Səsyazma mərhələsi başa çatdı
Oqtay Zülfüqarov-90
Mayın 23-də səsyazma studiyasında layihəmizin işçi qrupunun iştirakı ilə 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokal müəllimi Gülnarə Qurbanova və Respublika İncəsənət Gimnaziyasının xormeysteri Validə Cəlilovanın rəhbərliyi altında uşaqların qala-konsertdə ifa edəcəkləri mahnılar yazılıb. Bununla da layihənin bir neçə gün davam edən səsyazma mərhələsi başa çatıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyinə həsr olunan uşaq mahnılarından ibarət qala-konsert iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcəkdir.