Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 02 Dekabr 2011 10:41

Yusif Kərimov

FƏRHADIN“QOÇAQLIĞI”

 

A
nası FərhadIa Leylanı kəndə, nənəsigilə yola salanda bərk-bərk tapşırmışdı:

-        Bax, oğİum, bacından muğayat ol. Leyla balacadır, qoyma incitsinlər, hara getsəniz əlindən tut...

Fərhad anasının sözünü kəsərək kişilənmişdi:

-        Mənim bacımı kim incidə bilər? Arxayın ol, ana, daha mən yekəlmişəm, hər seyi başa düsürəm. Leylani qoymaram darıxsın.

-        Ay bərəkallah, oğlum, - deyib anası Fərhadı möhkəmcə öpmüsdü. Beləliklə, kəndə çatanadək Fərhad beş yaşlı bacısının əlini əlindən buraxmamışdı. Əvvəlcə qatarda, sonra.avtobusda Leylanı əyləndirmisdi, anasının verdiyi puldan bacısına rəngbərəng şarlar almışdi, gəlincik almısdı. Bəs necə, Fərhad doğrudan da уekə oğlan olmuşdu, sentyabrdan üçüncü sinfə gedəcəkdi. Məktəbə qayıdan kimi dosllarına hər seydən - yay tətilindən, kənddə gördüklərindən, həm də bacısına göstərdiyi himayədarlıqdan danışacaqdı...

Bəli, Fərhad vol boyu belə düsünürdü. Amma kəndə çatar-çatmaz hər şeyi unutdu. Elə ki, Əlini, Muradı, Mehmanı gördü, onlara qoşuldu. Leylanı da yaddan çıxartdı, ananın öyüd-nəsihətini də.

... Balaca Leyla darıxsa da nənəsinin sözündən çıxmırdı. Тəк heç yerə getmirdi, bağ-bağatlı, kölgəli həyətdə oynayırdı.

Hər gün axsamçağı nənəsi ilə cayın kənarına çıxırdı. Oraya çoxlu adam gəlirdi, Leyla boyda qızlar da gəlirdilər, birlikdə göy çəməndə qaçır, оуnayırdılar. Günəş dağların arxasında tamam görünməz olanda örüsdən qayıdan mal-qara, qoyun-quzu ilə birlikdə evə qayıdırdılar. Belə vaxtlarda inəklərin, qoyunların mələşməsi, buzovların və quzuların atılıb-düsməsi Leylaya ləzzət verirdi.

İndi nənəsi eyvanda yorğan sırıyırdı, işini qurtarandan sonra birlikdə gəzməyə gedəcəkdilər. Hələlik isə Leyla həyətdə səsini başına atmışdı,­ yelləncəkdə yellənir, yelləndikcə həyəcandan və sevincdən qışqırırdı. Axırı, yellənməkdən bezdi, düşüb gəlinciyini götürdü, saçlarına sığal çəkdi, gözləri ilə axtarıb axırıncı rəngli şarını tapdı. çiçəklərin arasından qaldırıb, havaya tulladı. Yüngül şar ləngər vurub havada oynadı-yavaş-yavaş aşağı endi. Leyla çatıb bir də vurdu, şar daha hündürə qalxdı və uçub çəpəri adladı, qonşu evin bağçasına düşdü. Leyla lap axırıncı şarının arxasınca həsrətlə baxdı, doluxsundu. Elə bu zaman həyətə girən Fərhadın səsi eşidildi:

- Nənə, tez mənə su ver. Həm də acmışam, yemək istəyirəm. Nənəsi eyvandan boylanıb, nəvəsini həmişəki görkəmdə gördü. Tərdən və tozdan Fərhadın yarıçılpaq bədəni qara ləkələrlə örtülmüşdü, sifəti çirkli idi, saçları pırpızlaşmışdı.

- Get, yaxşı-yaxşı yuyun, mən də sənə xörək çəkim, - deyə nənəsi ağır-ağır yerdən qalxdı, mətbəxə keçdi. Fərhad isə yuyunmaq əvəzinə yelləncəyə yaxınlaşdı, oturub ayaqları ilə yerə təkan vurdu.

