Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 22 Oktyabr 2013 13:47

Yeni uşaq mahnılarının seçimi başladı

22.10.13"ELS" Müstəqil Araşdırmalar Mərkəzi layihənin ikinci mərhələsini təqdim etdi

Oktyabrın 22-də Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin prezentasiyası keçirilib.

 

 

 

FOTOQALEREYA

Tədbirdə incəsənət xadimləri, o cümlədən Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, bəstəkarlar Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və Mehriban Əhmədova, şairlər Baba Vəziroğlu, Vahid Əziz, professor Minarə Dadaşova, Musiqi Kollecinin direktoru Nazim Kazımov, rejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov, yazıçı Gülzar İbrahimova və layihənin rəhbəri İradə Yaqubovadan ibarət Münsiflər Heyəti müsabiqənin birinci mərhələsinin yekunlarını müzakirə etdi.

Tədbir iştirakçılarını Üzeyir bəy Hacıbəyovun ocağında salamlayan Gülnaz Abdullazadə gənc nəslin formalaşması baxımından incəsənətin, o cümlədən uşaq mahnılarının danılmaz rolundan danışdı. Oqtay Zülfüqarov müsabiqəyə təqdim olunan mahnıların obyektiv seçılməsinin vacibliyini vurğulayaraq dedi ki, müsabiqədən keçən əsərlər vətənpərvərlik, valideynlərə hörmət, təbiətə məhəbbət, bir sözlə, uşaqların formalaşmasında əhəmiyyət kəsb edən mövzuları, həmçinin müxtəif yaş kateqoriyalarını əhatə etməlidir. Layihənin rəhbəri İradə Yaqubova ötən müddət ərzində İşçi Qrupunun gördüyü işlər, o cümlədən dinləniləcək mahnıların seçim qaydaları haqqında ətraflı məlumat verdi. Sonra münsiflər heyəti müsabiqəyə təqdim olunan 73 mahnıdan yarısını dinlədi, qalan mahnılara  münsiflər heyətinin növbəti toplantısında  baxılacaq. Qaliblərin obyektiv şəkildə təyin olunması üçün seçilmiş mahnılar sosial şəbəkələrdə səsverməyə çıxarılacaq. Müsabiqənin qalibləri mükafatlandırılacaq və qalib mahnılar müsabiqənin yekun konsertində səsləndiriləcək.

Qeyd edək ki, tədbirdə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, KİV nümayəndələri iştirak etmişdir. 

Oxunub 1601 dəfə