Четверг, 23 Февраль 2012 14:48
Xocalı soyqırımı insanlığa ləkədir!
Fevralın 23-də Azərbaycan Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı insanlığa ləkədir” adlı anım mərasimi keçirilmişdir. Gimnaziyanın şagirdləri tamaşaçılara 1992-cı il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni daşnaklarının dinc əhali üzərində törədikləri vəhşilikləri əks etdirən kompozisiyanı təqdim etmişdilər.