Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 23 Sentyabr 2016 14:11

Təhsil Nazirliyi əlil uşaqların təhsili ilə bağlı təkliflər hazırlayıb

Təhsil Nazirliyi əlil uşaqların təhsili ilə bağlı təkliflər hazırlayıbTəhsil Nazirliyi "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanuna əlavə və dəyişiklər edilməsi üçün təkliflər hazırlayıb.

Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin xüsusi təhsil şöbəsinin müdiri Anar Xəlilov APA-ya açıqlamasında bildirib ki, bu təkliflər yaxın müddətdə Milli Məclisə göndəriləcək. Onun sözlərinə görə, bu gün mövcud olan "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanunda əlillik daha çox tibbi model olaraq qəbul edilir: “Biz onu tibbi modeldən çıxararaq sosial, hüququ baxımdan uşaqların xüsusi təhsilə baxışına uyğun tətbiq etməyə çalışırıq. Xüsusi təhsil haqqında qanunda əlil uşaqların təhsil kateqoriyaları yalnız onların diaqnozları üzərində qurulub. Amma biz bu məsələyə təhsil-pedaqoji aspektdən baxmağa çalışırıq. Bundan əlavə, uşaqların neçə yaşdan təhsilə cəlb olunmaları movcud qanunda qeyd edilməyib. Amma yeni təkliflərdə "Təhsil haqqında" qanunda qeyd olunduğu kimi, uşaqların 6 yaşdan təhsilə cəlb olunması əksini tapıb".

 A. Xəlilov deyib ki, xüsusi təhsil haqqında qanundan başqa, Psixoloji-tibbi-pedaqoji komissiyanın əsasnaməsinin tərkib hissəsinin dəyişdirilməsi barədə də təkliflər hazırlanıb.

Oxunub 4143 dəfə