admin2
İpəkcənin macəraları
Sevinc Nuruqızı
İpəkcənin macəraları
Kirpi balasına ad qoydular
iri vardı, biri yox. Meşələrin birində bir kirpi balası var idi... Yox, bu, deyəsən, düz olmadı. Axı kiçik kirpi balası bu gün də var. Adına İpəkcə deyirlər. İndi deyəcəksiniz ki, kirpi balası hara, İpəkcə hara? Amma onun adı, doğrudan da, İpəkcədir. Bu adı körpə kirpi balasına qonşuları Bozqulaq qoyub. Necə olub? Deyim siz də bilin.
Günlərin bir günü kirpi balası öz ilk addımını koğuşdan çölə atdı. Əvvəlcə büdrəyib yerə yıxıldı. Sonra qalxıb ovcundakı qırmızı meşə almasından bir dişlək alıb dedi:
—Ay aman, necə dadlıdır?! —birdən kirpicik çəməndə həvəslə oynaşan dovşan balalarını gördü.—Ey, siz kimsiniz?
Koğuşdan anasının səsi gəldi:
—Əvvəlcə salam verərlər.
Kirpicik gözlərini döydü. Axı haradan bilsin. Birinci dəfədir ki, yuvadan çıxır:
—Salam.
Dovşan balaları ona tərəf baxmadılar. Çünki kirpi çox balaca idi. Otlardan seçilmirdi. Səsi də çox zəif idi:
—Ey, sizinləyəm, salam!—deyə kirpi balası qışqırmağa, kiçik dabanları üstə qalxıb özünü göstərməyə çalışdı... və dovşan balaları onu gördülər.
—Bir baxın, bapbalaca kirpi.
—Yaxın getmə, Bozqulaq, kirpilər tikanlı olurlar.
—Deyirsən, oxları mənə batar.
—Hə... Sonra anamız bizi bir də bayıra buraxmaz.
—Axı, o, bizə salam verdi...
—Doğrudan da... Gəlin, salamını alaq.
Dovşan balaları sıraya düzülüb hamısı bir yerdə:
—Salam,—dedilər.
Kirpicik heç nə anlamadı: ”İşə bax. Onlar da “Salam!” verdilər. Axı bu “salam” nədir belə? Olsun ki, yaxşı şeydir. Onda bir də verəcəyəm”. Kirpicik dilləndi:
—Salam.
Dovşanlar mat qaldılar:
—Sən verdin, biz də aldıq. Neçə dəfə olar?
Kirpi gözlərini döydü:
—Nəyi verdim?
—Salamı.
—Axı mənim əlimdə salam yox idi. Alma var idi, onu da yedim, qurtardı.
Dovşanlar başa düşdülər ki, kirpi bilmir “salam” nədir. Bozqulaq cəsarətlə irəli çıxdı. Gəlib kirpi balasının yanında oturdu. Sonra dedi:
—Hamı bir-bir ilə görüşəndə mütləq salam verməlidir. Salam ələ götürüləcək bir şey deyil. O, sözdür. Onu dil ilə deyirlər. Dilin var?
Kirpi balası balaca çəhrayı dilini bayıra çıxartdı:
—Gör nə boyda dilin var? Onunla gündə min dənə salam vermək olar.
Bunu deyib, Bozqulaq özü də bilmədən əlini kirpi balasının başına çəkdi:
—Yupyumşaqsan. Lap ipək kimisən.—Sonra qardaşlarını səslədi.—Bir bura gəlin. Heç də qorxulu deyil. Onun tikanları əlimə batmadı.
Dovşanlar kirpinin ətrafına toplandılar. Hamısı qorxa-qorxa da olsa ona toxunmağa çalışdı... Bozqulaq dilləndi:
—Mən bildim. Gəlin, onu İpəkcə çağıraq.
—Kirpiyə İpəkcə deyək?
—Axı burada yalan heç nə yoxdur. Onun oxları, doğrudan da, ipək kimidirlər.
—Onda deyək!
O gündən körpə kirpinin adı belə qaldı... İpəkcə...
İpəkcə ilə Bozqulaq alma axtarışında
İpəkcə artıq tez-tez koğuşdan çıxıb gəzməyə gedirdi. Daha darıxmırdı. Çünki Bozqulaqla dostlaşmışdı. İsti ot yatağında, ayağını-ayağının üstünə aşırdıb istirahət edəndə Bozqulağın gülüşünü eşitdimi, o saat qalxar və özünü koğuşdan bayıra atardı:
—Bozqulaq, salam!
Bozqulaq atılıb-düşər, sevinə-sevinə dostuna tərəf qaçardı.
Bu gün də belə oldu. Koğuşdan başını çıxardan İpəkcəni görəndə Bozqulağın sevincinin həddi-hüdudu olmadı:
—Gəldin?
—Hə... Gedək, gəzməyə?
—Hara?
—Alma yığmağa.
Bozqulaq təəccüblə İpəkcəyə baxdı: ”Necə də cəsarətlidir”.
—Alma yığmağa?! Axı yolu tanımırıq.
İpəkcə sakitcə dedi:
—Hə, nə olsun, gedib taparıq.
Bozqulaq razılaşdı. Razılıq əlaməti olaraq İpəkcənin sivri burnuna bir çırtma da vurdu. İpəkcə adəti üzrə yumrulandı. Lap top kimi oldu. Bozqulaq güldü:
—Yaxşı, yaxşı... Qorxma... Zarafat etdim. Başını çıxart görüm. Getdik...
Yola düşdülər. Ətirli meşə almaları İpəkcənin sevimli yeməyi idi. Bozqulaq isə olsa, yeyərdi, olmasa, yox. Onun sevdiyi yerkökü idi. Bir də kələm... Vəssalam.
Axşam düşənə kimi qarşılarına bir dənə də olsun alma ağacı çıxmadı. Artıq hər ikisi yorulmuşdu. İpəkcə tez-tez burnunu yuxarı qaldırıb əsnəyir, yatmaq istəyirdi. Elə Bozqulaq da. Həm də ac idilər.
—Bircə dənə alma olsaydı, yeyib yolumuza davam edərdik.
—Bir dənə də yerkökü... Bəh, bəh, bəh...
—Mən yerkökü istəmirəm.
—Mən də alma.
—Bəs onda alma yığmağa niyə gəldin?
—Sənə görə...
İpəkcə sevindi. Bozqulaq, doğrudan da, yaxşı dostdur. Amma gərək gəlməyəydi. Onda İpəkcə də gəlməzdi. İndi də...
İkisi də ağlayırdı. Çünki gecə düşmüşdü. Onlar qorxurdular.
—Üüü... Üüüü... Üüüüü
—Üüü... Üüüü... Üüüüü
—Mən alma istəmirəm. Anamı istəyirəm.
—Mən də...
—İndi qaranlıqda canavar gəlib bizi yeyəcək.
—Heç sümüyümüz də qalmayacaq.
İpəkcə göz yaşlarını saxlaya bilmirdi:
—Üşüyürəm, soyuqdur... Ayaqlarım əsir. Daha gedə bilmirəm.
Bilmirəm, sizə demişəm, ya yox, onlar artıq geri qayıdırdılar. Amma bu gedişlə çətin ki, gedib yuvalarına çata biləydilər.
—Mən heç nə görmürəm, — deyə Bozqulaq ürəkdən ağlayan İpəkcəni səslədi.—Sən görürsən?
—Bir az...Üüü...Üüüü
Elə bu vaxt qonşuları Köstəbək əmi meşənin içi ilə işdən evə qayıdırdı. İpəkcəni səsindən tanıdı. Axı Köstəbək əminin evi İpəkcəgilin koğuşu olan ağacın dibində idi. Lap balaca olanda İpəkcə gecəni səhərədək ağlayırdı. Su istəyirdi, ağlayırdı, süd istəyirdi, ağlayırdı. Yatanda da ağlaya-ağlaya yatırdı, duranda da ağlaya-ağlaya dururdu. Sonra danışmağı öyrəndi... Daha ağlamırdı. Köstəbək əmi İpəkcəni tanımışdı:
—Ay bala, kirpicik. Burada nə gəzirsən, gecə vaxtı?
—Dostumla alma yığmağa gəlmişdim.
Köstəbək əmi Bozqulağı sanki elə indicə gördü:
—Bıy, Bozqulaq da burada imiş ki...
Köstəbək əmi onların ikisini də götürüb kürəyindəki kisəyə atdı və yola düzəldi.
Köstəbək əminin kisəsində
—Bozqulaq, nə yaxşı Köstəbək əmini gördük, hə...
—Yoxsa, qalardıq meşədə...
—Yeyərdilər bizi...
—Tülkülər, canavarlar. Belə-belə gələrdilər...
Bozqulaq başına barmaqları ilə buynuz qoydu. Kisənin içində gülməkdən uğunub getdi.
