Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 12 Февраль 2019 12:51

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb

1 nomreli mektebAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evində olub. AZƏRTAC xəbər verir ki, körpələr evinin baş həkimi əvəzi Simuzər Topçubaşova Birinci vitse-prezidentə məlumat verib. Bildirilib ki, hazırda burada 3 yaşadək 13 uşaq var.

Birinci vitse-prezident Mehriban Əliyeva valideyn himayəsindən məhrum olan uşaqlara daim diqqətlə yanaşır, onların gələcəkdə fiziki və mənəvi cəhətdən sağlam, dünya görüşlü, bilikli, savadlı yetişməsi üçün mühüm layihələrə imza atır. Heydər Əliyev Fondunun prezidentinin Nəsimi rayonundakı körpələr evini növbəti dəfə ziyarət etməsi Mehriban xanım Əliyevanın buranın sakinlərinə nə dərəcədə həssaslıqla yanaşdığını, onlarla mütəmadi olaraq maraqlandığını bir daha nümayiş etdirir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində yeni körpələr evi, uşaq bağçalarının inşası, mövcud olanların isə yenidən qurulması əsas yer tutur. Bütün bunlar sübut edir ki, Fond gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların sosial məsələlərinin həlli, sağlamlığının qorunması, bu həssas qrupa daxil olanların vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində indiyədək bir çox vacib layihələr icra edib.

Qeyd edək ki, 1930-cu ildə tikilən bu bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə, daha sonra 2014-cü ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Fondun prezidenti Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub. Binadakı yataq, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları zəruri avadanlıq və inventarla təchiz edilib.

Прочитано 1763 раз