Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 24 Sentyabr 2013 12:07

Bakıda Beynəlxalq kitab sərgi-yarmarkası keçirilir

Kitab SergisiSentyabrın 23-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Milli Məclisin vitse-spikeri Bahar Muradova, baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycanın xalq şairi Zəlimxan Yaqub, 100 yerli, 40 xarici olmaqla, ümumilikdə 25 ölkəni təmsil edən çap və poliqrafiya müəssisələrinin, çap işi ilə məşğul olan qurumların təmsilçiləri media nümayəndələri və başqaları iştirak ediblər.

 

Tədbiri giriş sözləri ilə açan Əbülfəs Qarayev tədbirin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunduğunu dilə gətirib: “Sərginin ilk dəfə açıq səma altında keçirilməsində məqsəd Bakı sakinləri, qonaqlar, gənclər üçün rahat və sərbəst şəkildə kitab almaq imkanı yaratmaqdır. Sərgi çərçivəsində 100-ə qədər təqdimatın keçirilməsi nəzərdə tutulur. Sərgidə 25-dən çox ölkədən 125 nəşriyyat evi öz məhsulunu təqdim edir. Bu, Azərbaycanda kitab işinə beynəlxalq marağın nəticəsidir. Belə tədbirlərin sayının artırılması vacib və önəmli hadisədir. Sərgi-yarmarkada kitablar nəinki kitab şəklində, həmçinin elektron formada təqdim edilir. Bu da müasir dünyanın ayrılmaz hissəsidir. Ümid edirik ki, bu cür sərgilərin keçirilməsi ilə gənclərin kitaba marağı daha da artacaq”.

Daha sonra baş nazirin müavini Elçin Əfəndiyev kitabın insanın ən böyük kəşfi olduğunu vurğulayıb: “Hesab edirəm ki, Qobustan qayalarındakı rəsmlərimiz ibtidai insanın bizə yadigar qoyduğu kitablardır. Ümummilli Lider Heydər Əliyev də vaxtı ilə nəşriyyatlar haqqında fərman imzalayıb. Bununla da bütün nəşriyyatlardan lisenziyalar götürülüb. Bu da kitaba və xalqa hörmətin təzahürüdür”.

Sərginin davam edəcəyi müddətdə paytaxtımızda paralel olaraq həm Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi ilə əlaqədar tədbirlər, həm də 2 böyük nüfuzlu iclas keçiriləcək. Bunlar Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclasıdır. İclasa 65 ölkədən nümayəndə heyəti, milli kitabxana rəhbərləri qatılacaqlar.

Qeyd edək ki, III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası işini sentyabrın 25-dək davam etdirəcək. 

Oxunub 1631 dəfə