5 yaşlı qız oyuncaqlar dükanında işləyir
Kent qraflığının sakini, 5 yaşlı Cessika Rostbruk uşaq oyuncaqları dükanında işləyir və onun vəzifəsi “tester” kimi səslənir. Oyuncaqları istehsal edən şirkət balaca qızın valideynləri ilə rəsmi müqavilə imzalayıb. Piştaxtaya şirkətin bu və ya digər məhsulunun düşüb-düşməyəcəyinə dair qəaraı mhz Cessika verir.
Hər səhər Cessikanın evinə şirkətin istehsal etdiyi yeni məhsulların nümunələri çatdırılır. Oyuncaqla diqqətlə tanış olan Cessika təəssüratları haqqında hesabat tərtib etməlidir. Hesabatında o, bu və ya digər oyuncağın hər hansı çatışmayan cəhətini qeyd edir, istehsalçı-şirkət isə diqqətlə onun tövsiyələrini nəzərə alır.
Cessikanın valideynləri qızlarının körpələrin xeyrinə işləməsindən məmnundurlar. Belə ki, uşaqlarına hədiyyə etmək istəyən şəhər sakinləri məsləhət üçün məhz Cessikaya müraciət edirlər. Cessikanın valideynləri qızlarının oyuncaqlar dükanında işləməyə başlayandan sonra daha ciddi və məsuliyyətli olduğunu deyir. Balaca qız oyuncaqları istehsal edən şirkət və balaca həmyerlilərinin valideyləri qarşısındakı məsuliyyəti yaxşı bilir.
Öz növbəsində şirkət nümayəndələri bildirir ki, Cessika dükanda işləməyə başlayandan sonra oyuncaqların satışı xeyli artmışdır.