admin2
Bakıda IV Milli uşaq kitabı sərgisi açılmışdır
Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş tədbir keçirilmiş və IV Milli uşaq kitabı sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, kitabxananın direktoru Fizurə Quliyeva F.Köçərli adına Respublika Uşaq Kitabxanasının hər il bu günü qeyd etdiyini bildirib. Əvvəlki illərdə Qubada, Xaçmazda kitab bayramları keçirilmişdir.Həmçinin keçən il SOS Uşaq Kəndində müvafiq sərgi təşkil olunmuşdur.Tanınmış uşaq yazıçı və şairlərinin, “Altun”, “Çinar-Çap”, “Turan”, “Təhsil” nəşriyyatları əməkdaşlarının iştirak etdikləri tədbirdə 190 nömrəli məktəbin şagirdləri musiqili ədəbi kompozisiya təqdim etmişlər.Həmçinin uşaqlar arasında viktorina keçirilmiş, suallara düzgün cavab tapanlar hədiyyələr qazanmışlar.
2 aprel - Beynəlxalq Uşaq Kitabı Günüdür
Bu gün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Gün.Az xəbər verir ki, 1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb.
QAZAX RAYON UŞAQ YARADICILIQ MƏRKƏZİ
QAZAX RAYON UŞAQ YARADICILIQ MƏRKƏZİ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində
Ünvan: Qazax şəhəri, Heydər Əliyev prospekti 76
Telefon: 5-45-17, (050)313-24-10
1934-cü ildən fəaliyyət göstərən Uşaq Yaradıcılıq Mərkəzində aşağıdakı dərnəklər təşkil olunmuşdur:
- Musiqi
- Rəsm
- Məktəb teatrı
- Bədii qiraət
- Gənc gülçülər
QƏBƏLƏ RAYONU C.YUSİFOV ADINA UŞAQ YARADICILIQ MƏRKƏZİ
QƏBƏLƏ RAYONU C.YUSİFOV ADINA UŞAQ YARADICILIQ MƏRKƏZİ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində
Ünvan: Qəbələ şəhəri, 4 saylı tam orta məktəbin binası
Telefon: (050)446-04-99
Məktəbdənkənar müəssisə 1950-ci ildən fəaliyyət göstərməkdədir.
QƏBƏLƏ RAYON UŞAQ GƏNCLƏR İDMAN MƏKTƏBİ
QƏBƏLƏ RAYON UŞAQ GƏNCLƏR İDMAN MƏKTƏBİ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində
Ünvan: Qəbələ şəhəri, M.Qəribov küçəsi 1, 1 saylı tam orta məktəbin binası
Telefon: (050)370-79-73
Uşaq-Gənclər İdman Məktəbində 32 qrupda 439 şagird aşağıdakı idman növləri ilə məşğul olur:
- Futbol
- Valeybol
- Sərbəst güləş
- Tennis
QƏBƏLƏ RAYON TEXNIKI YARADICILIQ MƏRKƏZİ
QƏBƏLƏ RAYON TEXNIKI YARADICILIQ MƏRKƏZİ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində
Ünvan: Qəbələ şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsi 39
Telefon: (055)624-26-52
1994-cü ilin oktyabrından fəaliyyət göstərən məktəbdənkənar müəssisənin dərnəkləri aşağıdakılardır:
- Aviamodelçilik
- Avtomodelçilik
- Radiotexnika
- İnformatika
- Kimya
- Fızika
- Bacarıqlı əllər
- İbtidai texniki modelləşdirmə və.s
QƏBƏLƏ RAYON ŞAHMAT MƏKTƏBİ
QƏBƏLƏ RAYON ŞAHMAT MƏKTƏBİ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində
Ünvan: Qəbələ şəhəri, İsmayıl bəy Qutqaşınlı 39
Telefon: (050)310-70-52
Qəbələ rayon Şahmat məktəbi 1986-cı ildə fəaliyyətə başlayıb.
QƏBƏLƏ RAYON EKOLOJİ TƏRBİYƏ VƏ TƏCRÜBƏÇİLİK MƏRKƏZİ
QƏBƏLƏ RAYON EKOLOJİ TƏRBİYƏ VƏ TƏCRÜBƏÇİLİK MƏRKƏZİ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində
Ünvan:
Telefon: (050)388-00-71
Dərnək üzvlərinin əməyi sayəsində Mərkəzin təcrübə sahəsində minlərlə müxtəlif növdən olan gül və dekorativ bitki yetişdirilmişdir. Hal-hazırda məktəbdənkənar müəssisənin həyətində 2000 ədəd gül kolu yetişmiş vəziyyətdə saxlanılır.
BALAKƏN RAYON UŞAQ TEXNİKİ YARADICILIQ MƏRKƏZİ
BALAKƏN RAYON UŞAQ TEXNİKİ YARADICILIQ MƏRKƏZİ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində
Ünvan: Balakən rayonu, Nəriman Nərimanov küçəsi 13
Telefon: (0119) 5-11-50
Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1979-cu ildə 7 dərnək, 37 qrup, 35 nəfər şagird, 12 nəfər müəilimlə fəaliyyətə başlamışdır.Hazırda məktəbdənkənar müəssisə fəaliyyətini 11 dərnək, 63 qrup, 945 şagird, 24 pedaqoji heyətlə davam etdirir.
BALAKƏN RAYON UŞAQ GƏNCLƏR İDMAN MƏKTƏBİ
BALAKƏN RAYON UŞAQ GƏNCLƏR İDMAN MƏKTƏBİ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində
Ünvan:
Telefon:
Balakən rayon Uşaq Gənclər İdman Məktəbi 1982 cı ildən fəalıyyət göstərir. Məktəblilər qruplarda aşağıdakı idman növləri iklə məşğul olurlar:
- Futbol
- Voleybol
- Sərbəst güləş
- Yunan roma güləşi