Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 21 Май 2019 13:13

Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək

ELS2s 1558362720ELS Müstəqil Araşdırmalar Mərkəzi yeni layihəyə başlayıb

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsinə start verib. Layihə çərçivəsində iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyinin keçirilməsi planlaşdırılır.

Layihə ilə bağlı suallarımızı ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri və layihənin müəllifi İradə Yaqubova cavablandırıb:

- İradə xanım, rəhbərlik etdiyiniz Mərkəz son illər gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi istiqamətində ardıcıl olaraq layihələr həyata keçirir. Məlumdur ki, Oqtay müəllim layihələrinizdə tərəfdaşınız olub. Bu gün həyata keçirdiyiniz yeni layihəni bəstəkarın xatirəsinə ehtiram kimi qəbul etmək olar?

- 500-dən artıq bəstələdiyi uşaq mahnıları ilə neçə-neçə nəslin qəlbinə yol tapmış Oqtay Zülfüqarov uşaqlıqdan bizim üçün Oqtay baba olub. Biz onun mahnılarının sədaları altında böyüyüb formalaşmışıq. Mayın 31-də Oqtay müəllimin ad günüdür və həyatda olsaydı onun yubileyini, yəni 90 yaşını qeyd edəcəkdik. Uşaq musiqi dünyasını rəngarəng və ecazkar əsərləri ilə zənginləşdirən bu böyük şəxsiyyəti yad etməklə, onun uşaq mahnılarını bir daha gündəmə gətirməyi mənəvi borcumuz hesab edirik. Oqtay müəllimi özümüz üçün bir tərəfdaş, dost, müəllim kimi 2010-cu ilin sonunda aşkar etmişik, çünki o zaman biz uşaqların mənəvi-mədəni tərbiyələndirilməsi sahəsində müəyyən boşluqları aşkar etdik və həmin istiqamətdə fəaliyyətə başladıq. Bu işdə bizə dəstək ola biləcək və istiqamətləndirəcək incəsənət xadimlərini axtarışına çıxdıq. İlk səsimizə səs verən, təşəbbüsümüzə dəstək çıxan iki şəxs oldu ki, bu da bəstəkarlar Oqtay Zülfüqarov və Oqtay Rəcəbov idi.

Oqtay Zülfüqarov 2010-cu ildən bizim təşəbbüsümüzə həm dəstək verib, həm də bu istiqamətdə keçirdiyimiz bütün layihələrimizin fəal iştirakçılarından olub. 2011-ci ilin fevralından başlayaraq ELS ictimai əsaslarla uşaqların milli-mədəni və mənəvi ruhda formalaşması məsələsində incəsənətin roluna həsr olunmuş bir sıra dəyirmi masalar təşkil edib, müəyyən problemləri müzakirəyə çıxarıb və konkret təkliflər hazırlayıb, iki dəfə dövlət başçısına tanınmış incəsənət xadimlərinin imzası ilə müraciətlər qəbul edib.

Elə həmin il böyüyən nəslin milli-mənəvi, mədəni ruhda formalaşması üçün zəruri olan www.meneviservetimiz.az portalını yaratdıq. Uşaq portalında Azərbaycanla bağlı tarixi, coğrafi, sosial-iqtisadi, institusional və digər məlumatlar, uşaq və gənclərə aid qanunvericilik bazası, uşaqların mədəni inkişafı üçün yaradılmış şərait, ölkəmizdə fəaliyyətdə olan uşaq yaradıcılıq kollektivləri barəsində geniş məlumat bazası var. 2013-cü ildə isə uşaq mahnılarının yazılması ilə bağlı “Yeni Uşaq mahnıları-2013” layihəsini həyata keçirdik.

- “Yeni Uşaq mahnıları-2013” layihəsindən söz düşmüşkən, yaxşı yadımdadır ki, münsiflər heyətinə Oqtay müəllim rəhbərlik edirdi...

- Elədir ki var, Oqtay Zülfüqarov Bakı Musiqi Akademiyasının prorektoru professor Gülnaz Abdullazadə ilə birgə Münsiflər Heyətinin həmsədrləri idi. Layihənin rəhbəri kimi mən, incəsənət xadimləri, o cümlədən bəstəkar Oqtay Rəcəbov, Musiqi Kollecinin direktoru Nazim Kazımov, bəstəkar Mehriban Əhmədova, şairlər Vahid Əziz, Baba Vəziroğlu, professor Minarə Dadaşova, rejissor Əbdül Mahmudbəyov, yazıçı Gülzar İbrahimova Münsiflər Heyətinin üzvləri idi. Onu da deməyə özümə borc bilirəm ki, müsabiqəyə anonim şəkildə təqdim olunan mahnıların seçim turlarında böyük həcmdə iş görüldü. Mən dəfələrlə bunu demişəm və bir daha vurğulamaq istərdim ki, səhhətindəki ciddi problemlərə baxmayaraq Oqtay müəllim Münsiflər Heyətini toplantıları, seçim turlarının birini də buraxmamışdı, hamıdan tez gəlir və sonadək üzərinə düşəni eləyirdi. Yeri gəlmişkən qala-konsertimiz Azərbaycan Dövlət Televiziyası tərəfindən lentə alınıb, dəfələrlə nümayiş etdirilib və “Qızıl Fonda” daxil edilib.

