Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 09 Yanvar 2013 15:59

Azərbaycanda uşaqlar ildə bir dəfə məcburi şəkildə dispanser müayinədən keçiriləcək

USHAQAzərbaycandakı uşaqlar yaşına uyğun olaraq azı ildə bir dəfə icbari qaydada dispanser müayinədən keçiriləcək. Bu barədə APA-ya açıqlamasında respublikanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. O bildirib ki, bu məsələ prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “Azərbaycan Respublikasında uşaqların icbari dispanserizasiyası” adlı qanun layihəsində öz əksini tapıb. Onun sözlərinə görə, bu qanun layihəsi artıq Milli Məclisdə müzakirədən keçib və yaxın zamanlarda iclasda müzakirə olunaraq qəbul edilməsi nəzərdə tutulur. Bunun ölkə üçün çox vacib bir qanun olduğunu deyən baş pediatr qeyd edib ki, Azərbaycanın qonşu dövlətlərində belə qanun mövcud deyil: “Bu qanuna görə ölkədə 18 yaşına kimi uşaqlar ildə bir dəfədən az olmayaraq icbari dispanser müayinəsindən keçiriləcək.

Bu icbari müayinə məcburi və mütləq formada icra ediləcək. Körpələr isə ildə iki dəfədən az olmadan müayinədən keçiriləcək. Müayinələrə dövlət tərəfindən də vəsaitlə dəstək veriləcək. Bu proses 3 milyon nəfərdən çox əhalini, yəni ölkə əhalisinin 1/3-ni əhatə edəcək. Bu çox böyük məsələdir. Mövcud qanun qəbul olunandan sonra çoxsaylı xəstəliklərin vaxtından öncə müəyyən edilməsi və s. məsələlər öz həlini tapacaq”.

N.Quliyev qeyd edib ki, artıq səhiyyə sahəsində “2013-2017-ci illər üzrə Azərbaycanda ana və uşaqların müalicəsi haqqında” Dövlət Proqramı hazırlanıb. Onun sözlərinə görə, cari il ərzində bu proqramın icrası istiqamətində müəyyən işlər görüləcək.

Oxunub 2197 dəfə