“Mateo Falkone” filmi yeniləşmiş versiyada tamaşaçılara təqdim olundu
Mayın 22-də Nizami Kino Mərkəzində “Balans” milli rəqəmsal studiyası Çingiz Mustafayev Fondu, “ANS Qrup”, “Azərbaycanfilm" kinostudiyası və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyilə görkəmli Azərbaycan rejissoru Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər çərçivəsində bərpa etdiyi “Mateo Falkone” filmini tamaşaçılara təqdim etdi.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası əsaslı təmirdən sonra istefadəyə verilib
Mayın 21-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirildi. Bu barədə məlumat Azərbaycan Mədəniyyət Nazirliyinin http://mct.gov.az/az rəsmi saytında dərc olunub.
Bakıda lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb
Mayın 21-dən 2019-2020-ci tədris ilində lisey və gimnaziyaların müəyyənləşdirilmiş ərazisində yaşayan vətəndaşların övladlarının tədris digər dildə aparılan bölmələrinə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə komissiyası fəaliyyətə başlayıb. Məlumatı Trend İA yayıb.
Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
ELS Müstəqil Araşdırmalar Mərkəzi yeni layihəyə başlayıb
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsinə start verib. Layihə çərçivəsində iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyinin keçirilməsi planlaşdırılır.
Qala-konsertə hazırlıq: mahnıların səsyazması gedir
Səsyazma studiyasında bəstəkar Oqtay Zülfüqarovun 90 illiyi ilə bağlı qala-konsertdə ifa olunacaq mahnıların audio yazıları davam edir. ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində keçiriləcək qala-konsertdə bəstəkarın uşaq mahnıları yenidən gündəmə gətiriləcək.
Mayın 19-da səsyazma studiyasında layihənin işçi qrupunun iştirakı ilə 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokal müəllimi Gülnarə Qurbanova və xormeyster İradə Cabbarovanın rəhbərliyi altında uşaqların ifa edəcəkləri mahnılar yazılıb.
II və III ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.