Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 06 Fevral 2013 10:09

Onlara qayğı lazımdır

UshaqlarSon 6 ildə internat və uşaq evlərində tərbiyə alan uşaqların sayı 2,5 dəfə azalmışdır

Son illər Azərbaycanda uşaq evləri və internatlarda kimsəsiz uşaqların sayının nəzərə çarpacaq dərəcədə azalması dövlətin bu sahədəki siyasətinin müsbət nəticələrindən xəbər verir. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının həyata keçirilməsi nəticəsində rəsmi statistikaya görə, 2012-ci ildə ölkə üzrə 589 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb, 10 uşaq  övladlığa verilib. Son 3 il ərzində isə övladlığa verilən uşaqların sayı 34 nəfər olub. Ötən il valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat evlərində və uşaq müəssisələrində yaşayan 123 uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamları ilə bu müəssisələrdən öz bioloji ailələrinə və yaxın qohumlarının himayəsinə qaytarılıb.. Böhran vəziyyətində olan və uşaqlarını dövlət müəssisələrinə yerləşdirmək üçün yerli icra orqanlarına müraciət etmiş və müsbət sərəncam almış 23 uşağın ailəsinə müxtəlif xidmətlər göstərməklə onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi ilə bağlı sərəncamlar ləğv edilib.

2006-cı ildə dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı 21 min nəfər olduğu halda, 2012-ci ildə 8336 nəfərə qədər azalmışdır.

Bu gün Azərbaycanda övladlığa uşaq götürmək istəyən ailələr az deyil, hətta illərlə növbə gözləyənlər var. Bu, 3 yaşa qədər olan qüsursuz körpələrə üstünlük verən ailələrdir. Qərb, Avropa və Rusiayadan övladlığa uşaq götürmək üçün Azərbaycana üz tutan əcnəbilər üçün uşağın qüsurlu olub-olmaması önəm daşımır, əksinə onlar qüsurlu uşaqları götürüb əməliyyat etdirir və bununla da mənəvi borclarını yetirmiş olduqlarını deyirlər. Sual ortaya çıxa bilər ki, niyə məhz Azərbaycan? Əvvəla, əcnəbilər genofond, mənşə, insani keyfiyyətlər baxımından müsəlman ölkələri, o cümlədən Azərbayandan olan uşaqlara daha çox üstünlük verir. Digər tərəfdən, başqa ölkələrdən fərqli olaraq  Azərbaycanda övladlığa uşaq götürmə ilə bağlı proses rahat şəkildə tənzimlənir və uşağın ailəyə verilməsi rəsmi qaydada sənədləşdirilir. Avropa ölkələri, məsələn  Almaniyada uşaq övladlığa verilmir, sadəcə dövlətin ayırdığı vəsait hesabına tərbiyəsi ilə məşqul olmaq istəyən ailədə yaşayır və onlar arasında hüquqi bağlılıq olmur.

Azərbaycanda ölkələrarası övladlığa götürmə məsələləri Konstitusiya, Ailə və Mülki Prosessual məcəllə ilə tənzimlənir. Rəsmi statistikaya görə, 2007-ci ildən Azərbaycanda 15 uşaq əcnəbilərə övladlığa verilib. Onlardan 9-u qız, 6-sı oğlandır. Azərbaycandan uşaq götürmək istəyənlərin əksəriyyəti Rusiya və ABŞ-da yaşayan azərbacanlılardır. Sirr deyil ki, Azərbaycanda uşaqların əcnəbilərə verilməsi adi vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Yad ölkədə yad insanlara övladlığa verilən uşaqların gələcək taleyi bizləri narahat etməyə bilməz. Amma istənilən halda kimsəsiz, ata-ana qayğısı görməyən körpələrin sağlam ailədə yaşaması vəziyyətdən çıxış yolu kimi qiymətləndirilməlidir. Çünki bu gün ölkəmizdə fəaliyyət göstərən onlarla uşaq evləri və internatlarda tərbiyə alan minlərlə uşağın gözü yoldadır. Onlar hər gələn şəxsdə ana-ata axtarır, balaca əllərini uzadır, məsum baxışları ilə onlara “məni də özünlə apar” deyir. Bu körpələr qayğı və nəvaziş istəyir, ümidlərlə yaşayır və bir gün arzularınına çatacaqlarına inanırlar. İnsanlar əvvəllər kimsəsiz uşaqlara əsasən bayramlarda hədiyyələr aparır və maddi yardım göstərirdilərsə, son vaxtlar internat və uşaq evlərinə ziyarətlərin sayı artıb. Amma bir şeyi yaddan çıxarmayaq ki, körpələrin daha çox mənəvi dayaq, yəni ata-ana qayğısına, sevib-sevilməyə ehtiyacları var.

Sözsüz ki, bu gün cəmiyyətlə yanaşı Azərbaycan dövlətinin də kimsəsiz uşaqlara qayğısı var. Amma istənilən halda, onların gələcəyi hec nədən sığortalanmayıb. Düzdür, Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı məsələlər Ailə Məcəlləsinə əsasən tənzimlənir və orada 18 yaşı tamam olmuş yeniyetmələrin təminatı ilə bağlı xüsusi bir maddə var ki, həmin yeniyetmələrin problemlərinin həlli ilə yerli icra hakimiyyətləri məşğul olmalı, onları işlə və evlə təmin etməlidirlər. Amma bu öhdəlik yerli icra hakimiyyətləri tərəfindən qismən yerinə yetirilir. İcra hakimiyyətinin hər birində mənzil fondunun olmasına baxmayaraq, maddi bazanın zəif olması və sosial təminatı çox aşağı olan, yaşamağa yeri olmayan insanların çoxluğu problemin həllini çətinləşdirir. Digər məsələ valideyn himayəsindən məhrum, uşaq müəssisələrində yaşayan uşaqların ali məktəbə daxil olarkən təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi ilə bağlı olan təkliflərdir. Bəzən həmin uşaqlar uşaq evlərini tərk etdikdən sonra imkansızlıq ucbatından məcbur qalıb təhsillərini yarıda kəsirlər. Sevindirici haldır ki, artıq sözügedən məsələ ilə bağlı Milli Məclisdə yeni qanun layihəsinin hazırlanması və buna müvafiq olaraq “Sosial xidmət haqqında” qanuna dəyişikliklərin nəzərdə tutulması haqqında məlumatlar yayılıb. Qeyd edək ki, qanun layihəsinin bu il parlamentdə müzakirəyə çıxarılması nəzərdə tutulub.  

Oxunub 2304 dəfə