Köstəbək əminin kisəsində əməlli-başlı canlanma var idi. Səs-küydən narahat olub oyanan kisədəkilər tərpənməyə başladılar:
—Ay ana, bu kimdir belə, nə pis gülür...
—Lap qulağım batdı.
—Öhö, öhö, öhö...
—Məni tapdaladılar.
—Vay başım.
Narahat olanlar Köstəbək əminin bütün günü yer qazıb çıxartdığı soxulcanlar idi. Balaları üçün aparırdı. Onların şam yeməyi ağ soxulcan süzməsi olacaqdı. Yuxudan narahat olub oyanan soxulcanlar üzü yuxarı dırmaşmağa başladılar. Çox keçmədi,Ş gülüşənlər sakitləşdilər:
—Bozqulaq, elə bil kimsə qarnımı qıdıqlayır.
—Ay, ay... Bu nədir belə? Qulaqlarımdan kim sallaşıb?!
—Oxlarımın arası ilə kimsə sürünür.
—Necə?! İpəkcə, mənim də... Boğuluram. Boynuma ip dolaşıb.
Onlar hara əl atdılarsa, soxulcan gəldi əllərinə. İpəkcənin üstünə elə bil bir nimçə əriştə tökmüşdülər. Yeriyən əriştələr. Yüyürən, danışan əriştələr.
—Kömək edin!
—Köstəbək əmi, Köstəbək əmi...
Köstəbək əmi isə nəğmə oxuyurdu:
—Fuf, fuf, fuf, fuf
Yaman uzaqdır yolum.
İşləməkdən yorulub
Həm ayağım, həm qolum.
İpəkcə ilə Bozqulaq ha qışqırdılar, Köstəbək əmi eşitmədi. Kisədə isə vəziyyət gərgin idi. Soxulcanlar hirslənib hücuma keçmişdilər. İpəkcə ilə Bozqulaq əllərinə keçən soxulcanları kisədən bayıra atır, canlarını bu yolla onlardan qurtarmağa çalışırdılar.
Bir xeyli davam edən mübarizədən sonra kisədə bir dənə də olsun soxulcan qalmamışdı. Qəhrəmanlar isə hərəsi kisənin bir küncündə oturmuşdu. Tər içində idilər. Tövşüyürdülər.
Köstəbək əmi isə oxuyurdu:
—Fuf, fuf, fuf, fuf
Yolum yaman uzaqdır.
Kisəmdə soxulcanlar
İndi qalaq-qalaqdır.
Günahkarlar
İpəkcəni yuvanın küncünə qoymuşdular. Dəqiq bilirdi ki, Bozqulaq da cəzalanıb. Ya küncə qoyulub, ya da qulaqları əməlli-başlı dartılıb. Hamısı İpəkcənin günahı üzündən baş vermişdi. Anası hirslənmişdi, Bozqulaq tənbeh olunmuşdu, Köstəbək əminin balaları acından zarhazar ağlamışdılar. Əlbəttə, əgər soxulcanları İpəkcə ilə Bozqulaq kisədən bayıra tullamasaydılar, indi Köstəbək əminin balaları marçamarçla ağ soxulcan süzməsi yeyirdilər. Amma... İpəkcə ağlına gələn fikirdən sevindi. Axı onlar xeyirxah iş görmüşdülər. Gör bir nə qədər soxulcan azad etmişdilər?! Qoy Köstəbək əminin gombul-gombul balaları ot yesinlər. Bu fikrə görə özünə də, dostu Bozqulağa da ürəyində “afərin” dedi. Sonra elə küncdəcə yuxuya getdi.
Səhər yenicə açılmışdı. İpəkcə gözünü açanda özünü ot döşənmiş yataqda gördü. Yəqin anası gətirib uzandırmışdı. Yuvanı alma ətri bürümüşdü. İpəkcə sevindi. Sivri burnunu oynatdı. Qara muncuq gözlərini ətrafa gəzdirdi. Küncdə bir qalaq alma var idi. İpəkcə əlini uzatdı. Almanın birini götürüb dişinə çəkmək istəyəndə anasının səsi gəldi:
—Əvvəlcə əl-üzünü yu.
İpəkcə üz-gözünü turşutdu. Almanı qaytarıb yerinə qoydu. Yuyunmaq üçün koğuşdan yerə tullandı.
Hava tutulmuşdu. İpəkcə diqqətlə səmaya baxdı: ”Bəs, günəş haradadır? Görəsən, niyə yoxdur?”
—Bozqulaq,— İpəkcə dostunu çağırdı. – Bozqulaq...
Bozqulaq eyvanda göründü. Astadan dedi:
—Nə var, nə deyirsən?
—Gəl də həyətə...
—Anam qoymur.
—Gəl gedək əl-üzümüzü yuyaq.
Bozqulaq yavaşca yerə endi:
—Amma alma yığmağa getmərik...
—Əlbəttə, getmərik. Çünki yuva doludur alma ilə. İstəyirsən, gedim sənə də gətirim.
Bozqulaq başını silkələdi. İpəkcə diqqətlə onun yellənən qulaqlarına baxdı. Dünənkindən bir xeyli uzun idi:
—Bozqulaq, anan qulaqlarını dartıb?
—Nə bildin?
—Bunu bilməmək olar? Gör, bir nə boyda olublar?! İkisi də uzanıb.
—Çox uzundurlar?
—Çox... Lap çox...
—Birdən mənə uzunqulaq deyərlər.
İpəkcə gözlərini döydü:
—Deyə bilərlər.
—Amma mən istəmirəm desinlər. Yox, heç istəmirəm, — Bozqulaq kövrəldi.
—Bəs, onda nə edək?
—Bilmirəm.
—Tapdım. Gedim qayçı gətirim, bir az kəsək qulaqlarından.
Bozqulaq sevindi:
—Əsl dostsan. Necə fikirləşdin?! Çox ağıllısan.
İpəkcə həvəslə gülümsədi. Öz-özünə düşündü: ”Ağıllı olmaq yaxşı şeydir”.
—Sən dayan, indi gəlirəm.
İpəkcə koğuşu ələk-vələk etdi. Qayçını tapa bilmədi:
—Ana, ay ana...
—Nə var, oğul?
—Ana, qayçı hanı?
—Nəyinə lazımdır qayçı? Uşaqlar qayçı ilə oynamazlar.
—Mən oynamıram.
—Bəs onda qayçı nəyinə lazımdır?
—Dostuma kömək etmək üçün...
—Qayçı ilə dostuna necə kömək edəcəksən?
—Qulaqlarını kəsəcəyəm...
Ana kirpi həyəcanlandı:
—Nə danışırsan? Yaramazın biri yaramaz.
—Ana, Bozqulaq dünən cəzalanıb. Anası qulaqlarını dartıb. Bilirsən, nə boyda olublar... Upuzun. Axı mənim günahım üzündən olub. Gərək, səhvimi də özüm düzəldim. Qayçını aparıb Bozqulağın qulaqlarından bir az kəsib atacağam.
Ana kirpi eşitdiklərinə inanmağı gəlmirdi. Qayçını əvvəlcədən gizlətdiyinə görə sevindi.
Bozqulaq dostunu çox gözlədi. O qədər gözlədi ki, lap darıxdı. Oxumağa başladı:
—Mən bir Bozqulaq dovşanam
Dünən hirslənibdir anam.
Qulağımı çəkib aman
Qulağım uzanıb yaman.
Uf, uf, uf, uf ağrıyır bərk
Kəsəcəyik, olsun gödək.
Oxuyub qurtaranda artıq İpəkcə yanında idi. Anası ilə gəlmişdi. Ana kirpi Bozqulağa diqqətlə baxıb, dilləndi:
—Dostun bu dovşandır?
—Budur, ana.
—Nə gözəldir. Qəşəng qulaqları var.
Bozqulaqla İpəkcə bir-birinə baxdılar. İkisi də eyni anda dedi:
—Qulaqları?
—Əlbəttə. Axı ağıllı dovşanların qulaqları başqalarınkından daha uzun olur. Əgər dovşanın qulağı bir gecənin içində uzandısa, deməli, o artıq böyük və ağıllı dovşandır.
Bozqulaq çox xoşbəxt idi. Çünki gecə yatıb, səhər ağıllı dovşan kimi oyanmışdı.
Bulud heç kimin olmadı
Bozqulaq da İpəkcə də ana kirpinin söylədiklərinə inandılar:
—Sən ağıllanmısan, Bozqulaq. Böyümüsən. Amma mən balaca qalmışam.
İpəkcə kövrəldi. Bozqulaq dostunu sakitləşdirməyə başladı:
—Sən də böyümüsən. Mən görəndə bapbalaca idin.
—Yox, mən indi də balacayam.
—Dedim axı, böyümüsən.
—Onda başımı sığalla.
Bozqulaq onun başını sığalladı. İpəkcə daha bərk ağladı:
—Bax, görürsən, anam deyir ki, böyüyəndə tikanların iti olacaq. Hamı səndən qorxacaq. Amma mənim tikanlarım hələ də ipək kimidir. Elə olmasaydı, sən başımı rahatca sığallaya bilməzdin.
