Среда, 09 Май 2012 13:03
2 saylı İnternat Məktəbinin Nəfəs Alətləri Orkestri paytaxt sakinlərini valeh etdi
Mayın 9-da Nar Mobile-ın rəsmi sponsor olduğu “Eurovision Azərbaycan” fan klubu və Mərdəkanda yerləşən 2 saylı İnternat Məktəbinin Nəfəs Alətləri Orkestri Bakının mərkəzi - Nizami küçəsində birgə konsert təşkil ediblər. “Qafqazinfo”nun məlumatına görə, konsert zamanı uşaq nəfəs alətləri orkestri Rauf Hacıyevin "Azərbaycanım", Tofiq Quliyevin "Dostluq" əsərlərini, həmçinin bir sıra, dünyaca məşhur musiqi əsərlərini ifa ediblər. İfalarını Eurovision mahnı müsabiqəsinin himni ilə başlayan uşaqlar, daha sonra Macar Polkası, Çəhrayı Pantera, Besamo Mucho, Qələbə günü, Katyuşa və digər əsərləri ifa ediblər.
Qeyd edək ki, bundan əvvəl də Nar Mobile, rəsmi sponsoru olduğu “Eurovision Azərbaycan” fan klubunun təşkilatçılığı ilə Bakı və bölgədə konsertlərə dəstək olub.
Nar Mobile brendi ilə tanınan Azerfon şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.