Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 12 Июнь 2014 10:21

Buraxılış imtahanında XI sinif şagirdlərinin 1746-sı “Ana dili”, 2674-ü isə “Riyaziyyat”dan “2” qiyməti alıb

TQDK 1Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də keçirilmiş ilk buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 8-də IX və XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.

Belə ki, buraxılış imtahanında 39 731 IX sinif şagirdi iştirak edib. Onlardan 6728-i “Ana dili”, 9052-si isə “Riyaziyyat” fənnindən “5 qiyməti alıb. Şagirdlərin 11 057-si “Ana dili”, 9393-ü “Riyaziyyat” fənnindən “4”, 17 138-i “Ana dili”, 14785-i “Riyaziyyat” fənnindən “3”, 4808-i “Ana dili”, 6501-i isə “Riyaziyyat” fənnindən “2” qiyməti əldə edib.

 İyunun 8-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 29 869 XI sinif şagirdi iştirak edib. Onlardan da 7616-sı “Ana dili” 6943-ü “Riyaziyyat” fənnindən “5”, 10 761-i “Ana dili”, 11 997-si “Riyaziyyat” fənnindən “4”, 9746-sı “Ana dili”, 8255-i “Riyaziyyat” fənnindən “3”, 1746-sı “Ana dili”, 2674-ü isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.

 Qeyd edək ki, TQDK iyunun 8-də Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirib. Həmin gün eyni zamanda bu şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri, habelə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsinin şagirdləri mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı veriblər. Bu imtahanların nəticələri iyun ayının 10-da saat 21:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı “Azercell”, “Bakcell” və “Nar Mobile” nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

Прочитано 1787 раз