Bozqulaq səhv etdiyini anladı. İşə bax, bir gecəyə o böyümüşdü, dostu yox. Haqsızlıqdır... Bu günəş hara getdi görəsən? Heç olmasa, o gəlsəydi, İpəkcə sevinərdi. O, isə yoxdur.
Bozqulaq başını qaldırıb səmaya baxdı. Qəfildən:
—İpəkcə, ora bax. Buludlar harasa köçürlər.
İpəkcə yuxarı baxdı:
—Görəsən, hara gedirlər?
Bozqulaq çiyinlərini çəkdi:
—Mən də bilmirəm.
İpəkcə hərəkət edən buludları diqqətlə nəzərdən keçirdi. Qəfil tapıntı onu sevindirdi:
—Buluda bax. Göbələyə oxşayır. Yekə ağ göbələyə.
—Çox gözəldir. Amma, mənə elə gəlir ki, o, göbələkdən çox kələmə oxşayır.
—Göbələyə daha çox oxşayır. O, mənim buludumdur.
—Elə göbələk olmaz. Amma kələm olar... Nə yeyərəm onu...
—Özümündür. Əl vurma mənim göbələk buluduma. Özüm tapmışam.
—Nə olsun ki, sən tapmısan. Axı sən kələm xoşlamırsan?
—O, kələm deyil, göbələkdir...
—Göbələk deyil, kələmdir.
Oturduqları kötüyün üstündə itələşməyə başladılar. İkisi də yıxıldı. İkisinin də başı əzildi.
—Vay başım...
—Ay başım....
—Birinci mən gördüm...
—Özüm görmüşəm...
O qədər dalaşdılar ki, bulud dözmədi. Hirsindən partladı. İçindən yekə-yekə damcılar tökülməyə başladı:
—Bu nədir belə? Kimsə başıma su tökdü.
—Mənim də qulağıma.
Yağış damcıları sürətlə töküldülər. Hər ikisi göyə baxdı. Bulud yoxa çıxmışdı. Yəqin, heç kəsin buludu olmaq istəməmişdi. Dostlar kədərləndilər:
—Qaçaq evə. Yağış yağır.
—Həm də acıq.
Tapdılar. Sən demə, acından dalaşırmışlar. Axı hələ səhər yeməyi yeməmişdilər...
Bozqulaq xəstələnib
Onlar evə qayıdanda artıq nahar vaxtı idi. Nahara ləzzətli göbələk və meşə fındığı yeyən İpəkcə anasının təkidi ilə yatağa uzandı: “Günortalar mütləq dincəlmək lazımdır. Yoxsa, böyüməzsən”. Bu, İpəkcənin anasının fikri idi. İpəkcə razılaşmağa məcbur oldu. Düşündü ki, yəqin anası günortalar yatıb dincəlib. Ona görə də tez böyüyüb. Tikanları əsl oxlara çevrilib:
—Eh,—deyib İpəkcə o biri böyrü üstə çevrildi.—Axı nə vaxt mənim də iti-iti oxlarım olacaq? Onlara alma-armud keçirdib yuvama daşıyacağam...
Yuxudan axşamüstü durdu. Bayırdan şən dovşan balalarının səsi gəlirdi. İpəkcə yatağından düşdü. Ayaqlarının ucunda koğuşun qapısını açıb bayıra çıxdı. Hava sərin idi. Zəif külək əsirdi. İpəkcə qaçışan dovşan balalarının yanından keçib bayaqkı kötüyün üstündə oturdu:
—Bozqulaq, gəl də yanıma...
İpəkcə cavab gəlmədiyini görüb oynayan dovşanları diqqətlə nəzərdən keçirdi. Bozqulaq onların arasında yox idi.
—Uşaqlar, mənim dostum haradadır?
—Xəstələnib.
İpəkcə qulaqlarına inanmadı. Necə yəni xəstələnib?! Axı bayaq sapsağlam idi. Yazıq Bozqulaq...
İpəkcə kötüyün üstündən düşdü. İti addımlarla Bozqulaqgilin eyvanına qalxdı. Eyvanda heç kəs yox idi. İçəridən Bozqulağın iniltisi gəlirdi:
—Ay boğazım... Ay, ay boğazım. Ay qulağım... ay, ay qulağım.
Bozqulağın vəziyyəti yaxşı deyildi. Boğazı sarınmışdı. İpəkcə əlini onun alnına qoydu:
—Dostum, niyə xəstələndin, hə?
—Bilmirəm,—danışan Bozqulaq idi. Amma səsi qoca dovşanların səsi kimi çıxırdı. İpəkcə ona baxıb düşünürdü: “Səsi kobudlaşıb. Qulaqları uzanıb. Bəlkə, Bozqulaq qocalıb?”
Bozqulaq isə öskürürdü. İpəkcə qalın səsli dostunun qayğısına qalırdı:
—Nə istəyirsən, gedim gətirim sənin üçün?
—Kələm.
—Kələm necə olur?
—Bayaqkı bulud kimi.
—Axı bulud göbələyə oxşayırdı.
—Sən kələm görməmisən. Görsən, bilərsən ki, bayaqkı buluda çox oxşayır. Öhö, öhö, öhö...
İpəkcə danışmadı. Çünki dostu xəstə idi. İndi onunla mübahisə etmək olmazdı:
—Mən indi gəlirəm.
İpəkcə bunu deyib çıxdı.
İpəkcə kələm axtarmağa gedir
İpəkcə gedə-gedə düşünürdü: “Bu kələm nə olan şeydir, görəsən? İndi mən xəstə dostuma onu necə tapım? Göbələk olsaydı tanıyardım. Kələm... maraqlıdır... Eybi yoxdur soruşa-soruşa gedim, bəlkə kimsə tanıdı”.
İpəkcə az getdi, üz getdi, qarşısına bir tısbağa çıxdı:
—Tısbağa, bilmirsən, kələm necə olur?
Tısbağa bir xeyli fikirləşdi, sonra dedi:
—Tıs, tıs... Yeməlidir, yoxsa geyməli?
—Yeməli.
—Tıs, tıs... Deməli belə... Yeməlidirsə, deməli bitkidir. Bitkidirsə, deməli torpaqda bitir, torpaqda bitirsə, deməli... Onu haradasa görmüşəm. Amma yadımda deyil.
Tısbağa çox uzatdı. Tısbağanı danışa-danışa qoyub, yoluna davam etdi. Qarşısına çıxan hər kəsdən kələmin nə olduğunu soruşdu. Dələ kələmi qozaya, arı çiçəyə, qarışqa yarpağa, sağsağan soğana, qarğa qoza, sərçə dənə bənzətdi. Nə isə “kələm” deyilən əşyanı gördüm deyən olmadı. Meşədə İpəkcənin:
—Bir dostum xəstələnib. Onun ürəyi kələm istəyir. Bilmirsən, kələm nədir? —sualını vermədiyi heyvan qalmadı. Amma sualına dəqiq cavab ala bilmədi. Kor-peşman evə qayıtmaq istəyəndə, yolu bir bostanın yanından keçdi. Bir qoca dovşan gözündə eynək, əlində əsa bostana keşik çəkirdi. İpəkcə ayaqları üstə qalxıb onun qoruduğu bostana gözucu nəzər saldı. Bostan ağ yaşılaçalan toplarla dolu idi. Axı bunlar nədir, belə? Qəribədir. Bir yerdə bu qədər topu İpəkcə heç vaxt görməmişdi. Yaxınlaşıb onların nə olduğunu qoca dovşandan soruşmaq qərarına gəldi:
—Salam.
—Salam, mənim balam, salam.
—Babacan, bostandakı o, ağ, toplar nədir elə?
—Toplar, ha, ha, ha... Top deyil onlar, mənim balam. Dünyanın ən ləzzətli yeməyidir.
Yemək... İpəkcənin ağzı sulandı. Bəlkə onlar içinə göbələk doldurulmuş yekə kokos almalarıdır? Kokos alması... Hm... Kokos alması da olur? Qəribədir. Ağlına gələn fikirləri dəqiqləşdirmək üçün İpəkcə soruşdu:
—Adı nədir axı dünyanın ən dadlı topunun.
—Kələm...
—Kələm... İşə bir bax. Kələm bu imiş? Bu imiş kələm? Ağ top. Qar kimi ağ top...— İpəkcə sevincindən atılıb düşürdü.—Kələm bu imiş. Ağ-ağ, yekə-yekə, yumru-yumru... Lap dünənki buluda bənzəyir. Bozqulaq haqlı imilş. Bulud göbələkdən çox kələmə oxşayırmış.
İpəkcə geri qayıdırdı. İndi onu kim görsəydi, tanımazdı. Kürəyinə qoca dovşandan aldığı bir kələm yarpağı yükləmişdi. Sevindiyindən nəğmə oxuyurdu:
Dostum dovşan, döz bir az
Artıq tapmışam kələm.
