Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 22 Сентябрь 2015 11:20

Təhsil Nazirliyi dərsliklərdə vulqar sözlərin işlənməsinə münasibət bildirib

tehsil nazirliy 1“Dildə nəyisə qadağan etmək mümkünsüzdür. Dil cəmiyyətin güzgüsüdür. Necə ki, cəmiyyətdə yaxşı və pis insanlar var, eləcə də dildə yaxşı və pis sözlər var. Son vaxtlar 10-cu sinif “Ana dili” dərsliyində Xalq yazıçısı İsmayıl Şıxlının “Dəli Kür” romanından bir parça müzakirə olunur. Sadəcə, romandan verilən ifadələr şagirdə həmin ifadələrin harada, necə və nə üçün işlədilməsini müəyyən etmək üçün təqdim olunur”. APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Tədris Resursları şöbəsinin müdir müavini Əsgər Quliyev bu gün orta məktəblərin “Ana dili” dərslikləri ilə bağlı keçirilən mətbuat konfransında deyib...

Ə. Quliyev bildirib ki, 8-ci sinif “Ana dili” dərsliyində də buna bənzər və fərqli kontekstdə nitq məsələləri ilə bağlı fikirlər yer alıb: “Bəzi mütəxəssislər dərsliklərə ədəbiyyat müntəxəbatı kimi baxırlar. Biz yeni dərslikləri sovet vaxtı çap olunan dərsliklərlə müqayisə etməməliyik. Bəziləri elə bilir ki, həmin bu mətnlər təsadüf nəticəsində bura düşür. Bunu mütləq şəkildə bilmək lazımdır ki, bu mətnlər müəyyən olunmuş standartlara uyğun hazırlanır”.

Müdir müavini qeyd edib ki, dərsliklər Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və 4 ali məktəbin ekspertləri tərəfindən yoxlanılıb.

8-ci sinif “Ana dili” dərsliyinin həmmüəllifi Samirə Bektaşi isə mətbuat konfransında deyib ki, dərslik hazırlananda qabaqcıl ölkələrin metodikası öyrənilib: “Rusiyada 6-cı sinif “Ana dili” dərsliyində “Obşaqa”, “Tusovka”, “Juk”, “Taçka” kimi ifadələr öyrədilir. Bəs biz niyə  Azərbaycanda bundan qaçmalıyıq?! Bizim 8-ci sinif “Ana dili” dərsliyində də bizim verdiyimiz “Dibil” və sair ifadələr şagird və yeniyetmələrin arasında çox işlənilir”.

S. Bektaşi bildirib ki, dərsliklər yazılmamışdan əvvəl standartlar öyrənilib: “Dərsliklər auditoriyanın səviyyəsi nəzərə alınaraq hazırlanıb. Uşaqların bugünkü danışığını ədəbi dillə müqayisə etdik. Mətnin sonunda da tövsiyə etmişik ki, ay uşaq, özün seç düzgün qaydanı. Mən düşünürəm ki, biz bu yolda şagirdlərə nitq fəaliyyətini və mədəniyyətini öyrətmək üçün düzgün yol seçmişik. Biz dilimizin saflığını qorumaq üçün bunu etmişik”.

Прочитано 3477 раз