admin2
Растет пособие за каждого пятого ребенка
Сумма пособия за каждого пятого ребенка в азербайджанских семьях будет увеличена, и им будут выдаваться талоны на продовольствие. Как сообщили АПА в Милли Меджлисе, это предусмотрено в новом законопроекте «О государственной поддержке многодетных семей».
Hər beşinci uşağa müavinətin məbləği artır
Azərbaycan ailələrində dördüncü uşaqdan sonra doğulacaq hər uşağa görə verilən müavinətin məbləği artırılacaq və onlara ərzaq üçün talonlar veriləcək. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsində nəzərdə tutulub.
В Азербайджане ожидается освобождение многодетных семей от налогов
В Азербайджане ожидается освобождение от налогов семей, где 5 и более детей, а также семей, усыновивших и воспитывающих до 18 лет детей. Это предусмотрено в новом законопроекте «О государственной поддержке многодетным семьям», а также изменениях в соответствующее законодательство согласно новому документу.
Azərbaycanda 5 və daha çox uşağı olan ailələrin vergidən azad olunması gözlənilir
Azərbaycanda 5 və daha çox uşağı olan, o cümlədən övladlığa götürülmüş uşaqları olan, onları 18 yaşınadək tərbiyə edən ailələrin vergidən azad olunması gözlənilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsində və yeni sənədə uyğun olaraq müvafiq qanunvericiliyə ediləcək digər dəyişikliklərdə nəzərdə tutulub.
Сенат американского штата Нью-Мексико официально признал Ходжалинский геноцид
Сенат американского штата Нью-Мексико официально признал Ходжалинский геноцид. Как сообщает АПА со ссылкой на официальный сайт Сената, за принятие резолюции проголосовали 35 сенаторов. Резолюция, признающая массовую резню мирного населения в Азербайджане, была представлена в Сенат штата Нью-Мексико сенатором Геральдом Ортизом Пино.
В документе говорится о сути армяно-азербайджанского, нагорно-карабахского конфликта, об оккупации 25-26 февраля 1992 года Вооруженными Силами Армении азербайджанского города Ходжалы и массовом убийстве более 600 мирных жителей города, включая детей, женщин и стариков. Автор в документе отметил, что «после операции по оккупации Ходжалы были обнаружены изуродованные тела убитых людей, что является античеловечным актом в отношении мирного населения».
ABŞ-ın Nyu-Meksika ştatının Senatı Xocalı soyqırımını rəsmən tanıyıb
ABŞ-ın Nyu-Meksika ştatının Senatı Xocalı soyqırımını rəsmən tanıyıb. APA-nın Senatın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Senatın qəbul etdiyi qətnamənin lehinə 35 senator səs verib. Azərbaycanda dinc əhalinin kütləvi qətlini tanıyan qətnamə senator Gerald Ortiz Pino tərəfindən ABŞ-ın Nyu-Meksika ştatının Senatına təqdim olunub.
Bu sənəddə Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə, 25-26 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalının işğal olunması və orada yaşayan uşaqlar, qadınlar, qocalar daxil olmaqla 600-dən çox dinc azərbaycanlının kütləvi qırğına məruz qalmasından bəhs edilir. Müəllif qeyd edib ki, “işğal əməliyyatından sonra Xocalıda eybəcər hala salınmış və şikəst olmuş insan meyitləri aşkarlanıb ki, bu da dinc əhaliyə edilmiş ən qeyri-insanı hərəkətdir”.
В Азербайджане многодетным семьям могут бесплатно предоставить жилищные участки
В Азербайджане многодетным семьям могут бесплатно предоставить жилищные участки и особые льготы. Эти предложения нашли отражение в законопроекте «О государственной поддержке многодетным семьям», подготовленным Госкомитетом по проблемам семьи, женщин и детей, - сообщили АПА в Милли Меджлисе. Согласно статистике, за последние 10 лет наблюдается резкое сокращение многодетных семей. Это обстоятельство и послужило толчком для разработки данного законопроекта.
Azərbaycanda çoxuşaqlı ailələrə pulsuz yaşayış sahələri verilə bilər
Azərbaycanda çoxuşaqlı ailələrə yaşayış sahələri pulsuz verilə və həmin ailələrə xüsusi müavinətlər ayrıla bilər. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsində nəzərdə tutulur. Layihə Milli Məclisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olub, sənədlə bağlı QHT-lər tərəfindən əlavə təkliflər də var. Belə bir qanunun hazırlanmasına səbəb son 10 ildə çoxuşaqlı ailələrin sayının sürətlə azalması göstərilir.
20 Января - День всенародной скорби
Азербайджан отмечает 23-ю годовщину трагических январских событий
Ввод в Баку 20 января 1990 года боевых частей Советской армии для подавления масштабных выступлений народных масс, протестовавших против агрессивных действий Армении и территориальных претензий к Азербайджану, против покровительства ей руководства бывшего СССР, привел к невиданной трагедии. Несмотря на убийство около 140 мирных жителей советскими войсками, эти события не смогли сломить волю народа к борьбе, а, напротив, азербайджанский народ продолжил борьбу с еще большей силой, логическим результатом чего явилась восстановленная в 1991 году независимость страны.
20 yanvar – Ümumxalq matəm günüdür
Azərbaycan yanvar hadisələrinin 23-ü ildönümünü qeyd edir
1990-cı il yanvarın 20-də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və aqressiv hərəkətləri, həmçinin keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına qarşı xalq kütləsinin irimiqyaslı çıxışlarının qarşısını almaq məqsədilə sovet qoşunlarının hərbi hissələrinin Bakıya yeridilməsi misli görünməmiş faciəyə gətirib çıxardı.