Qaçıram, yüyürürəm
İstəyirəm, tez gələm.
Bozqulaq İpəkcənin gətirdiyi kələmi ləzzətlə çeynəyirdi:
—Xırt, xırt, dadlıdır. Xırt, xırt, çox sağ ol!
Bozqulaq kələmi çeynəyə-çeynəyə İpəkcəni sığallamaq fikrinə düşdü. Minnətdarlığını bildirmək üçün. O saat da qışqırdı:
—Ay, ay... Ay aman, əlimə nə isə batdı...
Bozqulaq barmaqlarını ağzına soxdu. Ağrısı keçən kimi sevinclə qışqırdı:
—İpəkcə, bildim barmağıma batan nədir...
—Nədir?
—Sənin oxların.
—Nə deyirsən... Mənim oxlarım?
—Əlbəttə. Sən böyümüsən. Bir neçə saatda. İşə bir bax.
İpəkcə sevinirdi. Həm böyümüşdü, həm də dostu sağalmışdı.
Belə... Bapbalaca kirpi balası İpəkcə haqqında bu qədər. Onun haqqında günlərlə danışa bilərəm. Amma qorxuram ki, yorulasınız...
SON
2005-2007-ci illər
İki dost qaçırdı...
Sevinc Nuruqızı
İKİ DOST QAÇIRDI…
ra, vur onu gəbərt. Gör nejə həyasızdır, səs-küyünə bir bax. Ha, ha, ha, ha…
- Ara, nə durmusan, at da. Türkün köpəyinə bax da. Gör bir nejə dayanıb? Qorxusu-hürküsü yoxdur. Vur onu, vur…
Tamerlan vahimə içində gözlərini açdı. Gördüyünün yuxu olduğuna sevindi. Yorğanı üstündən atıb qalxmaq istədi. Anası onun tərpəndiyini hiss etdi. Qalxıb oturdu:
- Hara belə? Niyə durmusan? - Sonra əlini onun alnına çəkdi, - Bu nədir? Su içindəsən ki?
- Yuxu görürdüm, ana. Gördüm ki, ermənilər mənim Ala itimi güllələyir.
- Yat, bala. Ermənilərin itlə nə işi var. Allahın heyvanıdır. Dili yox, ağzı yox. Həm də allah bilə, çoxdan qaçıb janını qurtarıb Ala köpək o vəhşilərin əlindən.
- Yox, ana, yox. O məni gözləyir. Mən yaxşı dost deyiləm, ana.
Ağlamağını gizlətmək üçün uzanıb yorğanı başına çəkdi. Çox keçmədi yuxuya getdi. Bu dəfə açılan güllə səsindən diksindi. Bu dəfə parça-parça ətrafa səpələnən onun Ala itinin güllə dağıtmış başı idi. Oyandı. İşıqlanırdı… Ehmalja yerindən durdu. Dəhlizin qapısında dayanıb öz-özünə fikirləşdi:
- Getməliyəm, nəyin bahasına olursa olsun. Yolu ki, tanıyıram.
Həyətə düşdü. Ağzını su kranına dirəyib doyunja içdi.
Kənd yoluna çıxdı. Gah aramla yeriyir, gah da qaçırdı. Belə getsə bir-iki saata kəndlərinə çatardı. Yolu çox yaxşı tanıyırdı. Neçə dəfə xalası oğlu ilə payi-piyada gəzə-gəzə gedib kəndlərinə çıxmışdılar. Yolüstü hələm-hələm suyu olmayan Qarqar çayın içinə düşüb oynayar, jürbəjür çay daşları toplayar, orda-burda qabaran yumru-yumru, ovuj boyda təpəjikləri qazıb oradan dombalan çıxardar, yığıb evlərinə gətirərdilər.
Bunları düşünə-düşünə nə qədər getmişdi özü də bilmədi. Onda ayıldı ki, qarşısında doğma kəndlərinin ajınajaqlı mənzərəsi tüstülənir. Kənddə səs-səmir yox idi.
Tamerlan çəpərdən tullanıb əmisigilin həyətinə düşdü. Əmisigilin evi salamat idi. İlk gözünə dəyən nənəsinin yanıxa-yanıfxa xatırladığı ağ əriyin dibində oturan kişi oldu. Erməni əsgəri idi. Ərik yeyirdi. Hənirti eşidən kimi başını qaldırdı:
- Dayan, kimsən, dur. Tərpənmə.
Sözün düzü Tamerlan heç tərpənə də bilmirdi. Qorxudan quruyub qalmışdı.
Erməni yaxınlaşdı. Əlini onun boynuna atıb sıxmağa başladı. Boğulmağa az qalan uşağı özünə tərəf çəkdi:
- Hə, nədir? Yanan xarabalarına yas tutmağa gəlmisən, ay musurman küçüyü?
Mən itimi, Ala itimi aparmağa gəlmişəm.
Ha, ha, ha… İtini? Eləmi? Burda indiyə it qalar? Allah bilir harada gəbərib. İndi səni də göndərərəm onun yanına.
Tamerlan vahimə içində onun gözlərinə baxdı. Ona elə gəldi ki, qarşısındakı insanın gözləri şüşədəndir. Qışqırmaq istədi. Amma bajarmadı. Səsi çıxmadı. Böyümüş gözlərini şüşə gözlərə zillədi. Sonra onları bərk-bərk yumub tətiyin çəkiləjəyi anı gözlədi. Birdən qulağına Ala itin hənirtisi gəldi. Hansı dəhşətdən gözlərini qapadığını unutdu. Gözlərini açanda artıq şüşə gözlərin sahibi Ala itin ayaqları alıtnda çabalayırdı…
Tüstülənən kənd evlərinin arası ilə iki dost qaçırdı.
Görəsən, itlər də ağlayır?!
Sevinc Nuruqızı
GÖRƏSƏN, İTLƏR DƏ AĞLAYIR?!
– Şümşad nənə, ay Şümşad nənə!
Cavab verən olmadı. Sərçə bir də çağırdı:
– Şümşad nənə, ay Şümşad nənə!
Hay gəlmədi. Sərçə yaxşı bilirdi ki, neçə dəfə çağırsa da Cavab almayajaqdı. Axı, çağırdığı qarı heç nə eşitmirdi. Amma Sərçə də çağırmamış artırmaya qalxmağa jəsarət eləməzdi.
Üzü yuxarı boylandı. Arıq ayaqlarını çürüyüb qaralmış taxta pilləkənlərə yavaşja basa-basa yuxarı qalxdı. Artırmada balaja uşaq boyda, beli bükülmüş qarı oturmuşdu.
– Şümşad nənə, mən gəldim.
– Yaxşı elədin, Xanım bala. Gəl otur.
Onu təkjə bu qarı öz adı ilə çağırardı.
– Qəşəng adın var. Xanım! Qoyma sənə Sərçə desinlər, - deyərdi.
Amma Sərçənin əlindən bir şey gəlməzdi ki. Çünki, çoxları onun əsl adını belə bilmirdilər.
Eynən Şümşad nənə kimi bardaş qurub oturdu. Gözlərini qarının həvəngdəstədə nə isə döyən qupquru, damarları çıxmış əlinə zillədi. Haradansa damjılar düşdü bu əllərin üstünə. Damjılar daşa dəymiş kimi çırtladı. Ətrafa səpələndi. Sərçə gözlərini qaldırdı. Baxışlarını qarının qırışlardan susuz torpaq kimi çat-çat olmuş sifətinə zillədi. Çatlar parıldayırdı.
Ağlayırdı. Sərçə kədərləndi. Ətrafa baxdı. Hər dəfə Şümşad nənənin suyu sovrulmuş dəyirmana bənzəyən bu səssiz-küysüz evinə gələndə darıxardı. Bu lal divarlar arasında yaşayan qarının halına ajıyardı:
– Xanım, sənə bir sözüm var.
– Nədir, Şümşad nənə?
– Xanım, balamsan. Özün bilirsən ki, qulaqlarım tamam batıb. Yanımda top atsalar da eşitmərəm. O qu-durmuşlar kəndə girəndə xəbərim olmayajaq. Məni qoyub getmə…
Səsi əsdi. Boğazı tıxandı. Qırışlar yenidən parıldadı.
Sərçə heykəl kimi lal-dinməz durub baxırdı. Öz-özünə: «Gör kimə ağız açır. Gör ümidi nə qədər kəsilib ki…».
Gözlərinin qarşısından tanış və dəhşətli kadrlar keçdi: çöllərə səpələnmiş qoja, uşaq meyitləri. Daşa dönmüş meyitlərin üstündə hönkür-hönkür ağlayan videooperator. Titrəyən kamera…
Qarının səsi onu qısa həyatının ən qorxunj xəyallarından ayırdı:
– Ölüm gözəl şeydir. Amma rahat ölüm.
