Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 03 Fevral 2014 14:37

ELS və AVCİYA Azərbaycan Gəncləri gününü qeyd etdi

03.02.2014Fevralın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ildən həyata keçirdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə“ birgə layihəsi çərçivəsində “Azərbaycan Gəncliyinin problemləri və perspektivləri” mövzusunda dəyirmi masa keçirildi. 

TƏQDİMAT

KİV 

FOTOQALEREYA

 Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq 1996-cı ildə Azərbaycanda qeyd olunmağa başlayıb. Gənclik millətin varlığı, inkişafı üçün təməl daşıdır və hər bir dövlət uzunmüddətli siyasətində gələcəyini gənclərlə bağlayır. Bunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyov dedi. Onun sözlərinə görə, gənclərin və ümumilikdə cəmiyyətin ən böyük problemi ideoloji boşluqdur ki, bu da birbaşa dəyərlərin zəif tətbiq olunması ilə bağlıdır. “Son vaxtlar Azərbaycan gənclərinin kənarda olan münaqişələrdə gedib yalnış ideyalar uğrunda həlak olması da buna sübütdur”, - deyə V.Əlibəyov təəssüf hissi ilə əlavə etdi.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova 2014-cü ilin yanvar ayında Bakı və Sumqayıt şəhərlərinin 9-11 siniflərinin 312 şagirdi arasında peşə seçimləri ilə bağlı keçirdikləri rəy sorğusunun nəticələrini açıqladı. Sorğunun məqsədi gənc nəslin bugünkü problemləri, əmək və məşğulluqları, peşə seçimində mövcud problemlərinin səbəblərinin araşdırılması olmuşdur. Bu gün daha çox tələb olunan peşələri qeyd edərkən şagirdlərin 67,1%-i ali təhsilli, 32,9%-i isə ilk peşə-ixtisas (İPİ) təhsili peşələrin adlarını çəkmişlər. Gələcəkdə  yiyələnmək istədikləri peşələrə gəldikdə, rəyi soruşulanların 89,3% konkret peşələrin adlarını qeyd etmişlər. Bunların 74,0%-i ali təhsilli, 15,3%-i İPİ təhsilli olmuşlar. Qalan şagirdlərin 10,7%-i ali təhsilli peşələrə üstünlük verərək peşəni göstərməmiş və “Hansına daxil ola bilsəm” cavabını vermişlər. Orta məktəbi bitirdikdə şagirdlərin 81,3%-i sənədlərini ali təhsil məktəblərinə (Bakı – 85,1%, Sumqayıt – 78,6%), 7,3%-i – texnikumlara (Bakı – 3,9%, Sumqayıt – 9,0%), peşə məktəbləri/liseylərə 4,8%-i (Bakı – 3,1%, Sumqayıt – 6,4%) verəcəklərini bildirmişlər. Peşə məktəbləri/liseylərdə oxumaq istəməyənlər əsasən bunu ali məktəbin daha hörmətli, səviyyəli və cəmiyyətin anlamında daha yaxşı olduğunu qeyd etmişlər (92,1%).

Beləliklə, sorğu peşə məktəblərinin və ilk peşə-ixtisas təhsilli peşələrin təbliğatının zəif qurulması; orta məktəb şagirdlərinin peşə məktəblərinə dair məlumatlılığının aşağı səviyyədə olmasını üzə çıxarmışdır. Bu problemlərin həlli üçün ilk növbədə peşə məktəblərinin və ilk peşə-ixtisas təhsilli peşələrin təbliğatı gücləndirilməlidir. Peşə məktəblərinin təbliğatında yeni müasir formatlardan istifadə olunmalıdır: sosial reklam, KİV, xüsusilə də televiziya. Təbliğatın ayrı-ayrı peşə məktəblərinin elanları ilə bərabər Təhsil nazirliyi tərəfindən peşələr üzrə aparılması daha səmərəli ola bilər. İlk peşə-ixtisas təhsilli məktəblərinə münasibətin dəyişilməsində peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi və onların sayının artırılması önəmlidir.

Mövzu ətrafında müzakirələr zamanı tədbir iştirakçılarının ümumu rəyi belə oldu ki, gənclərlə bağlı milli ideoloji konsepsiya işlənməli və dövlətin siyasəti gücləndirilməlidir.

Oxunub 1778 dəfə