Qala-konsertə hazırlıq: mahnıların səsyazması gedir
Səsyazma studiyasında bəstəkar Oqtay Zülfüqarovun 90 illiyi ilə bağlı qala-konsertdə ifa olunacaq mahnıların audio yazıları davam edir. ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində keçiriləcək qala-konsertdə bəstəkarın uşaq mahnıları yenidən gündəmə gətiriləcək.
Mayın 19-da səsyazma studiyasında layihənin işçi qrupunun iştirakı ilə 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokal müəllimi Gülnarə Qurbanova və xormeyster İradə Cabbarovanın rəhbərliyi altında uşaqların ifa edəcəkləri mahnılar yazılıb.
Xatırladaq ki, Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət qala-konsertin keçirilməsi iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ELS Müstəqil Araşdırma Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində planlaşdırılır.