Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« March 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 18 Noyabr 2016 11:38

“İxtisas seçiminə ailənin təsiri və rolu” İTV-nin canlı efirində

2016.11.16“ELS”Müstəqil Araşdırmalar Mərkəzi “Açıq dərs” verilişində növbəti müzakirələri təşkil etdi

Noyabrın 16-da “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik”Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “İxtisas seçiminə ailənin təsiri və rolu” adlı mövzunun içtimai müzakirələrini keçirdi.”Açıq dərs” verilişinin canlı yayımında ekspertlər mövzu ətrafında maraqlı fikir və təklifləri ilə bölüşdülər.

VİDEO

Studiyanın qonaqları, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri, layihənin rəhbəri İradə Yaqubova, AR Prezidenti yanında “Bilik” Fondunun sektor müdiri Xatirə Hüseynova, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Məcid Bayramov və 18 saylı Peşə Liseyinin müdiri Rəhim Ağamalıyev idi.

Peşə seçimi insanların həyatında verdiyi ən vacib qərarlardan biridir və sözsüz ki, hər birimizi hansı peşəni seçəcəyimiz və bununla gələcək fəaliyyətimizin uğurlu olub-olmayacağına dair fikirlər düşündürür. Peşə insanın gələcəyini müəyyənləşdirir və onun rolu insan həyatında çox önəmlidir.Belə qənaətdə olan İ.Yaqubova sentyabr ayında layihə çərçivəsində reallaşan sosioloji araşdırmanın nəticələrini açıqlayarkən, ali təddris ocaqlarında təhsil alan gənclərin ixtisas seçiminə təsir edən amillər sırasında daha çox peşənin dəbdə olması, peşəyə tələbat və s. qeyd etdiklərini bildirdi. Onun sözlərinə görə, peşə seçimini gənclər daha çox valideynlərin məsləhəti və bir çox hallarda təkidi ilə edirlər, bir qayda olaraq da peşə ixtisas məktəblərinə deyil, ali müəəsisələrə üz tuturlar. “Bugünkü mövzu Azərbaycanda peşə təhsili ilə bağlı islahatlar və imkanlar barədə valideynlərin məlumatlandırılması və övladlarının düzgün istiqamətə yönləndirməsini nəzərdə tutur”, - deyə layihə rəhbəru vurğuladı.

X.Hüseynovanın qənaətinə görə,peşə seçimi gənclərin sonrakı həyatında dönüş nöqtəsi yarada bilər və bu məsələdə cəmiyyətin, insanın yaşadığı mühitin də rolu böyükdür. 3 ilə yaxındır ki, AR Prezidentinin sərəncamı ilə yaradılan Bilik Fondu Azərbaycanın bütün rayonlarında maarifləndirici layihələr həyata keçirir. Artıq bir sıra bölgələrdə Bilik Evləri açılıb ki, orada gənclərin peşə seçimi ilə bağlı maarifləndirildirici kurslar təşkil olunur. Məsələn, sosial sifariş və ali təhsildən kənarda qalangənclərin müraciəti əsasında Nardaranda xalçaçılıq və avtomobil təmiri üzrə mütəxəssis, Şəkidə toxuculuq, digər bölgələrdə isə xarici dil kursları açılmışdır. 

M.Bayramov hazırda peşə təhsilinin plan və proqramlar üzrə, yəni beş istiqamətdə aparıldığını dilə gətirdi. Onun sözlərinə görə, ölkədə peşə təhsilinin nüfuzunun çox aşağı olması və valideynlərin uşaqların seçiminə güclü təsir etməsi səbəbindən valideynlərlə peşə seçimi ilə bağlı maarifləndirici işlərin aparılması nəzərdə tutulmuşdur.

R. Ağamaliyevin sözlərinə görə,5-7 il əvvəl peşə liseylərinə uşaqlar təsadüfən gəlirdisə, hazırda onlarınəksəriyyəti bu seçimi məqsədyönlü şəkildə edirlər. Onun sözlərinə, bazar iqtisadiyyatı dövründə vəziyyət bir qədər dəyişib və ailələr bu gün övladlarını daha çox peşəyə, sənətə  istiqamətləndirməyə başlayıb.

Canlı efirə qoşulan tamaşaçılar veriliş boyu mövzuya dair öz fikir və təklifləri ilə bölüşüblər.

Qeyd edək ki, bu mövzu ilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyada müzakirələr başa çatmışdır.   

Oxunub 4792 dəfə