20 yanvar – Ümumxalq matəm günüdür
Azərbaycan yanvar hadisələrinin 23-ü ildönümünü qeyd edir
1990-cı il yanvarın 20-də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və aqressiv hərəkətləri, həmçinin keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına qarşı xalq kütləsinin irimiqyaslı çıxışlarının qarşısını almaq məqsədilə sovet qoşunlarının hərbi hissələrinin Bakıya yeridilməsi misli görünməmiş faciəyə gətirib çıxardı.
Sovet qoşunları tərəfindən 140-a yaxın dinc sakinin qətlə yetirilməsi xalqın iradəsini qırmadı, əksinə daha da möhkəmləndirdi və azərbaycan xalqı mübarizəni daha böyük əzmlə davam etdirərək 1991-ci ildə ölkənin müstəqilliyinin bərpa sına nail oldu. Beləliklə də 20 yanvar 1990-cı il tarixi Azərbaycan tarixinin müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə səhifəsinə həkk olundu və ölkədə matəm günü elan edildi. Ümumxalq matəm günü minlərlə insan Şəhidlər Xiyabanını zayarət edir, faciəqurbanlarını yad edir, məzarları üstünə gül əklilləri qoyurlar. Azərbaycana rəsmi səfərə gələn şəxslər də Şəhidlər Xiyabanını ziyarət edir.
Qeyd edək ki, “Qara yanvar” hadisələrindən sonra Bakı metropoliteninin “11-ci Qızıl Ordu” stansiyasının adı dəyişdirildi “20 Yanvar” oldu. Dünyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar keçirdikləri aksiyalarla 20 Yanvar qurbanlarını yad edirlər.