Sərçə gözlərində sonunju ümid qığıljımları öləziyən qarıya baxdı:
– Yox, qoymaram sönsün onun sonunju ümidi, - dedi. Qətiyyətlə:
– Qorxma, nənə, səni qoyub heç yerə getməyəjəyəm.
Dedi, amma dediyi sözü yerinə yetirə biləjəyinə özü də inanmadı. Kiçik, zərif əlini, qupquru, damar-damar əlin üstünə qoydu:
– Mütləq, mütləq aparajağam.
Qarı gülümsədi. Parıldayan jığırlar işıqlandı. Bənizindəki kölgə çəkildi.
Sərçə hoppana-hoppana çürümüş, taxta pilləkənlərdən endi. Daha yıxılajağından da ehtiyat etmədi…
Bu gün o erkəndən oyanmışdı. Hamı yuxuda idi. Sərçə isə qonşunun itinin səsinə durmuşdu. Stolun altındakı çörək teştini çəkdi. Üstündəki dəstərxanı qaldırıb bir parça çörək kəsdi, aşağı yüyürdü. İt çörəyi havada qapdı:
– Yazıq. Bənövşəyə nə deyim elə. Heç olmasa gedəndə bu heyvanı zənjirdən açıb buraxaydı. İndi ona kim yaxın düşə bilər ki…
İtə baxdı. Çörəyi yeyib qurtarmışdı. Yazıq-yazıq ona baxırdı. Sərçəyə elə gəldi ki, onun qapqara gözləri yaşarıb. Sonra öz-özünə:
– İtlər də ağlayar?! - sualını verdi. Daha onun gözlərinə baxa bilmədi. Dönüb eyvana tərəf getdi. Eşitdiyi qəfil gurultudan qulaqları uğuldadı. Yerindəjə dondu. Qonşu evin divarı gurultu ilə töküldü.
Anası və bajıları eyvana atıldılar. Gurultu kəsilmirdi. Sərçənin başının üstündən vıyıltıyla güllələr keçirdi. Bajıları çığırışırdı. O da qışqırmaq istəyirdi. Səsi çıxmırdı:
– Kəndə giriblər. Ay jamaat, ermənilər kəndə giriblər.
Anası hazır qoyduğu bağlamanı götürüb maşina atdı. Dəhşət içində qaçışan uşaqları içəri yığdı. Babası ağır bədənini güjlə gətirib sükanın arxasına salmışdı. Atası jəbhəyə gedən gündən maşını o sürürdü.
Sərçə maşına sarı getdi. Oturmaq istədi. Bajarmadı. Qulaqlarında: «Ölüm yaxşı şeydir. Rahat ölüm…» səsləndi, gözlərinin önündə buza dönmüş meyitlər və hönkürən videooperator janlandı…
Qaça-qaça kənd yoluna çıxdı. Anasının səsi gurultuya qarışdı:
– Sərçə, Sərçə, hara, ay bala?! Sərçə, qayıt!!!
Çürümüş pilləkənləri nejə çıxdı xəbəri olmadı. Artırmada heç kim yox idi. Ağlından keçən fikirdən dəhşətə gəldi:
– Yatıb!!!
Kiçik yumruqlarını pənjərəyə döydü:
– Dur, Şümşad nənə, dur! Dur, nənə, dur. Giriblər. Kəndə giriblər.
Xeyri olmadı. Qarı tərpənmirdi. Ölü kimi uzanmışdı.
…Yenə buza dönmüş meyitlər, yenə boğuq hönkürtü… Əsdi. Pilləkənlərə tərəf atıldı. Bir pilləkən düşdü. Dayandı:
– Rahat ölüm yaxşı şeydir. Rahat ölüm.
Döndü. İlk gözünə dəyən pənjərənin qarşısındakı həvəngdəstə oldu. Həvəngin dəstəsini götürüb qarşısındakı şüşəyə çırpdı. Onun tamam tökülməsini gözləyə bilmədi. İçəri atıldı:
– Dur, nənə, dur. Dur, nənə, - deyib qarını silkələdi.
Qarı dik atıldı:
– Gəlmisən, Xanım bala?! Gəlmisən…
Sərçə verdiyi sözü yerinə yetirmişdi. Bu sözün doğruluğuna inanmasa da belə. Qarı da arzusuna çatmışdı. Nə vaxtsa öləjəkdi, amma rahat ölümlə…
Arxasınja boşalmış yurd yeri baxan bir maşın şütüryürdü kənd yoluyla. Bu maşında bir uşaq hönkürürdü, zənjirdə qalmış qonşu itdən ötəri.
Üstündən illər keçəjək. Hönkürtüsü içinə hopmuş qız böyüyəjək. Amma onu ömür boyu yaşla dolmuş qonşu itin gözləri tə'qib edəjək. Elə hey fikirləşəjək:
- Görəsən itlər də ağlayır?!
Əsl dost
Sevinc Nuruqızı
Əsl dost
nası artıq qapıdan çıxırlı. Adəti üzrə bir də səsləndi:
- Elvin, əl çək o, göyərçinlərdən! Get otur dərsiərini hazırla!
- Ana, məktəb yoxdur axı. Hansi dərsləri eləyim?
- Götür bəlii kitab oxu. Lap quşbaz olub getmisən. Qoy atan gəlsin, deyəcəyəm aparıb o göyərçunləri Qarqardan o yana uçurtsun.
Anası deyinə - deyinə getdi. Elvini fikir apardı: «Görəsən atam göyərçinləri Qarqardan o yana uçurtsa, gəlib məni tapa bilər?»
Anasının sözlərindən çox narahat idi.bir istədi göyərçinlərini qolunun üstünə alıb aparsın qonşu kənddəki Qarqar çayına tərəf ki, qoy yolu öyrənsinlər. Amma qorxdu. Axı onların kəndləri ermənilərlə sərhəddə idi. Düşmən tez-tez kəndi bombalayırdı. Qonşu kəndə isə xeyli yol getməli idi. Həm də anasına verdiyi sözdən çıxa bilmirdi.onu arxayın etmişdi ki, tək heç yerə getməyəcək. Eybi yoxdur,atası ilə özü danışıb, başa salar onu. Atası cəbhədə idi. Kəndə gec-gec gəlirdi. «O gələnə qədər quşlarla az oynayaram,anamın da hirsi soyuyar.» - deyə öz-özünə fikirləşdi.
Belə düşüncələrlə həyətin kənarındakı quş damına girdi. Göyərçinlər uçuşub çiyninə, başına qondular. Elvin onlara dən.su töküb içəridəki kötüyün üstündə oturdu. Ovcunu açıb dedi:
- Gəl, Cığalı, gəl sən də ye.
Cığalı onun ən sevimli göyərçini idi. Onu həmişə ovcundan yemləyirdi.Cığalı uçub biləyində oturdu.Aramla ovcundakı dəni dənləməyə başladı.Elvin yuxulu idi.Bütün gecəni yatmamışdı.Anası ilə həyətin o başında qazdıqları qazdıqları qazmada oturmuşdu.Ermənilər səhərədək kəndi bombalamış, səhərə yaxın dayanmışdılar.Ona görə də Elvi-nin oturduğu yerdəcə gözləri yumulurdu:
- Cığalı, doydun?Onda mən gedim bir az dıncəlim.
Cığalı dil bilirmiş kimi, tez yerə düşdü.Eivin qalxıb tez evə yollandı.Yatağına girib yorğanı başına çəkdi.Büzüşdü.Axır vaxtlar tək olanda çox qorğurdu.Amma bunu anasına deyib onu narahat etmək istəmirdi.Xoşbəxtlikdən çox tez yuxuya getdi.Yuxuda atasını gördü.Ona təzə quş damı tikirdi.Özü də heç yerə tələsmirdi.Atası cəbhə paltarında deyildi.Elvin gördüyü yuxunun təsirindən gülümsəyir, duyduğu sevinc üzünə yayılırdı.
Nə qədər yatdığını özü də bilmirdi.birdən kiminsə üzünü qıdıqladığını hiss etdi.Amma gözünü aça bilmədi.O biri böyrü üstə çöndü.Onu yenə qıdıqladılar. Gözünü zorla açdı. Cığalı idi. Quş qəribə səslər çıxardır, qanadlarını qabardıb açır, narahat-narahat üzünü dimdikləyirdi.
- Nə istəyirsən? Heç adamı da belə gözəl yuxudan oyadarlar?
Bu sözləri deyəndə Elvin hələ də yuxulu idi. Birdən çöldən gələn gurultu səsindən tam ayıldı. Tez yerindən qalxdı. Vahimə içində pilləkənləri düşüb, həyətin o biri başındakı qazmaya girdi. Ciğalı da qolunun üstündə idi. Yerə çöməldi. Əsə-əsə kiçik deşikdən bayıra baxdı. Gördüyü dəhşətdən var gücü ilə bağırdı. İndicə içində yatdığı otaq göyə sovrulmuşdu. Yeridə toz dumanı qalmışdı. Elvin Cığalını sinəsinə sıxıb ağlayırdı. Hönkürə-höhkürə deyirdi:
- Sağ ol, Cığalı, sən əsl dostsan!
