Bunu etmək olmaz! (valideynlər üçün yaddaş kitabçası)
Bunu etmək olmaz! (valideynlər üçün yaddaş kitabçası)
Uşağı təhqir etmək, ona müxtəlif ləqəblər qoymaq, istehza etmək, buraxdığı səhvlər və uğursuzluqlara diqqəti cəlb etməyin;
Sərt cəza vermək, qaygı və məhəbbətdən məhrum etməklə hədələməyin;
Həddən artıq öyüd-nəsihət verməyin, çünki 7 yaşadək uşaqlar ən çoxu 8 sözdən ibarət cümləni belə çətinliklə başa düşür, qısa göstərişlər daha tez başa düşüləndir;
Uşaq bu günlə yaşayır, vəd isə gələcək deməkdir və onu yerinə yetirmək bəzən mümkünsüz olur. Odur ki, həddən artıq vədlər verməyin;
Uşaq böyüdükcə sərbəstliyi də artmalıdır. Bunu nəzərə alıb uşağınıza çox qayğı və himayəlik etməyin;
Uşaqdan nəsə tələb edəndə onun yaşını və imkanlarını nəzərə alıb qarşısına öhdəsindən gəlməyəcəyi tələblər qoymayın;
Unutmayın ki, “Nümunəvi uşaq - bədbəxt uşaqdır və özü kimi ola bilmir”. Odur ki, övladınızı uşaq olmaq hüququndan məhrum etməyin;
Uşağa “O, qorxaqdır”, “O, utancaqdır” və s. bu kimi damğalar yapışdırmayın;
Uşağınızı başqa uşaqlarla müqayisə etməyin;
Uşağınızı eyni səhvə görə təkrar cəzalandırmayın! Yaxşı olar ki, səhvin mənbəyini axtarıb tapasınız;
Uşağınız haqqında başqalarının yanında pis danışmayın, onun şəxsiyyət olduğunu yaddan çıxarmayın və məsələni şahidlər olmadan ikilikdə çözün. Belə olan halda vəziyyətin yaxşıya doğru düzələcəyinə daha çox şans var;
Uşağın şəxsi həyatına icazəsiz və kobud şəkildə müdaxilə etməyin! Özünüzü elə aparın ki, sizə inanıb gizli dünyasına buraxsın;
Uşağınızın tərbiyəsini qadağanlar üzərində qurmayın! Unutmayın ki, qadağan olunan meyvə şirin olur!