Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu rayonundakı 2 saylı Doğum evində olub
Martın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 2 saylı Doğum evində olub. Xatırladaq ki, bu Doğum evi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1987-ci ildə istifadəyə verilib.
Prezident İlham Əliyev teatrların inkişafına 1,8 milyon manat ayırdı
Ötən gün Prezident İlham Əliyev Azərbaycan teatr xadimlərinin müraciətini nəzərə alaraq, Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə körpələr evi-uşaq bağçasında olub
Bu gün, fevralın 28-də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərində 32 saylı körpələr evi-uşaq bağçasında olublar. Məlumatı Trend İA yayıb.
Bağçaların yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklif edilir
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını təklif edir. Trend-in məlumatına görə, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2018-ci il üzrə illik məruzəsində qeyd edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 saylı uşaq evinin sakinləri ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 saylı uşaq evində olub. Fonddan Trend-ə verilən məlumata görə, əvvəlcə Leyla Əliyeva uşaq evinin yeni idman meydançasında yaradılan şəraitə baxıb.
İdman meydançası Heydər Əliyev Fondunun təşəbbüsü və Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə inşa edilib. Burada müxtəlif idman qurğuları quraşdırılıb, azyaşlılar üçün futbol və basketbol meydançası yenidən yaradılıb. Həyətyanı sahə abadlaşdırılıb.
Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub. Məlumatı Fonda istinadən Trend İA yayıb.
Leyla Əliyevaya müəssisə barədə məlumat verilib. Belə ki, 1944-cü ildən fəaliyyət göstərən institut hazırda üç hissədən ibarətdir: klinika, mərkəzi qan bankı və elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir. İnstitutun elm hissəsində bu sahənin aktual problemlərinə həsr olunan tədqiqatlar aparılır.