- Eh heyif ki, kənddə yaşamırıq, - deyib sonsuz bir ləzzətlə başını dala atdı, pul-pul yarpaqların arasından göyə baxdı. Yelləncək geri qayıdanda Fərhadın başı düzəldi və iki addımlıqda məlul-məlul dayanmış bacısını gördü. Birdən Fərhad nəyi isə xatırladı, qaşları çatıldı, cəld yelləncəkdən düşüb, bacısının qabağında çömbəldi, altdan yuxarı qızın doluxsunmuş gözlərinə baxmaq istədi.

- Səni kim incidib? - mehribanlıqla Leylanın çiyinlərindən tutdu, gözlərinin altında gilələnmiş yaş damcılarını sildi, çirkli əlindən qızın yanaqlarına ləkə düşdü. Leyla uzun kirpiklərini qaldırb, qardaşına baxdı:

- Xahiş edirəm, - dedi. - Gedək mənim şarımı götürək. Qonşu baxçaya -düşüb...

Fərhad ucadan güldü:

Xahiş niyə? Burada çətin nə var ki? Gedək götürək şarı.

Leylanın əlindən yapışdı, məğrur-məğrur həyətdən çıxdı.

Qonşu həyətin darvazasına çatar-çatmaz içəridən boğug bir səs eşidildi: "Наm!” Fərhad о yan-bu yana döyükdü, bır şey anlaya bilmədi, istədi darvazanın kiçik qapısını itələyib içəri keçsin. Bu zaman qarşısında yun yumağına oxşar tüklü bir şey gördü. "Yumaq" ona tərəf gəlirdi və boğuq səs çıxarırdı: "Ham, ham..." Fərhad möhkəmcə qorxdu, bacısınin əlini buraxıb, geriyə götürüldü, ayaqqabılarının hərəsi bir tərəfə fırladı. Leyla da qaçmaq istədi, amma gəlinciyi əlindən düsdüyü üçün geri döndü və "yumaq" la qarşı-qarşıya gəldi. Bu, qıvrım tükləri içərisində olan qəşəng bir küçük idi. Gəlinciyin başı üstündə dayanıb maraqla ona baxırdı. Leyla da eyni maraqla "yumağa" tamaşa edirdi. Sən demə, qonşunun qızı Şəhla bunların hamısını görürmüş: Fərhadın qorxub qaçmasını, Leylanın gəlinciyini darda qoymadığını, qızcığazla "yumağın" dostlaşmasını. Şəhla yaxınlaşıb, əvvəlcə gəlinciyi yerdən qaldırdı, tozunu təmizlədi, sonra Leylanın şabalıdı saçlarını sığalladı, qucağına alıb, yanaqlarından öpdü. Birlikdə həyətə girdilər. "Yumaq" da yumalana-yumalana onların arxasınca düşdü. Bağçadan şarı götürüb geri qayıtdılar, nigaran qalmış nənənin səsinə "hay" verdilər.

Həmin gün axşamçağı kənd içinə çıxanda Fərhadı fitə basdılar. Murad onu göstərib dedi:

- Balaca bacısını darda qoyub qaçan bax, bu oğlandır.

Mehman lap cırnatdı:

- Ona dən verəndə ayaqqabılarını da itirib.

Şəhlanın qardaşı Rəşad qucağındakı tüklü küçüyü sığallayıb dedi:

- Kimdən, kimdən, bizim bu tüklüdən qorxanı görməmişdim. - Uşaqların dediklərinə qulaq asan Səfər baba da xısın-xısın güldü:

Qoçaqlıq ondursa, doqquzu qaçmaqdır...

Fərhad yaman pərt olmuşdu. Nə dostlannın, nə də bacısı Leylanın üzünə baxa bilirdi. Axşam evə yığışanda mızıldandı:

- Nənə, bizi yola sal gedək şəhərə. Anamız üçün darıxmışıq. Nənəsi dodaqaltı gülümsədi, amma bir söz demədi. Nəvələrini yuyundurdu, yedizdirdi, sonra şirin nağıllar söylədi. Fərhad bacısının əlindən yapışdı, beləcə yuxuya getdilər, mışıl-mışıl yatdılar, qəşəng-qəşəng yuxular gördülər.

Oxunub 3827 dəfə
Daha çox bu kateqoriyadan: LİFT »