Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Пятница, 01 Июнь 2012 15:34

TQDK sədri: “Xəstəliyə görə buraxılış imtahanlarından azad olunan şagirdlərin siyahısına gələn ildən ciddi nəzarət ediləcək”

imtahan01

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib və bildirib ki, xəstəliyinə görə buraxılış imtahanlarından azad edilən şagirdlərin çoxluğu narahatlıq yaradır: “Mən istəməzdim bizim bu qədər xəstə uşağımız olsun. Gələcəkdə səhhəti ilə əlaqədar buraxılış imtahanlarından azad edilən şagirdlərin siyahısının formalaşmasına ciddi nəzarət ediləcək”.

TQDK sədri deyib ki, bəzən xəstəliyinə görə imtahandan azad edilən və ya hərbi xidmətdən möhlət alan şagirdlər və abituriyentlər İdman Akademiyasına sənəd verirlər: “Abituriyentlərin 18 yaşı tamam olubsa, o, həqiqi hərbi xidmətdən möhlət hüququ almalıdır. Amma tez-tez belə hal müşahidə olunur ki, abituriyent möhlət hüququnu xəstəliyə görə aldığı halda, İdman Akademiyasına qəbul olmaq üçün keçirilən seçmə turlarda iştirak etmək istəyir. İnsan ya xəstə, ya da sağlam olmalıdır. 10-15 gün ərzində heç kim sağala bilməz. Uşaqlar yalnız Səhiyyə Nazirliyinin təsdiqlədiyi ciddi xəstəliklər əsasında imtahanlardan azad edilə bilərlər. İmtahandan azad edilməyə imkan verən xəstəlikləri heç düşmənlərimizə də arzu etməzdim”. 

M. Abbaszadə deyib ki, TQDK bu gün buraxılış imtahanlarından, eləcə də Bakıda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahandan azad edilən 540 şagirdin diaqnozunu yoxlaya bilməz: “Amma 540 nəfərdən kimsə Azərbaycan Tibb Universitetinə qəbul olunsa, yalan üzə çıxacaq.
Çünki xəstə olan insan Tibb Universitetində və ya Polis Akademiyasında oxuya bilməz. Bunun üçün onlardan sağlamlıq haqqında arayış tələb olunur. Buraxılış imtahanları ilə əlaqədar müvəqqəti qaydaların hazırlanması barədə sərəncamda əsas qaydaların 2 ay ərzində hazırlanması tapşırılıb. Bu qaydalar hazırlanarkən TQDK bu məsələ ilə bağlı da Nazirlər Kabinetinə öz təklifini verəcək”. 

TQDK sədri buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə və valideynlərə müraciət edib: “Valideynlər və şagirdlər imtahan prosesinə məsuliyyətli yanaşmalıdırlar. Təəssüflər olsun ki, bəzi valideynlərin səhlənkarlığı nəticəsində uşaqlar imtahandan əvvəl stress keçirirlər. Hansısa sənədi unudurlar və ya tıxaca düşürlər. Ona görə də imtahana lazım olan sənədləri bir gün əvvəldən hazırlamaq və imtahan binasına tez gəlmək lazımdır. Uşaqlarına bilə-bilə hansısa yardımçı vasitələr vermək həmin uşağın nəticəsini əvvəlcədən “0” etmək deməkdir. Belə valideynlər öz uşaqlarını uçuruma aparır”. Onun sözlərinə görə, imtahanda suallar qəbul imtahanları ilə müqayisədə asan olacaq: “3” almaq üçün 10-12 suala cavab vermək kifayətdir. İlk sualları asan, sonrakı suallar orta səviyyəli, sonuncu suallar isə qismən çətin olacaq. Sabah imtahan bitən kimi iyunun 3-də keçirilən imtahana hazırlıq başlayacaq”.

Qeyd edək ki, ilk buraxılış imtahanı iyunun 2-də və 3-də Bakı şəhərində keçiriləcək. Eyni gündə Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsinin şagirdləri də imtahan verəcək. İyunun 2-də ümumtəhsil məktəblərinin XI siniflərində şagirdlərin imtahan verməsi üçün 53, iyunun 3-də IX sinif şagirdlərinin imtahan verməsi üçün 68 imtahan binası ayrılıb. Həmin gün Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdinin, iyunun 3-də isə 34277 nəfər IX sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur. 

Прочитано 2278 раз