Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 05 Январь 2012 16:11

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil etmişdir

Yeni il 2012

Heydər Əliyev Fondu “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirib.

 

“AzərTac”ın məlumatına görə, dekabrın 30-da Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və nəvələri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti bayram şənliyində iştirak etmişlər. Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından və onlara qayğısından bəhs edən film göstərilib. Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi uşaqların gurultulu alqışları ilə qarşılanıb və onlar birlikdə yolkanın işıqlarını yandırıblar.


Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da canlandırıblar. Şənlikdə iştirak edən hər bir uşağa Azərbaycan bəstəkarlarının uşaq mahnılarından ibarət disk hədiyyə edilib. Qənbər Hüseynlinin “Cücələrim”, Tofiq Quliyevin “Bahar bayramı”, Oqtay Zülfüqarovun “Əziz ana, can ana”, Oqtay Rəcəbovun  “Uşaqlar sevinsin həmişə”, Ağabacı  Rzayevanın “Kukla”, Səid Rüstəmovun “Vətən”, Fikrət Əmirovun “Layla” mahnılarının daxil olduğu diskdə 16 populyar və sevilən nəğmələr yer alıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərişi ilə uşaqların təhlükəsizliyi üçün bütün tədbirlər görülmüş, onların “Buta” sarayına gəlib-getməsi üçün rahat avtobuslar ayrılmışdır.

Прочитано 2611 раз
Другие материалы в этой категории: « “Dəcəllər” teatrının Parisdəki uğuru Yeni il sevincləri »