Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Пятница, 15 Февраль 2019 18:53

“Narkomaniyaya yox deyək” şüarı altında məktəblilər üçün tədbir keçirilib

Irada Yagubova ELSFevralın 15-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “ Sağlam həyat tərzi” layihəsi çərçivəsində “ Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsi, Nəsimi Rayon Polis İdarəsi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyinin təmsilçiləri, ELS Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi, Nəsimi rayonunda yerləşən tam orta məktəblərinin şagirdləri və digər qonaqlar iştirak edirdi.

Tədbirdə çıxış edən ekspertlər narkomaniya probleminin son illər kəskin xarakter aldığını, narkomaniyanın acı nəticələri haqqında məlumat verdilər, yeniyetmələri daha diqqətli olmağa çağırdılar. Narkomaniya bir sıra səbəblərə görə baş verə bilər, məsələn, həmyaşıdların təsiri, cansıxıcılıqdan yaxud ailədəki problemlərdən xilas olmaq və s. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova tədbirdən əvvəl məktəblilər arasında keçirdikləri sorğunun nəticələrini açıqladı. Onun sözlərinə görə, narkomanlara münasibət, yeniyetmələrin hansı səbəbdən narkotiki qəbul etməsi, narkotiklərin qəbulunun hansı nəticələr verə biləcəyi və bu kimi suallara verilən cavablardan məlum olur ki, gənc nəsil problemin kökündən xəbərsizdir. İ.Yaqubovanın qənaətinə görə, mütəxəssislər gənclərə daha effektiv üsullarla işləməlidirlər ki, onlar problemi dərk etsinlər və narkotik istifadəçilərinin təsiri altına düşməsinlər.

Ekspertlər hesab edirlər ki, məktəblərdə narkomaniya ilə mübarizəyə dair maarifləndirici tədbirlər gücləndirilməli, uşaqlara narkomaniyanın zərəri, onun törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilməlidir.

Qeyd edək ki, tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri narkotik maddələrin zərərini açıq şəkildə göstərən səhnəciklər nümayiş etdirdilər.

Прочитано 1757 раз