2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə sınaq imtahanı keçirəcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq.
Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək
Doğum evlərində (şöbələrində) "Körpə dostu" xəstəxana standartlarının tətbiqi ilə bağlı UNİCEF ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq nəzərdə tutulur. Bunu özəl olaraq Trend-ə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib. Onun sözlərinə görə, "Körpə dostu" xəstəxana standartlarının ən əsas xüsusiyyətlərindən biri yeni ana olmuş qadınlara düzgün məsləhətlərin verilməsidir. Bu məsləhətlərdən biri də uşağın müəyyən yaşa qədər yalnız ana südü ilə qidalanması ilə bağlıdır.
Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur. Trend-in məlumatına görə, Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir. 20 Yanvar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Fevralın 1-dən tələbələrin köçürülməsi başlayır
Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq.
Hava ilə əlaqədar yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq – ƏMR VERİLDİ
Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.
Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib
Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib. Dövlətimizin başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.