www.facebook.com/bankofbaku korporativ sosial şəbəkəsində rəsm müsabiqəsinə start verir. Bankdan “APA_Economics”ə verilən məlumata görə, “Mənin bankım” adlı rəsm müsabiqəsinə 8-12 yaş arası uşaqlar iştirak etməyə dəvət olunur.

Rəsmdə uşaqlar “Bank of Baku”nu necə təsəvvür etdiklərini əks etdirməlidirlər. Rəsmlərdə bankın inzibati binası, işçiləri, müştərilər, habelə bankomat və ya ödəniş terminalları ilə həyata keçirilən müxtəlif maliyyə əməliyyatları təsvir edilə bilər. Valideynlər övladlarına bankın nə kimi maliyyə təsisatı olduğunu ətraflı izah etməkdə sərbəstdir. Aparılacaq səsvermə nəticəsində ən çox “Like” toplamış 10 rəsm əsərindən bankın münsiflər heyəti 3 qalibi müəyyən edəcək. 1-ci yerin qalibi 500 manat, ikinci yerin qalibi 300 manat, üçüncü yerin qalibi isə 200 manat qazanacaq. Bu qaliblərdən başqa, göndərilmiş rəsmlər arasından bankın münsiflər heyətinin simpatiyasını qazanmış bir rəsm müəllifi 600 manat əldə edəcək.

Rəsmlər mayın 1-dən 20-nə kimi qəbul edilir. Mayın 21-dən iyunun 10-na kimi isə səsvermə keçiriləcək.

Skan edilmiş rəsmlər bu elektron ünvana göndərilməlidir: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. . Göndərilən hər bir rəsmin alt hissəsində müəllifin adı, soyadı, atasının adı, habelə yaşı və əlaqə nömrəsi qeyd edilməlidir. Eyni zamanda rəsmdə “Bank of Baku”nun adı da əks olunmalıdır. Üstəlik onu da qeyd edək ki, müsabiqə zamanı müəyyən edilmiş 12 ən yaxşı rəsm Bank of Baku-nun 2013-cü il üçün korporativ təqviminə daxil ediləcək.

Diqqət: müsabiqə zamanı rəsmi bəyənilərək seçilmiş müəlliflər banka dəvət edilərək öz rəsm qabiliyyətini bir daha isbat etməli olacaqlar. Rəsm çəkilərkən valideynlərin uşaqlara yalnız şifahi tövsiyələri mümkündür.

Nəzərinizə çatdıraq ki, Bank of Baku əməkdaşlarının ailə üzvləri və xaricdə yaşayan şəxslər müsabiqəyə buraxılmır. Müsabiqənin təfsilatları ilə yaxından tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. Bank of Baku istənilən sualı onlayn rejimdə də cavablandırır. Bunun üçün Bank of Baku–nun www.bankofbaku.com və ya sosial şəbəkə səhifəsi - www.facebook.com/bankofbaku.com-a baş çəkmək kifayətdir.

Oxunub 2566 dəfə