Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 18 May 2012 13:17

Mİlli Televiziya və Radio Şurası ölkədə Uşaq Televiyasının açılmasına bu gün zərurət görmür?!

Irada Yagubova-ELS

Halbuki gənc nəslin əxlaqi-mədəni tərbiyələndirilməsinə ən böyük zərbəni elə milli telekanallarımızın yayımladığı verilişlər vurur 

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya müsahibəsində ölkədə uşaq televiziyasının açılmasının mümkün olub-olmamasına  münasibət bildirib: “Gələcəkdə zərurət yaranacaqsa, biz bunu edəcəyik. Son 5 ildə Azərbaycanda 4 ümumrespublika yayımçısı olan kanal açılıb. Bu, kiçik rəqəm deyil. Biz istərdik ölkədə uşaq televiziyası da olsun. Amma bunun üçün yetərincə imkan varmı? İndi o potensial yoxdur. Əgər dövlət bunu öz öhdəsinə götürərsə, biz bunu çox həvəslə edərik. Amma biz tender elan edib uşaq televiziyasını adi bir həvəskara verə bilmərik. Bu, çox ciddi məsələdir. Biz gərək buna hazırlıqlı olaq”. 

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2 ildən artıqdır ki ölkədə Uşaq Televiziyasının açılması ilə bağlı ictimaiyyət arasında təbliğat kampaniyasına başlamışdır. Mərkəz ölkə ərazisində yayımlanan 9 ümumölkə və 11 regional televiziya kanalının proqramlarının 2011-2012 illərdə monitorinqini aparmış, uşaq və yeniyetmələr üçün ayrılan efir vaxtında göstərilən verilişləri təhlil etmiş və ictimaiyyətin müzakirəsinə vermişdir. “ELS” uşaqların mədəni-mənəvi tərbiyələndirilməsi və maarifləndirilməsi ilə peşəkar səviyyədə məşğul olacaq dövlət Uşaq Televiziya Kanalının açılması və bununla bağlı müzakirələrin başlanması, uşaq və yeniyetmələr üçün verilişlərin və filmlərin (bədii, seriallar, animasiya və cizgi) istehsalına dair dövlət maliyyə yardımının göstərilməsi və bununla da milli uşaq televiziya verilişləri bazasının dirçəldilməsi və zənginləşdirilməsinin təmin edilməsi təklifləri ilə 02.04.2011 və 25.04.2012-ci il tarixlərində prezident İlham Əliyevə müraciət də etmişdir.

Əslində bu məsələ ilə ölkə ərazisinə yayımlanan telekanallara nəzarət mexanizmini həyata keçirən qurum, yəni Milli Televiziya və Radio Şurası məşğul olmalı və təkliflər paketi hazırlayıb dövlət başçısına təqdim etməlidir. Mərkəzin həyata keçirdiyi monitorinqin nəticələri bu sahədə ciddi problemlərin, uşaq verilişlərinə ayrılan efir vaxtı azalmaqla yanaşı, həm də keyfiyyət baxımından qeyri-qənaətbəxş olduğunu üzə çıxarmışdır. Bundan məlumatı olan Nuşirəvan Məhərrəmli isə hələ də gələcəyə işarə edir və Uşaq Televiziyasının açılmasına bu gün zərurət olmadığını dilə gətirir. Hətta o, buna hazır olmadıqlarını da etiraf edir. Maraqlıdır, Azərbaycanda uşaqlar üçün ayrıca telekanalın yaradılması nə qədər vaxt tələb edir? Milli Televiziya və Radio Şurası buna nə vaxt hazır olacaq və bu hazırlıq nədən ibarətdir?

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi bu istiqamətdə fəaliyyətini davam etdirəcək və yad mədəniyyəti təbliğ edən, yanlış dünyagörüşü formalaşdıran cizgi filmləri, həmçinin milli ənənələrimizə tamamilə zidd olan və uşaq şüuruna mənfi təsir göstərən zərərli verilişlərin efirdən çıxarılmasına çalışacaq.

 İradə Yaqubova,

 “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri


Oxunub 2031 dəfə