Bazar ertəsi, 04 Fevral 2013 17:47
Hər beşinci uşağa müavinətin məbləği artır
Azərbaycan ailələrində dördüncü uşaqdan sonra doğulacaq hər uşağa görə verilən müavinətin məbləği artırılacaq və onlara ərzaq üçün talonlar veriləcək. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsində nəzərdə tutulub.
Layihəyə görə, eyni zamanda övladlığa götürülən uşaqlar da daxil olmaqla, tərkibində 5 və daha çox 18 yaşına qədər, habelə 3 və daha çox əkiz uşaqları olan ailələrin uşaqlarının məktəbəqədər müəssisələrinin xərci dövlət tərəfindən ödəniləcək. Qeyd edək ki, qanun layihəsi Milli Məclisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunub, layihə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
APA