Пятница, 29 Июнь 2012 17:17
Azərbaycanın orta məktəblərində yapon və italyan dilləri tədris olunacaq
Bu ildən Azərbaycanın orta məktəblərində yapon və italyan dillərinin tədrisinə geniş yer veriləcək. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, nazirlik bir neçə məktəbdə italyan dilinin ikinci xarici dil kimi tədris olunmasına çalışacaq: “Bir neçə məktəbdə də ingilis və rus dilinin intensiv tədrisini həyata keçirəcəyik”. Nazir lisey və gimnaziyaların I sinfinə imtahan yolu ilə qəbulun həyata keçirilməsini doğru saydığını söyləyib: “Bu yolla yüksək bal toplayan qabiliyyətli uşaqlar həmin təhsil müəssisələrinə qəbul olunacaq”.