Musiqini Dinlə













Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« July 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

ombudsmanAzərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Gəncə və Göygöldə həyata keçirilən «Uşaq hüquqları üzrə Pilləli tədris layihəsi»nə yekun vurulub. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qərb bölgəsinə səfəri zamanı Müvəkkil “Uşaq hüquqları üzrə pilləli tədris layihəsi”ndə iştirak etmiş Gəncə və Göygöl məktəblərində olub.

FondHeydər Əliyev Fondu “Eurovision-2012” mahnı müsabiqəsinin finalına  Ekaterinburqdan Bakıya iki əlil qızı - Kseniya Kamenskaya və Svetlana Duşkinanı dəvət edib. Qubernatorun informasiya departamentindən bildiriblər ki, Ural uşaqları Heydər Əliyev Fondunun təşkil etdiyi Beynəlxalq müsabiqənin Rusiayadan olan qalibləridir.

“Müsabiqə komissiyasının fikrincə, Azərbaycan haqqında ən yaxşı inşanı məhz Ural  uşaqları yazıb. İndi onlar valideynləri ilə Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin finalına gedəcəklər” - deyə, Departamentdən vurğulayıblar.

Irada Yagubova-ELS

Halbuki gənc nəslin əxlaqi-mədəni tərbiyələndirilməsinə ən böyük zərbəni elə milli telekanallarımızın yayımladığı verilişlər vurur 

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya müsahibəsində ölkədə uşaq televiziyasının açılmasının mümkün olub-olmamasına  münasibət bildirib: “Gələcəkdə zərurət yaranacaqsa, biz bunu edəcəyik. Son 5 ildə Azərbaycanda 4 ümumrespublika yayımçısı olan kanal açılıb. Bu, kiçik rəqəm deyil. Biz istərdik ölkədə uşaq televiziyası da olsun. Amma bunun üçün yetərincə imkan varmı? İndi o potensial yoxdur. Əgər dövlət bunu öz öhdəsinə götürərsə, biz bunu çox həvəslə edərik. Amma biz tender elan edib uşaq televiziyasını adi bir həvəskara verə bilmərik. Bu, çox ciddi məsələdir. Biz gərək buna hazırlıqlı olaq”. 

Nusirevan

Bunu APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, ölkədə milli cizgi filmlərinin çəkilməsinin stimullaşdırılmasına böyük ehtiyac yaranıb: “Uşaqlarla bağlı bizim hansı verilişlərimiz, cizgi filmlərimiz var? Telekanallarda yayımlanan əksər cizgi filmləri xarici cizgi filmləridir. Halbuki Azərbaycanın eposları əsasında çoxsaylı cizgi filmləri yaradıla bilər. “Dədə Qorqud”dan tutmuş “Koroğlu” dastanına qədər gözəl cizgi filmləri çəkmək olar və uşaqlar o ruhda böyüyər”. 

Gənc istedadlar Türkiyədə keçiriləcək 10-cu Türk Festivalına qatılacaqlarosnovnoy

Mayın 17-də “Təbəssüm” Uşaq Musiqili Teatrı Gənc Tamaşaçılar Teatrında 12 illik fəaliyyətinə dair hesabat xarakterli konsert proqramı ilə çıxış etdi. Teatrın rəqs və vokal qrupları 40 nomrə, o cümlədən Azərbaycan və dünya xalqlarının mahnı və milli rəqslərini nümayiş etdirdi. Anşlaqla keçən konsertin sonunda gənc istedadlara Şuşa Mədəniyyət Şöbəsininn diplomları təqdim olundu.Qeyd edək ki, mayın 20-də Türkiyədə 10-cu Türk Festivalına qatılacaq 140 ölkədən biri də Azərbaycandır ki, onu da “Təbəssüm” Uşaq Teatrı təmsil edəcək. Bir ay ərzində davam edəcək festival zamanı 20 nəfərlik heyət Azərbaycan milli rəqsləri ilə yanaşı türk rəqslərini də ifa edəcək.

FOTOQALEREYA

ShemkirŞəmkir rayonunda uşaqlarda dovşandodaqlıq və qurdağızlılığın aradan qaldırılmasına həsr olunmuş aksiya keçirilir. Şəmkir rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyaya Türkiyənin müxtəlif tibb ocaqlarında çalışan 8 nəfərdən ibarət həkim briqadası iştirak edir. “Lider Qadınlar Dərnəyi”nin həyata keçirdiyi “Gülümsəyən Uşaqlar” layihəsi çərçivəsində dəvət edilmiş həkimlər 4 gün ərzində kiçik yaşlı uşaqlarda mövcud olan dovşandodaqlıq və qurdağızlılığın ləğv olunması üçün əməliyyat aparacaqlar.