Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« March 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 15 Oktyabr 2016 13:40

“ELS” İctimai Televiziyada növbəti mövzunu təqdim etdi

14.10.2016“Addım-addım” verilişinin canlı efirində “İnformasiya-kommunikasiya texnologilarının ailə münasibətlərinə təsiri” mövzusu araşdırıldı  

Oktyabrın 14-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyada növbəti mövzusu ətrafında ictimai debatlar keçirildi.

VİDEO

Bu dəfə “Addım-addım” verilişinin canlı efirində “İnformasiya-kommunikasiya texnologilarının ailə münasibətlərinə təsiri” mövzusu ekspertlər, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri və layihənin müəllifi İradə Yaqubova, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Aynur Veysəlova, jurnalist Lalə Musaqızı və valideyn Naibə Qurbanovanın müzakirə ptredmeti oldu.  

İ.Yaqubovanın sözlərinə görə, sentyabr ayında  ölkənin 21 ali təhsil müəssisəsinin 1050 tələbəsi arasında layihə çərçivəsində araşdırılan məsələlərlə bağlı sorğu keçirildiyini bildirdi. Sorğuya ailə institutuna münasibət, gənclərin gözləntiləri və s. məsələlər daxil edilmişdir. Müzakirə olunan mövzu ilə bağlı sorğunun nəticələrinə görə, ailədaxili münasibətlərə müsbət təsiri: televiziya (20,7%), mobil telefonlar (15,0%), İnternet (17,3%), sosial şəbəkələr (9,3%) mənfi təsiri: televiziya (34,6%), mobil telefonlar (61,4%), İnternet (60,4%), sosial şəbəkələr (76,8%) göstərir.

Aynur Veysəlova müzakirə olunan mövzunun çox aktual olduğunu və informasiya-kommunikasiya texnologiyalarının gündəlik həyatın vacib elementinə çevrildiyi dedi. Onun fikrincə, İKT-nin müsbət tərəfi ondadır ki, evdar qadın övladlarının yetişdirməsi, gidalanması, məişətdə bilmədiklərinin əldə etməsi üçün internetdən istifadə edir, şagird və tələbələr müəyyən biliklərinin artırılması və genişləndirilməsi istiqamətində İKT-in imkanlarından yararlanırlar. Mənfi tərəfinə gəlincə, ailə üzvləri bir-birindən uzaqlaşır, internet, mobil telefon və televiziyadan asılılıq ünsiyyət problemi yaradır.

“İnformasiya-kommunikasiya texnologilarının ailə münasibətlərinə təsiri” məsələsi ətrafında ictimai debatlar zamanı poblemin həlli istiqamətində ekspertlərin maraqlı fikir və təklifləri səsləndi.

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin layihəsi çərçivəsində müzakirələr növbəti həftələr İctimai Televiziyanın efirində davam edəcək. 

Oxunub 4877 dəfə