Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 16 Mart 2013 13:54

Mehriban Əliyeva Pirşağıda orta məktəbin açılışında, Nəsimi rayonunda isə xüsusi məktəbdə Novruz şənliyində iştirak edib

Mekteb yeniMartın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Sabunçu rayonunun Pirşağı qəsəbəsində Fondun təşəbbüsü ilə yenidən qurulmuş 112 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

 

1934-cü ildən fəaliyyət göstərən bu təhsil ocağı uzun illər ərzində təmir olunmayıb. 2011-ci ilin dekabrında başlanan tikinti işləri yüksək səviyyədə, bütün standartlar nəzərə alınaraq həyata keçirilib. Üçmərtəbəli, 660 şagird yerlik binanın ümumi sahəsi 38 min kvadratmetrdən çoxdur. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olacaq. Məktəbdə müxtəlif fənn kabinetləri var.

Uşaqlarda yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün rəsm və rəsmxətt otağı qurulub. Bundan əlavə, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün hərbi hazırlıq kabineti yaradılıb. Şagirdlərin informasiya və kommunikasiya texnologiyalarına marağı nəzərə alınaraq məktəbdə kompyuter sinfi yaradılmış və zəruri texniki avadanlıqla təchiz olunub. Buradakı kitabxana da yüksək səviyyəsi ilə diqqəti cəlb edir. Məktəbdə 200 adda bədii ədəbiyyat və 13 min dərslik toplanıb, bütün otaqlar dərs ləvazimatları, əyani vəsaitlər və avadanlıqla təchiz olunub. Heydər Əliyev Fondu biologiya, fizika və kimya laboratoriyalarını şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün məktəbi bütün əyani vasitələrlə təmin edib. Diqqətə çatdırılıb ki, məktəbin ətrafında və ərazisində yenidənqurma işləri aparılıb, 3200 kvadratmetr sahədə abadlıq işləri görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin pedaqoji kollektivi ilə görüşüb, yeni təhsil ocağının istifadəyə verilməsi münasibətilə onları təbrik edib. Azərbaycanın birinci xanımı bildirib ki, dövlətin həyata keçirdiyi siyasətə daim dəstək olan Heydər Əliyev Fondu ölkədə görülən işlərə hər zaman kömək göstərməyə hazırdır. Mehriban  Əliyeva qarşıdan gələn Novruz bayramı münasibətilə kollektivi təbrik edib.

 

Sonra Azərbaycanın birinci xanımı paytaxtın Nəsimi rayonundakı 268 nömrəli sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbə gəlib. Mehriban Əliyeva əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olub.  Daha sonra Mehriban Əliyeva Novruz bayramı münasibətilə məktəbdə keçirilən tədbirdə iştirak edib və bayram təbrikində buları deyib:

“Mən sizi bu gün görməyə, xüsusilə də belə bayram əhval-ruhiyyəsində görməyə çox şadam. Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. On il bundan əvvəl mən ilk dəfə sizin məktəbə gəlmişdim. Biz ilk dəfə o vaxt görüşdük. Artıq o zaman birinci sinifdə oxuyan uşaqlar indi məktəbi bitirir, 9-10-cu sinfin şagirdləridirlər. Onu da demək istəyirəm ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən Azərbaycanın internat məktəbləri və uşaq evlərinin inkişaf proqramı məhz sizin məktəbinizdən başladı. Sizin məktəbiniz ilk məktəb idi. Ondan sonra onlarla məktəb yenidən quruldu, təmir olundu. Buna görə, mən hər il bu bayram ərəfəsində sizinlə bir yerdə olmağa çox şadam. Çox şadam ki, balalarımız gözəl təhsil alır, böyüyürlər. Çox şadam ki, belə yaxşı şəraitdə təhsil alırsınız. Onu da demək istəyirəm ki, mən hər zaman sizinlə görüşə xoş duyğularla gəlirəm”.

 

Sonra şagirdlərə Heydər Əliyev Fondunun bayram hədiyyələri təqdim edilib.

Azərbaycanın birinci xanımı məktəbin sinif otaqlarına da baxıb, cari təmir işlərinin aparılması ilə bağlı müvafiq tövsiyələrini verib. 1927-ci ildə istifadəyə verilən məktəb 2003-cü ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq, yenidən qurulub. İkimərtəbəli bina bütün avadanlıqla təchiz edilib. Hazırda xüsusi məktəbdə təhsil alan 920 şagirdin təlim-tərbiyəsi ilə 250 pedaqoq məşğul olur. Bu şagirdlərin 140-ı məktəblə daimi təmasdadır, digərləri isə təhsillərini ev şəraitində davam etdirirlər.

Oxunub 1972 dəfə