Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 24 Yanvar 2013 13:53

Azərbaycanda çoxuşaqlı ailələrə pulsuz yaşayış sahələri verilə bilər

AileAzərbaycanda çoxuşaqlı ailələrə yaşayış sahələri pulsuz verilə və həmin ailələrə xüsusi müavinətlər ayrıla bilər. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsində nəzərdə tutulur. Layihə Milli Məclisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olub, sənədlə bağlı QHT-lər tərəfindən əlavə təkliflər də var. Belə bir qanunun hazırlanmasına səbəb son 10 ildə çoxuşaqlı ailələrin sayının sürətlə azalması göstərilir.

Təkliflərə görə, çoxuşaqlı ailə dedikdə, övladlığa götürülən uşaqlar da daxil olmaqla, tərkibində 5 və daha çox 18 yaşına qədər, habelə 3 və daha çox əkiz uşaqları olan və onları 18 yaşınadək tərbiyə edən ailə nəzərdə tutulur. Buna baxmayaraq, müzakirələr zamanı göstərilən say tərkibində müvafiq dəyişikliklər də oluna bilər. Qanuna edilən təkliflərdə nəzərdə tutulur ki, çoxuşaqlı ailələrin uşaqları dövlət ali və orta ixtisas məktəblərinin ödənişli fakültələrində güzəştli əsaslarla təhsil almaq imkanı qazanacaqlar. Həmçinin uşaqların məktəbdənkənar təhsil müəssisələrində pulsuz əsaslarla əlavə təhsil alması, bütün təhsil dövründə dərs ləvazimatları, məktəbli və idman formaları ilə pulsuz təmin olunması, bu ailələrin uşaqlarına 6 yaşadək həkim resepti ilə alınan dərmanların pulsuz verilməsi, nəqliyyatdan istifadəyə görə kompensasiya verilməsi, istirahət, mədəniyyət obyektlərinə pulsuz göndəriş verilməsi təklif olunur. Əyani təhsil alan uşaqlar təhsilini bitirənə qədər, lakin 23 yaşdan çox olmamaq şərti ilə, çağırış üzrə həqiqi hərbi xidmətdə olanlar xidmət müddəti bitənə qədər bu kateqoriyaya daxil ediləcək.

Qeyd edək ki, hazırda Milli Məclisin Sosial siyasət komitəsində Dövlət Komitəsi ilə birgə hazırlanan qanun layihəsinə yeni təkliflərin olması da gözlənilir. Layihə bu ilin sonuna kimi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Oxunub 2868 dəfə