Ağca və cubbulu
Sevinc Nuruqızı
AĞCA VƏ CUBBULU
ürəyya sakit qız idi. Həyətdə uşaqlar atılıb-düşəndə, qaçdı-tutdu, ip atdı oynayanda, o evin bir küncünə çəkilib bapbalaca, yumşaq gəlinciyi Cubbulunu yedizdirir, saçlarını darayırdı. Cubbulu ilə söhbəti maraqlı olurdu. Hərdən onu danlayırdı:
- Cubbulu, bu gün özünü pis aparırsan. Dərslərini hazırlamamısan, evi zibilləməmisən. Tənbəllik edirsən ha!
Sonra səsini bir az nazildib Cubbulunun da əvəzinə danışırdı:
- Bağışla, Sürəyya. Mən səhvimi düzəldərəm.
- Onda get əllərini yu, gəl otur yeməyini ye.
- Mən hələ acmamışam.
- Sən həmişə belə edirsən. Vaxtlı-vaxtında yemək yeməsən böyüməzsən. Elə cubbulu qalarsan. Bütün uşaqlar məktəbə gedər, sən evdə oturarsan.
Çox vaxt evcik qururdu. Cubbulunu da evciyin ortasında oturdurdu. Hərdən başı elə qarışırdı ki, cəbhədə döyüşən atası belə yadından çıxırdı. Birdən nəyi isə xatırlayır, kədərlənir və deyirdi:
- Cubbulu, atam müharibədən qayıdanda, mənə də, sənə də güllü paltar alacaq. Özü deyib.
Bütün günü Sürəyyanın yanında sevimli, xırda gəlinciyi Cubbuludan savayı bir ağ göyərçin də olurdı. Sürəyya onu Ağca çağırırdı. Ağca Sürəyyanın ən sevimli dostlarından idi. O, eyvana sarmaşmış tənəyə qonur, saatlarla Sürəyya ilə Cubbuluya tamaşa edirdi. Hamıya elə gəlirdi ki, o Sürəyyanın nə danışdığını da başa düşür.
Bəzən görürdün ki, Ağca uçub qızın evciyinin kənarına qonub. Sürəyya onu suya, dənə qonaq edir, Ağca əvvəlcə utanır, sonra məmnuniyyətlə yeyirdi. Bəzən oyuna da qoşulur, dimdiyi ilə nəlbəkidəki sudan götürüb damcı-damcı tökür, Sürəyya Cubbulunu çimizdirirdi.
Hərdənbir atılan güllə səsindən Ağca da, Sürəyya da səksənirdi. Cubbulu isə heç nəyi vecinə almırdı. Belə olanda onlar tələsik evciklərini yığışdırıb zirzəmiyə düşməli olurdular. Axı Sürəyyagilin kəndləri erməni kəndlərinin əhatəsində yerləşirdi.
Günlər bir-birini əvəz edirdi. Cəbhədən ağır xəbərlər gəlirdi. Sürəyya çoxdandı ki, atasından məktub almırdı. Bir gün səhər tezdən atışma başlandı. Düşmən Sürəyyagilin kəndinə hücuma keçmişdi. Gülləni dolu kimi yağdırırdı. Silahsız camaat kəndi tərk edirdi. Sürəyyanın anası da qızını götürüb güc-bəla ilə bu güllə yağışından salamat çıxdı. Onlar başqa kənddə yaşayan xalasıgilə gəldilər. Bütün gecəni heç kəs yatmadı. Hamının gördüyü dəhşətdən yuxusu qaçmışdı. Sürəyya da yata bilmirdi. Axı necə yataydı?! O, Ağca ilə Cubbulunu düşmənlərin əlində qoyub gəlmişdi. Bunu heç zaman özünə bağışlamayacaqdı. Elə hey ağlayırdı. Xalasının verdiyi gəlinciyə yaxın durmur, «Cubbulu», - deyib gözünün yaşını axıdırdı.
Sürəyyagilin kəndini düşmən dağıtmışdı. Uçmuş evin eyvanındakı tənəyə qonmuş Ağca çox kədərli idi. O, toz-torpağın içinə düşmüş Cubbulu ilə dərdləşirdi:
- Tək qalmısan, Cubbulu?
- Hə Ağca. Çox darıxıram. Sən də darıxırsan?
- Əlbəttə. Lap ürəyim partlayır. Görəsən, Sürəyya qayıdıb bura gələr?
- Yox, Ağca, yox. Kənd düşmənlərlə doludur axı...
- Bəs onda neyləyək?
- Hələ bir soruşursan?! Sənin ki, qanadların var! Mən uça bilsəydim bir dəqiqə də burada qalmazdım. Gəl məni də al dimdiyinə, gedək Sürəyyanın yanına.
Ağca elə bil yuxudan ayıldı. Diksinən kimi oldu. Uçub Cubbulunun yanına qondu. Güc-bəla ilə çəkib toz-torpağın içindən çıxartdı. Dimdiyinə alıb qanadlandı. Yolu yaxşı tanıyırdı. Sürəyya onu bir dəfə özü ilə xalasıgilə aparmışdı.
Sürəyya çox kədərli idi. Dodaqlarını büzüb pəncərədən bayıra baxırdı. Səhərdən heç nə yeməmişdi. Gözü yol çəkirdi.
Birdən ayağa qalxdı. Gözlərini ovxaladı. Gördüyünün yuxu, yoxsa həqiqət olduğunu anlamaq istədi. Yox, yuxu deyildi. Bu ki, doğrudan da Ağca idi, dimdiyindəki isə Cubbulu.
Sürəyya sevincindən atılıb düşdü. Dostlarını qucaqladı. İndi onlar yenə də üçü bir yerdə idilər. Üç dost öz sevimli kəndlərinə qayıdacaqları günü və Sürəyyanın əsgər atasının yolunun gözləyirdilər.
Sevinc Nuruqızı
Sevinc Nuruqızı 1964-cü il avqustun 22-də Bakı şəhərində anadan olub. 2000-ci ildən uşaq ədəbiyyatına gələn Sevinc Nuruqızı "Çərpələng", “Sarı qız, Dız və Vız”, "İpəkcənin macəraları", “Ciya ilə iki gün”, "Ağca və Cuppulu", "Bapbalaca əlifba", “Paltar dolabında gizlənqaç”, “Qəribə kəndin nağılı”, “Bozqulaq və fəsillər”, ”Muradın yuxusu”, “Aysu və Ay”, “Tap-tapmaca”, “Xortumlu dağ” və s. uşaq kitablarının müəllifidir. Bu kitablardan əksəriyyəti həm də rus və ingilis dillərində nəşr edilib.
Dünya uşaq ədəbiyyatından tərcümə etdiyi "Üç tenqu və porsuq", "İssumbosi", “Günəşdən gələn pay”, ”Nağıla bax, nağıla”, “Sarı ağacdələn ordeni”, “Günəşdən gələn pay” və s. kitablar balaca oxuculara gözəl hədiyyədir. Uzun müddət İctimai Radionun efirində həftənin beş günü canlı yayımlanan "Çoxbilmiş" adlı uşaq verilişinin redaktoru və aparıcısı olub. "Qisas" adlı pyesi Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, "Gəlinciklər" adlı tamaşası Salyan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulub. Bəstəkar Oqtay Rəcəbov Sevinc Nuruqızının librettosu əsasında “Dınqır sazım” adlı uşaq operasını yazıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, ən yaxşı uşaq əsərinə görə 2002-ci il Tofiq Mahmud adına mükafatın laureatıdır.
Hazırda "Təhsil" Nəşriyyat poliqrafiya müəssisəsində böyük redaktor kimi fəaliyyət göstərir və uşaqlar üçün bir-birindən maraqlı əsərlər yazmaqda davam edir.
Cücələr
Yumurtadan onu da, Çıxıbdır bir gecədə. Cücələr bir-birinə, Bənzəyirlər necə də.
Nə xoruzu bilinir, Nə də hələ fərəsi. Anasına töhfədir, Cücələrin hərəsi.
Çil toyuq qoyub «cücə», Hamısının adını. Altına yığmaq üçün Açıbdır qanadını.
|
Aşsüzən
Gözü bilmirəm qırxdır Əllidir, yoxsa ki, yüz. Hövsələm çatmayıbdır Sayım onu düppədüz.
Onu bilirəm, bütün Altı deşik-deşikdir. Nənəm aşı süzəndə Düyülərə beşıkdir.
Yəqin içinizdə var Onun adını sezən. Soruşsam, deyəcəkdir Aşsüzəndir, aşsüzən.
|
Əlcək
Beş bacı beş otaqlı Bir mənzildə yaşayır. Beş bacı bir mənzili Ora-bura daşıyır.
