Əkizlər yeni dünya rekorduna imza atdılar
Emi və Keti bacılarının 87 gün fərqlə dünyaya gəlməsi faktı “əkizlərin anadan olmasının arasında ən uzun interval” kimi Qinnes rekordlar kitabına düşəcək. Mariya Cons-Elliot əkiz-qızlarını bağrına basaraq onları “mənim balaca möcüzələrim” deyə cağırır. Mariya vaxtından dörd ay əvvəl Emini, üç aydan sonra isə Ketini dünyaya gətirib.
Akademik Milli Dram Teatrda “Maşa və Ayı” tamaşası nümayiş olunub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Gürcüstanın “Multi-Pulti Dünyası” Uşaq Teatrının hazırladığı “Maşa və Ayı” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 21 və 27 apreldə nümayiş olunan tamaşa çox böyük marağa səbəb olub.
“Maşa və ayı” tamaşası lisenziya əsasında hazırlanıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək. Bakıda nümayiş olunan seriya “Arzular çin olur” adlanır.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi uşaqlar arasında rəsm müsabiqəsi keçirir
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi Avropa Gününə həsr olunmuş rəsm müsabiqəsi elan edir. Nümayəndəlikdən APA-ya verilən məlumata görə, “Avropaya baxış” adlı uşaq rəsm müsabiqəsində məqsəd rəsmlərdə uşaqların Avropanı və Azərbaycanın Avropadakı mövqeyini necə gördüklərini nümayiş etdirməkdir.
Bakıda “Balacaların böyük düşüncələri yaşıl fırça ilə” adlı rəsm sərgisi keçirilib
Aprelin 23-də “28 Mall” Ticarət və Əyləncə Mərkəzində United Aid For Azerbaijan (UAFA) və Azərbaycan Tələbə Gəncləri Təşkilatı İttifaqı (ATGTİ) “Ekologiya” işçi qrupunun təşkilatçılığı ilə “Balacaların böyük düşüncələri yaşıl fırça ilə” adlı rəsm sərgisi keçirilib.
Millət vəkili AŞPA rəhbərliyinə müraciət etdi
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyona, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda, AŞ PA-nın baş katibi Voysix Saviçkiyə və AŞ PA-nın bütün üzvlərinə 5 sualının cavablandırılması xahişi ilə müraciət ünvanlayıb. Müraciətdə deyilir:
Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlar pulsuz ali təhsil alacaqlar
Milli Məclisin bugünkü iclasında "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə məlumat verən Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, dəyişikliyə əsasən, Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, dövlət və özəl təhsil müəssisələrində ödənişli təhsil alan uşaqların təhsil haqqı dövlət hesabına ödəniləcək.