Marneulidə uşaq bağçalarının vəziyyəti müzakirə olunub
Gürcüstanın Marneuli şəhərindəki Demokratik Məşğulluq Mərkəzində (MDM) uşaq bağçalarının vəziyyəti müzakirə olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Marneuli rayon İcra Hakimiyyətinin rəhbəri Zaza Dekonoidze, məktəbəqədər müəssisələrin direktoru Tofiq Hacıyev, “Qaranquş” Uşaq Mərkəzinin rəhbəri Zemfira Əzizbəyova, MDM-nin təmsilçisi Zaur Darğallı və başqaları çıxış ediblər.
Tədbirdə qeyd edilib ki, rayon büdcəsindən bağçalara ayrılmış 320 min lari çox azdır. Z. Dekonoidze iştirakçıların suallarını cavablandırarkən deyib ki, uşaq bağçaları üçün sentyabrın 1-dən büdcədən 1 milyon lari vəsait ayrılacaq. Bəzi natiqlər bildiriblər ki, azərbaycanlıların yaşadığı kəndlərdə yeni uşaq bağçalarının tikintisi üçün müvafiq torpaq sahəsi ayrılmalı və tikilən bağçalar Avropa standartlarına uyğun olmalıdır.
İlham Əliyev ailəsi ilə birgə "Gül bayramı"nda olub
Azərbaycan xalqının ümummilli lideri, siyasi xadim Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda təşkil olunmuş Gül bayramında dövlət başçısı İlham Əliyev və ailə üzvləri iştirak edib.
Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postament ağ güllərlə hörülmüşdür. Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət edərək başdan-başa bahar ətirli güllərə qərq olmuş parkın gözəlliyini seyr ediblər. Müxtəlif güllərdən yığılmış “xalça”lar və türk dünyasının böyük oğlu Heydər Əliyevin tər çiçəklərdən “toxunmuş” portret xalçası orijinallığı ilə göz oxşayıb. Cürbəcür çiçəklərdən yığılmış “89” rəqəminin təsvir olunduğu kompozisiya da diqqəti cəlb edib.
2 saylı İnternat Məktəbinin Nəfəs Alətləri Orkestri paytaxt sakinlərini valeh etdi
Mayın 9-da Nar Mobile-ın rəsmi sponsor olduğu “Eurovision Azərbaycan” fan klubu və Mərdəkanda yerləşən 2 saylı İnternat Məktəbinin Nəfəs Alətləri Orkestri Bakının mərkəzi - Nizami küçəsində birgə konsert təşkil ediblər. “Qafqazinfo”nun məlumatına görə, konsert zamanı uşaq nəfəs alətləri orkestri Rauf Hacıyevin "Azərbaycanım", Tofiq Quliyevin "Dostluq" əsərlərini, həmçinin bir sıra, dünyaca məşhur musiqi əsərlərini ifa ediblər. İfalarını Eurovision mahnı müsabiqəsinin himni ilə başlayan uşaqlar, daha sonra Macar Polkası, Çəhrayı Pantera, Besamo Mucho, Qələbə günü, Katyuşa və digər əsərləri ifa ediblər.
Abdulla Şaiq ocağı
Görkəmli maarif və mədəniyyət xadiminin Mənzil Muzeyi ədibin adını yaşadır
Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif hadisələrini əks etdirən eksponatları qoruyan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir desək, yanılmarıq. Bu baxımdan Azərbaycanda mədəni irsin qorunmasında milli muzeylərin fəaliyyətinin genişləndirilməsi, informasiya texnologilarının geniş şəkildə tətbiqi və istifadəsinin rolu böyük və danılmazdır.
Bəlkə də çoxları bilmir ki, Abdulla Şaiq küçəsi, 21 ünvanında milli ədəbiyyatımıza zəngin bədii irs bəxş edən böyük Azərbaycan klassiki, görkəmli maarif və mədəniyyət xadimi Abdulla Şaiq Talıbzadənin (1881-1959) Mənzil Muzeyi fəaliyyət göstərir. Muzeyin girəcəyində heykəltəraş Natiq Əliyevin yaratdığı Abdulla Şaiqin büstü qoyulmuşdur.
“Eurovision-2012”-nin iştirakçısı olan dövlətlərdə əlil uşaqlar arasında “Mən Azərbaycanı kəşf edirəm” mövzusunda inşa müsabiqəsi keçirilib
“Eurovision-2012” mahnı müsabiqəsininTəşkilat Komitəsində rəsmi tərəfdaş olan Heydər Əliyev Fondu sonhazırlıq mərhələsində bütün proseslərdə aktiv iştirak etməklə yanaşı, layihə çərçivəsində daha bir humanistaksiya gerçəkləşdirir.
Fonddan APA-ya verilən məlumata görə, iştirakçı dövlətlərdə “Mən Azərbaycanı kəşf edirəm” mövzusunda inşa müsabiqəsi elan edilib. Azərbaycanı tanımaq, tarixi və zəngin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradan müsabiqənin yalnız fiziki qüsurlu uşaq və yeniyetmələr arasında keçirilməsi Heydər Əliyev Fondunun önəm verdiyi humanizm prinsiplərindən irəli gəlib.
Buzovnada uşaq evinin yay istirahət düşərgəsinin açılışı olub
Mayın 9-da Xətai rayonundakı 3 saylı uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsinin açılışı olub. APA-nın xəbərinə görə, düşərgənin əsaslı təmirdən sonrakı açılışı mərasimində birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib.
M. Əliyeva Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2010-cu ildən yenidən qurilmasına başlanılmış düşərgədə yaradılmış şəraitlə tanış olub. Dördmərtəbəli, 120 yerlik düşərgədə uşaqlar üçün istirahət, əyləncə, müxtəlif tədbirlərin keçirilməsi üçün zallar, kompüter otağı, kitabxana, futbol meydançası yaradılıb.