- İradə xanım, ELS-in həyata keçirdiyi layihələrdə tərəfdaşları çox olur. Yeni layihənizə kimlər dəstək olub?

- Artıq bu 9-cu layihədir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçiririk. Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi istiqamətində ardıcıl olaraq həyata keçirdiyimiz layihələrdə biz hər zaman dəstəyi Təhsil Nazirliyi, Bakı Təhsil İdarəsindən almışıq. Bu layihədə də həmçinin. İstər “Yeni Uşaq mahnıları-2013”, istərsə də hazırda işlədiyimiz layihəmizə Təhsil Nazirliyinin uşaq və gənclər yaradıcılıq və musiqi kollektivləri cəlb edilib. Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və digər qurumlar da layihələrimizə dəstək verənlər arasındadır.

- Kütləvi informasiya vasitələrində layihənizlə bağlı xəbərlərdə Oqtay müəllimin ailə üzvlərini də qala-konsert proqramının iştirakçıları arasında gördüm...

- Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət qala-konsertin təşkili ideyası yarananda düşündük ki, tədbir mütləq şəkildə ailə bayramı əhval-ruhiyyəsində olmalıdır. Biz uzun illər Oqtay müəllimin ailəsi ilə sıx təmasda olmuşuq və demək olar bütün ailə tədbirləri, yubileylərdə iştirak etmişik. Bu şən, qonaqpərvər, mehriban ailənin əksər üzvləri musiqiçilərdir və düşündük ki, niyə də Oqtay müəllimin yubileyini sağlığında olduğu kimi keçirməyək. Təbii ki, həmin atmosferi tamaşaçılara bəstəkarın ailə üzvləri olmadan yaşatmaq mümkün deyil. Layihəni müsabiqəyə təqdim etməzdən xeyli əvvəl Oqtay müəllimin ömür-gün yoldaşı İnarə xanım, oğlu Cahangir müəllim, qızı Leyla xanımla görüşdük, məsləhətləşdik və yalnız bundan sonra sənədləri müsabiqəyə təqdim etdik. Qala-konsertin rejissoru Leyla Zülfüqarovadır, musiqi rəhbəri isə bəstəkar Cahangir Zülfüqarovdur. Peşəkar aparıcılarımız çoxdur, lakin fikrimizcə bu funksiyanı Oqtay Zülfüqarovun ailəsində böyümüş, ona böyük sevgi ilə yanaşan nəvəsi, musiqiçi Əminə Zülfüqarovanın üzərinə qoyaq. Qala konsertin proqramı qoy sirr olaraq qalsın. Bircə onu deyə bilərəm ki, tamaşaçıları maraqlı sürprizlər gözləyir.

- Hazırda işlər hansı mərhələdədir?

- Bəstəkarın gecəsində ifa ediləcək əsərlərin və ifaçıların seçimi, konsert proqramının tərtibi prosesi, qala-konsertdə ifa ediləcək mahnı və rəqslərin aranjemanı başa çatıb. İndi səsyazma studiyalarında audio yazılar gedir, həmçinin konsertin iştirakçıları, o cümlədən 2 və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzləri, Respublika İncəsənət Gimnaziyasının mahnı və rəqs kollektivləri böyük maraq və həvəslə məşqlərə başlayıb.

Oqtay Zülfüqarovun Azərbaycanın ictimai həyatındakı yeri, milli musiqimizin təbliği, gənc nəslin mədəni-mənəvi inkişafı, layiqli vətəndaş kimi formalaşması istiqamətindəki fəaliyyətinə nəzər salsaq, onun əziz xatirəsini yaşatmaq üçün həyata keçirdiyimiz layihə dənizdə bir damladır.

Bircə onu deyə bilərəm ki, qala-konsertdə səslənəcək bütün mahnıları yeni aranjeman etdirməklə həmin mahnılara yeni nəfəs, yeni həyat vermişik və bu o deməkdir ki, Oqtay Zülfüqarov şən, gözəl, müasir mahnıları ilə bugünkü uşaqların da Oqtay babası olacaq.

Nigar

Palitra qəzeti

http://www.palitranews.az/news.php?id=105686

Прочитано 1832 раз