Bu mənzildə hərənin Balaca otağı var. Hər otaqda hərənin Tərtəmiz yatağı var.
|
Böcəklərin yelləncəyi
Küləkdə çiçəklərin Qoynu olur yelləncək. Hər çiçəkdə yellənir, Bir kəpənək, bir böcək.
Ətirli yelləncəyin Altı yaşıl xalıdır. Böcəklər çiçəklərin Yanağının xalıdır.
Bax lalənin içində Oturub sarı böcək. Qorxmur, çünki yıxılsa, O, çəmənə düşəcək. 21.09.2001
|
Çobanyastığı
Cəməndə düşüb qalıb Bax, çobanın yastığı. Bağ altına qoyduğu, Zinəzinə qısdığı.
Astarı sarı məxmər, Ağ atlasdan üzü var. Çobanın yastığında Çəmənlərin gözü var.
Ağ çobanyastıqları Çəmənlərə don biçər. Ona görə çobanın Yolu çəməndən keçər. 10.09.2001
|
Bacısı danışacaq
Fəxriyyə nə eləsə, Deyir: - Elədi bacı. Bilirsiz, Fəxriyyənin, Yoxdu başqa əlacı.
Axı çox yaramazdır, Hər işdə işi vardır. Dağıdıb tökmək kimi, Pis bir vərdişi vardır.
Deyin, bu nadincliyin, Sonu necə olacaq? Axı körpə bacısı, Bir azdan danışacaq.
|
Bulud
Səmada asta-asta Bir bulud süzdü keçdi. Hönkürmək istəyirdi, Üzünü büzdü keçdi.
Gülümsəyən günəşin Önünü kəsdi bulud. Tural dedi, ”Şıltaqlıq Eləmə, bəsdi, bulud!
Qoy günəş parıldasın. Aləmə saçsın işıq. Səndə yoxdur onuntək Gülümsər üz, yaraşıq.”
Qapqara gözlərilə Turala baxdı bulud. Ağlamağa başladı, Özündən çıxdı bulud. 17.03.2001
|
Dara düşəndə Vətən
Kim arxa ola bilər Dara düşəndə Vətən? Yarasına su səpər Odda bişəndə Vətən?
Elə bil ki, uçuşdu Bir dəstə ağ göyərçin. Əllər havaya qalxdı Əllər düzüldü çin-çin.
Oğlanlar da, qızlar da Bir ağızdan “Mən”, - dedi, “Hünəri var irəli Yerisin düşmən”, - dedi.
Gözlərimin önündə Yarandı mətin ordu. Əmin oldum, bir yağı Basa bilməz bu yurdu.
|
Çoban aldadan
Damcılar düşdü tap-tap, Düz günəşin içindən. Uşaqlar çöldən qaçdı, Biçinçilər biçindən.
Quşlar da pırıldayıb, Dəstəylə uçuşdular. Hind toyuğu, qaz, ördək, Tələsik qaçışdılar.
Çobanlar sürüsünü, «Ho-ha» deyib, hayladı. Bu tələsən damcılar, Bir sərinlik payladı.
Tez nənəmi səslədim: Ay nənə, yağır yaman, Dedi: - İndi kəsəcək, Bu yağışa deyirlər, Eldə çobanaldadan.
|
Göyün göz yaşları
Kim götürüb qamçını Göyləri qamçıladı?! Göylərin gözlərindən Göz yaşı damcıladı.
Hər çiçək bir damcını Alıb çəkdi başına. Şəkər qatıbdır, nədir Göy gözünün yaşına?!
Almanın yanağından Gilələndi, sürüşdü. Armudun sinəsinə Göydən bir inci düşdü
Hopdu yerin hər qarış Torpağına daşına. Göy ağladı, yer güldü Aglayan qardaşına. 04.09.2001
|
Ağ xoruzun hekayəti
Uşaqlar, yaxın durun, Maraqlı nağılım var. Yanımda halay qurun, Nağılsevən balalar. Bu gün sizə deyəcəm, Bir şəhərli xoruzdan. Olanı söyləyəcəm, Burda yox bircə yalan. Dağların qucağında, Vardı yaşıl bir oba, Yaşayırdı bu yerdə Qoca nənəylə baba. Onların çox nəvəsi, Nəticəsi var idi. Bir yandaydı hərəsi, Kənd onlara dar idi. Bir gün gəldi nənənin Sevimli nəvələri. Nənə ağartdı evi, Ardı...
|
Çətirlər
Atam çətir alıbdır, Bacıma da, mənə də. Axı payız gəlibdir, Yağış yağır yenə də.
Damcılar çətirlərə Dəyib diyirlənirlər. Saçımıza düşməkçün Elə hey hərlənirlər.
Sonra küsür damcılar, Qaçıb çıxırlar göyə, Daha çətin ki, onlar, Bir də özünü öyə. 08.10.2001
|
Çərpələng
Ay, Eldar, Ay, Vüqar, Ay, İlqar, Birləşək, Düzəldək Çərpələng. Görəsən, Üstünə, Nə çəkək, Çərpələng Alınsın Rəngbərəng?! -Mən deyim? -De görək. -Bir çiçək, Bir böcək, Bir də ki, Kəpənək. -Onda tez Tərpənək. Tez kəsdik Kağızı Qatladıq. Rəngləri Topladıq. Ardı...
|
Pətəyə səyahət
Mən balaca arıyam, Adım da Şirinşəkər. Sözüm-söhbətim vardır, Sizə bilsəz nə qədər?! Uşaqlar, çoxunuzun Mən olmuşam qonağı. Uçub gəlmişəm səhər, Ya da ki, axşamçağı. Yemişəm ananızın Dadlı mürəbbəsini. Dadmışam baxçanızın Ətirli meyvəsini. İnanmıram sizlərdən, Kimsə olsun pətəkdə. Amma çoxunuz olar, Zənnimcə bu istəkdə. Açacağam evimin Hər sirrini-sözünü. Hamı bizim pətəkdə, Hiss edəcək özünü. Bizimtək arılara, Deyirlər, ev arısı. Bal çəkməklə məşğuldur, Arıların yarısı. Pətəyin yaman sərtdir, Nizamı-intizami. Ardı... |
Yanıltmaclar
A Alma ağacı Almanı alıb Atdı Almaza. Acıqlanar çox Almaz almanı Ondan almasa. B Birəbitdən Ay, birəbitdən, Birədən qorxursan, Yoxsa ki, bitdən? —Bitdən, bitdən, Dedi birəbitdən. C Cırılmışdı Corab tayı. Cırığının Yoxdu sayı. Cərgə-cərgə Cığal-cığal Cəld barmaqlar Cırıb onu Keçmişdilər. Cığallar cəld Kəsə yolu Seçmişdilər. Ardı... |
Aysu və dostları
Sevinc Nuruqızı
Aysu və dostları
aranlıq gecə idi. Balaca Aysu pəncərədən ulduzlara baxıb dedi:
- Parıldayırlar. Elə bil işıldaböcəklərdir. Amma anam deyir ki, göydə işıldaböcək olmaz. Onlar ulduzlardır.
Aysu danışa-danışa səmaya diqqətlə baxdı. Birdən göydə Ayı gördü. Təəccüblə dedi:
- A...a...a... Yemiş diliminə oxşayır. Mən yemiş istəyirəm.
Aysu ağladı:
- Yemiş istəyirəm... Verin yemiş dilimini mənə.
Oyuncaqlar yuxudan oyandılar. Sonra anası gəldi. Aysunu qucağına alıb pıçıldadı:
- O yemiş dilimi deyil. Aydır.
- Belə Ay olmur. Ay yumru qoğala oxşayır.
Anası dedi:
- Ay indi təzə doğulub. Cəmi 5 gündür. İndi bir dilimdir. Böyüyəndə qoğal kimi olacaq... Gedək yatmağa...
Evdə hamı yatdı. Təkcə gəlincik Saçlıdan başqa. Saçlı pəncərədən Aya baxırdı:
- Yemiş dilimi işıqlıdır. Yəqin həm də dadlıdır. Aysu onu yemək istəyir.
Saçlı yerə hoppandı. Silkələyib bütün oyuncaqları oyatdı:
- Ey, uşaqlar durun. Aysu yemiş dilimi istəyir. Biz səmaya qalxıb onu dostumuza gətirməliyik.
Hamı oyandı. Ayı, ördək, dovşan, tülkü, top, ipatdı kəndiri, fırfıra, rəngli karandaşlar, fincanlar, nəlbəkilər, çəngəllər, tikiş maşını, fil, Hacıyatmaz, pianino, uzunsaç gəlinciklər, diyircəkli araba, çəhrayı telefon, təyyarə. Aysunun bütün oyuncaqları durmuşdu. Ayı qış yuxusundan oyandığı üçün qəzəbli idi:
- Mən düz üç ay yatmalıyam. Qış yuxusuna getmişdim. Məni oyatdılar...
Saçlı onları tələsdirdi:
- Tez olun. Sonra yatarıq. Əlcəkləri geyinin, papaqları qoyun... Getdik.
Hər tərəf ağappaq qar idi. Saçlının təklifi ilə hamı cərgəyə düzüldü. Sıranın əvvəlində Hacıyatmaz, sonunda isə balaca qırmızı karandaş dayanmışdı. Saçlı əmr etdi:
- Sıraya düzülün. Tərpənməyin. Fikirləşin... Yemiş dilimini necə götürmək olar?
Timsah dilləndi:
- Mən tapdım. Kim uça bilirsə, o da gətirər. Məsələn, quş.
Quş sınıq qanadına baxdı:
- Aysu qanadımı sındırıb. Quşlar tək qanadla uça bilməzlər. Onu ancaq fil xilas edə bilər. Xortumuna su doldurub yuxarı atar. Su da yemiş dilimini qopardıb salar.
Fil isti yerlərdə yaşamağa adət elədiyindən soyuqdan göyərmişdi:
- Aysu mənim dostumdur. Ona kömək etmək istəyərdim. Amma mümkün deyil. Çünki Aysu xortumuma tennis topu tıxayıb. Xortumum su püskürmür. Yemiş dilimini yalnız təyyarə gətirə bilər.
Təyyarə kövrəldi:
- Aysu burnumu qırıb. Burnum olmasa, mən havanı yarıb uça bilmərəm...
Pianino salamat qalmış iki-üç dilini tərpətdi:
- Daram...dar...ra...ram... Tapdıq... Fırfıra fırlanıb qarı bir yerə sovursun. Biz qartopular düzəldək. Çəngəllər qartopuları üst-üstə yığsınlar. Olsun yekə bir dağ. Sonra fil bu dağın zirvəsinə çıxsın, xortumunu uzadıb yemiş dilimini götürsün. Qoyaq nimçəyə. Aparaq Aysu yesin.
Hamı işləyirdi. Hacıyatmaz isə keşikdə durmuşdu. Yemiş dilimini oğurlamasınlar deyə, gözlərini göyə zilləmişdi.
Birdən qar yağmağa başladı. Qar dənələri Hacıyatmazın başına tökülürdülər. Töküldülər... Töküldülər... Hacıyatmazın başı ağırlaşdı. Həyatında ilk dəfə başını yerə qoyub yuxuladı. Və yatdı...
Saçlı həyətin ortasında dayanmışdı. Qar dağı yüksəlirdi. Çəngəllər daha yerdə dayanıb qartopuları yükləyə bilmirdilər. Biri filin xortumunun üstündə idi, biri timsahın burnunun. Biri ipatdının başına dırmaşmışdı. Saçlı nəğmə oxuyurdu:
Al, biri də gəldi, bax
Qartopular ağappaq.
Göyə qalxır qar dağı
Qartopudur, sol-sağı.
Gözlə yemiş dilimi
Uzadacam əlimi.
Yeyəcək səni Aysu,
Çin olacaq arzusu.
Hacıyatmaz isə keşikdə yatmışdı. Yuxusunda görürdü ki, göyün tən ortasında bir yemiş dilimi var. Yerdən yemiş diliminə qədər ağappaq bir dağ ucalıb. Dağın zirvəsində fil dayanıb. Fil xortumunu uzadıb yemiş dilimini götürür. Onu yanından asdığı çantasına qoyur. O saat hər tərəf qaranlıq olur. Göz-gözü görmür. Hamı qışqırır: «Kömək edin!» Aysunun səsi gəlir: «Ay uşaqlar, siz nə etdiniz. O yemiş dilimi deyil. Aydır. Sizin səhviniz üzündən bütün dünya qaranlıq olub. Axı ay işıq saçmaq üçündür... »
Külək əsdi. Hacıyatmazın başındakı qar dənələri uçuşdular. Hacıyatmaz o saat yuxudan durdu:
- Mən yatmışdım? Axı hacıyatmazlar yatmırlar. Nə anam yatıb, nə atam, nə babam, nə də ki, nənəm...
Birdən gördüyü yuxu yadına düşdü:
- İndicə Ayı götürəcəklər. Hər yer qaranlıq olacaq. Qaçım Aysunu köməyə çağırım.
Hacıyatmaz Aysunun çarpayısına çatdı. Onu silkələyib oyatdı:
- Aysu, dur. Hər yer qaranlıq olmamış oyuncanqları çağırmaq lazımdır. Dur... Oyuncaqlar Aya çatmağa az qalıblar.
Aysu oyandı:
- Aya?!
Aysu ilə Hacıyatmaz Qar dağının ətəyində idilər. Dağ o qədər hündür idi ki, oyuncaqlar görünmürdülər. Aysu dedi:
- Dağı aşmalıyıq...
Dağ hündür və sürüşkən idi. Onlar güclə qalxırdılar. Aradabir sürüşüb yıxılır, sonra qalxıb yollarına davam endirdilər! Zirvəyə çatmağa tələsirdilər. Yolda üzü üstə düşmüş çəngələ rast gəldilər. O, soyuqdan donmuşdu və yolda yıxılıb qalmışdı. Aysu onu gödəkçəsinin cibində gizlətdi.
Birdən Hacıyatmaz qışqırdı:
- Aysu, biz artıq zirvədəyik. Ora bax...
Aysu zirvədən aşağı boylandı. Oyuncaqlar fındıq boyda görünürdülər. Saçlı yenə hamını sıraya düzmüşdü. Əmr verirdi:
- Fil, dağa qalxmağa hazır ol!
Fil xortumunu qaldırdı:
- Həmişə hazır!
Aysu ilə Hacıyatmaz qışqırdılar:
- Dayanın. Ey... Bir dəqiqə dayanın...
Oyuncaqlar dağın başına baxdılar. Aysu ilə Hacıyatmaz bir göz qırpımında sürüşüb oyuncaqların yanına düşdülər. Aysu oyuncaqlarını bağrına basdı. Onlar soyuqdan donmuşdular. Onlara başa saldı ki, Ay səmada yemiş dilimi kimi, qutab kimi, qoğal kimi də görünə bilər. Təzə Ay yemiş diliminə bənzəyir, bir az sonra böyüyüb qutab kimi olur. Ay yepyekə olanda isə qoğala oxşayır...
Триумф «Аршин мал алан» в Белоруссии
Коллектив «Гюнай» удостоен трех дипломов
Детский Театр-Студия «Гюнай» Бакинского Детского Театра триумфально вернулся с ІІІ Минского международного детского театрального форума «Шаги», на котором театр «Гюнай» официально представлял Азербайджан. Этот престижный международный форум проходил с 25 по 28 марта 2015 года на базе учреждения «Новый драматический театр г. Минска», Республика Беларусь. Детский театр «Гюнай» был официально приглашен Главным управлением идеологической работы и культуры по делам молодежи Мингорисполкома.
“Arşın mal alan” tamaşasının Belorusda uğuru
“Günay” üç diploma layiq görülüb
“Günay” Uşaq Teatrı Azərbaycanı təmsil etdiyi “Şaqi” (”Addımlar”) ІІІ Minsk Beynəlxalq uşaq teatr forumundan qələbə ilə Vətənə qayıdıb. Martın 25-28-də Belorus Respublikasında keçirilən bu nüfuzlu beynəlxalq foruma “Günay” Uşaq Teatrı Minsk şəhər İcra Hakimiyyətinin gənclərlə bağlı ideoliji iş və mədəniyyət üzrə Baş İdarəsi tərəfindən rəsmən dəvət olunmuşdur.
“Günay” Uşaq Teatrı Azərbaycanın teatr sənətini Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası ilə təqdim edib. “Günay”ın tamaşası tamaşaçıları heyrətə gətirib və münsiflər heyəti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycanın kollektivi üç diplomla təltif edilən kollektiv olub. Gənc aktyorlar Vətənə yaradıcılıq təəssüratları, pozitiv emosiyalar, həmçinin qonaqpərvərlik, dost münasibəti və kollektivin yüksək qiymətləndirilməsinə görə Belorusa minnətdarlıq hissi ilə qayıdıblar...
31 марта – День геноцида азербайджанцев
Исполняется 97 лет со дня геноцида, совершенного против азербайджанцев армянскими дашнаками совместно с большевиками. Как сообщает АПА, ночью 30 марта 1918 года в результате учиненного армянами геноцида в Баку были зверски убиты около 20 тысяч мирных азербайджанцев, в том числе женщин, детей и стариков.
С 30 марта по 2 апреля армянские большевистские отряды под руководством Степана Шаумяна убили в Баку тысячи людей, сожгли многие места поклонения, конфисковали имущество населения Баку на сумму 400 млн. манатов. Во время массовой резни армяне подвергли артиллерийскому обстрелу самую большую в Баку мечеть «Тезепир», сожгли здание «Исмаилийе», которое считалось одной из сокровищниц мировой архитектуры.