Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Пятница, 01 Июнь 2012 12:17

Hicran Hüseynova: “Valideynin məsuliyyəti uşağı dünyaya gətirməklə bitmir, ona 18 yaşınadək tərbiyə vermək lazımdır”

aileAilə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sərdi Hicran Hüseynova Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanda uşaqlarla bağlı dövlət proqramları qəbul edilir və bu sahədə güclü dövlət siyasəti həyata keçirilir.

Uşaqların müdafiəsinin hamı üçün vacib məsələ olduğunu deyən H. Hüseynova qeyd edib ki, valideynlərin məsuliyyətinin artırılması zəruridir: “Valideynin məsuliyyəti uşağı dünyaya gətirməklə bitmir, ona 18 yaşınadək tərbiyə vermək lazımdır. Elə problemlər var ki, valideyn tərəfindən zamanında ailə daxilində həll edilməlidir”.

Komitə sədri məktəblərdə açılmış psixoloq ştatının çox önəmli olduğunu söyləyib. Onun sözlərinə görə, məktəblərdəki psixoloq ştatları formal olaraq qalmamalı, psixoloqlar daim uşaqlarla işləməlidirlər.

H. Hüseynova Azərbaycanda uşaq problemləri üzrə Koordinasiya Şurasının yaradılması ilə bağlı təkliflərin hazırlandığını da deyib. Küçə uşaqları barədə danışaraq o, bunun təkcə dövlətin deyil, həm də cəmiyyətin problemi olduğunu vurğulayıb. Komitə sədri, bu işdə ən böyük məsuliyyətin valideynlərin və cəmiyyətin üzərinə düşdüyünü qeyd edib.

Tədbirdə uşaq yaradıcılıq qrupları tərəfindən konsert proqramı nümayiş etdirilib. Sonra Komitə tərəfindən beynəlxalq müsabiqə və yarışmalarda qalib gəlmiş uşaqlara diplom və hədiyyələr verilib.

Прочитано 2097 раз