Пятница, 13 Июнь 2014 11:01
Gələn tədris ilində Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq
Təhsil naziri Azərbaycanda dərs ili müddətinin artırılması məsələsinə növbəti dəfə aydınlıq gətirib. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransında deyib ki, gələn tədris ilində Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq.
Nazir qeyd edib ki, növbəti tədris ilinin bitmə tarixini elan etməyə hələlik hazır deyil: “Hazırda nazirlikdə növbəti dərs ilinin tədris planı və təqvimi bağlı bir neçə variant hazırlanıb. Tədris ilinin uzadılması barədə qərar və bunun səbəbləri bir neçə dəfə diqqətə çatdırılıb”.
Bundan başqa, nazir buraxılış imtahanlarında iştirak etmiş bütün şagirdlərə orta təhsil haqqında attestatların veriləcəyini də bildirib.