Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 14 Fevral 2012 15:29

LƏTİFƏNİN XORUZU

 

L
ətifənin bir xoruzu var idi. Adı Mərcan, gözləri yepyekə muncuq kimi. Pipiyi qırmızı nar qabığına oxşayırdı. Quyruğu isə elə bil süpürgə idi.

Lətifə Mərcanı çox sevirdi. Tükəz nənənin toyuqlar üçün aldığı dəni oğurlayıb, gizlicə Mərcana yedizdirərdi. Mərcan da Lətifəni çox istəyirdi. Hara gedirdisə yanlarını basa-basa arxasınca düşür, elə hey qızın əlini dimdikləyirdi. Mərcanı doyuzdurmaq olmurdu, elə qarınqulu idi ki...

Tükəz nənə dən tökən kimi Mərcan bütün toyuqları qovub tək özü qalar, iri dimdiyini yerə çırpıb, hirsli-hirsli quğuldayırdı. Bu zaman Lətifə kənarda dayanıb, sevincindən əlini-əlinə vurardı:

-         Ay sağ ol, mənim qoçaq Mərcanım. Döy onları, hamısını özün ye.

Bunu eşidən Tükəz nənə özünü yetirər, Mərcanı da Lətifəyə qatıb, həyət boyu qovardı.

Ləlifənin toyuqlardan xoşu gəlmirdi. Çünki onların ucundan nənə Mərcanı çох incidirdi. Qızcığaz elə bilirdi ki, toyuqlar olmasa nənə aldığı bütün dəni Mərcana yedizdirər, o da daha Lətifənin əlini dimdikləməz.

Bir gün Lətifə usaqların səsıni eşidib həyətə qaçdı. Məryəm xalanın kiçik oğlu Famil əlindəki çubuğu yelləyərək deyirdi:

-         Usaqlar. Gedək tülkünü tapıb, çoxlu-çoxlu döyək. Bu gecə hində toyuqların hamısını boğub.

Lətifə bu sözləri eşitcək barmağını dişlədi. Uşaqların getməyə hazırlaşdığını görüb, tez Familin qabağına qaçdı:

-         Famil, tülkünü döyməyə getməyin, - dedi. – İstəyirsiniz sizə konfet verim.

-         Hanı ? – deyə usaqlar bir ağızdan dilləndilər.

Lətifə evə qaçdı, nənəsindan gizlin ətəyini konfetlə doldurub, gətirib uşaqlara payladı. Familgil həmin gün tülkünü döyməyə getmədilər..

Axşamçağı tor qovuşanda Tükəz nənə Mərcanı və toyuqları qabağına qatıb hinə doldurdu. Qapısını örtüb, ağzına da yekə bir daş qoydu.

Bir azdan bütün ailə süfrə başına yığılıb nahar edirdi. Lətifə isə qurdalanırdı, nədənsə narahat görünürdü. O, ayağa qalxıb, heç kimin nəzərini cəlb etmədən bayıra çıxdı. Cəld hinə yaxınlaşdı. Daşı güclə kənara itələyib, qapını araladı. Sonra: "Hə, indi tülkü gəlib hamınızı boğar, onda görərsiniz ki, Mərcanı incitmək nесə olur?" – deyə sevinə-səvinə evə qayıtdı.

Səhər Tükəz nənənin haray-həşiri olmasaydı, Lətifə bəlkə yuxudan gec ayılacaqdı. O, paltarını geyinib, pəncərədən həyətə baxdı. Nənəsi yaman qəzəblənmisdi. Lətifə yenə barmağını dişləyib güldü: Нə, belə hirslənərsən, toyuqlarını tülkü boğub, yaxşı eləyib, Mərcanı daha incitməzsən". Sonra eyvana çıxıb, nənasinə acıq vermək üçün Mərcanı səslədi. Ancaq xoruz görünmədi. Lətifə hinə baxdı, vox idi. Bağa tərəf qaçdı, hər tərəfə göz gəzdirdi, çağırdı, Mərcandan səs gəlmədi.

Geri qayıdarkən evin qabağında dənləşən toyuqları gördü. Lətifəni heyrət bürüdü, tülkü toyuqlardan heç birini boğmamışdı.

"Bəs mənim Mərcanım hanı?" –deyə öz-özünə soruşdu. Bu zaman Tükəz nənənin səsi esidildi:

-         Boğazı yanmıs; tülkü xaruzu aparıb, hayıf, elə kök idi ki...

Lətifə donub qaldı. Üzündəki sevinc bir anda vox oldu. Dodaqları büzüldü, ağladı.

-         Mən hini açmışdım ki, toyuqları boğsun., ancaq mənim xoruzumu aparıb. Pis tülkü...

Həmin gün qəzəbindən özünə yer tapmayan Lətifə əlinə yekə bir çubuq alıb, Famili səslədi:

-         Gedək. tülkünü döyək, mənim xoruzumu aparıb.

 

Oxunub 3962 dəfə
Daha çox bu kateqoriyadan: « LALƏ VƏ KƏPƏNƏK