Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 22 Oktyabr 2016 18:55

Ailə dəyərlərini qoruyaq!

Ailə dəyərlərini qoruyaq“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin layihəsi İctimai Televiziyada uğurla davam edir 

Oktyabrın 21-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyada növbəti mövzunu ictimai müzakirəyə çıxardı.

VİDEO

“Addım-addım” verilişində “Ailə institutunun qurulmasında müasir problemlər” mövzusu ekspertlər, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri, layihənin rəhbəri İradə Yaqubova, APU-nun kafedra müdiri, professor Minarə Dadaşova, ilahiyyatçi İrşad Mahmudov və psixoloq Lümunət Əmrahlı tərəfindən birgə müzakirə olundu.  

“İstənilən peşəyə sahib olmaq üçün diplom almaq lazım gəldiyi halda, valideyn olmaq üçün diplom yox, sadəcə qanunvericilikdə nəzərdə tutulmuş yaş həddindən sonra ailə qurmaq kifayətdir. Lakin müqəddəs varlıq olan ailə qurmaq üçün müəyyən təcrübə və biliklərin olması çox vacibdir”, - deyən İ.Yaqubova məhz bununla bağlı sentyabr ayında ölkənin 21 ali təhsil müəssisəsinin 1050 tələbəsi arasında layihə çərçivəsində aparılmış sorğuda bugünkü mövzuya aid də sualların yer aldığını bildirdi. Onun sözlərinə görə, gənclərin maraqlı və bəzi hallarda gözlənilməz cavabları müəyyən problemlərin ortaya çıxdığını göstərir. Söhbət yalnız dini nigaha, yaxud vətəndaş nigahına üstünlük verən gənclərdən gedir. İlahiyyatçi İrşad Mahmudov qloballaşan dünyada milli dəyərlərin qorunmasının zəruri olduğunu qeyd etdi. Onun sözlərinə görə, bu gün ata-ana, qaynana-gəlin, qaynana-kürəkən problemi var ki, bu da bir çox hallarda ölkədə sürətlə artan boşanmalara gətirir. Professor Minarə Dadaşovanın qənaətinə görə, ailə müqəddəsdir və sözsüz ki məhəbbət üzərində qurulmalıdır, lakin ailənin davamlı olması üçün tərbiyə, hörmət, dözümlülük kimi amillərin olması vacib şərtdir. Psixoloq Lümunət Əmrahlı qloballaşma dövründə cəmiyyətlər, insanların dəyişdiyini dilə gətirdi və ailə dəyərləri məsələsinə gənclərin yanaşmasında təəccüblü bir şeyin olmadığını dedi. “Burada bir sıra psixoloji məqamlar var və demək olmaz ki, həmin gənclər artıq ailə qurarkən özlərini verdikləri cavablardan fərqli aparmayacaqlar” - deyən psixoloqun fikrincə, gənclər ailə qurana qədər bir-birini tanımalı, uyğunlaşmalıdır, amma təəssüflər olsun ki, cəmiyyətdə bu, birmənalı qarşılanmır. O, nəyə görə İslamda olmayan tabular cəmiyyətə gətirilib? - sualını verdi.

“Addım-addım” verilişinin canlı efiri ekspertlərin maraqlı fikir və yanaşmaları ilə bir saat davam etdi. 

Oxunub 5270 dəfə