Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 01 Fevral 2013 13:31

ABŞ-ın Nyu-Meksika ştatının Senatı Xocalı soyqırımını rəsmən tanıyıb

xocaliABŞ-ın Nyu-Meksika ştatının Senatı Xocalı soyqırımını rəsmən tanıyıb. APA-nın Senatın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Senatın qəbul etdiyi qətnamənin lehinə 35 senator səs verib. Azərbaycanda dinc əhalinin kütləvi qətlini tanıyan qətnamə senator Gerald Ortiz Pino tərəfindən ABŞ-ın Nyu-Meksika ştatının Senatına təqdim olunub.

Bu sənəddə Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə, 25-26 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalının işğal olunması və orada yaşayan uşaqlar, qadınlar, qocalar daxil olmaqla 600-dən çox dinc azərbaycanlının kütləvi qırğına məruz qalmasından bəhs edilir. Müəllif qeyd edib ki, “işğal əməliyyatından sonra Xocalıda eybəcər hala salınmış və şikəst olmuş insan meyitləri aşkarlanıb ki, bu da dinc əhaliyə edilmiş ən qeyri-insanı hərəkətdir”.

Sənəddə qeyd olunub ki, BMT TŞ qətnamələrinin Azərbaycan ərazilərinin işğal faktını tənqid etməsinə baxmayaraq, Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycanın 20 faiz torpaqları hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu gün isə eyni məzmunlu qətnamə Nümayəndələr Palatasında da qəbul olunub. Nümayəndələr Palatasına təqdim olunan qətnamənin müəllifi isə Debbi Rodelladır.

Oxunub 2292 dəfə