Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 13 Aprel 2012 11:33

«Vergilər uşaqların gözü ilə» adlı rəsm müsabiqəsi keçiriləcək

13aprel

1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Vergilər Nazirliyinin təşəbbüsü və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasının dəstəyi ilə «Vergilər uşaqların gözü ilə» adlı onuncu rəsm müsabiqəsi keçiriləcək. “APA-ECONOMICS”in  məlumatına görə, gənc nəslin vergi haqqında anlayış və biliklərini artırmaq, gələcəyin potensial vergi ödəyicilərinə vergi mədəniyyəti aşılamaq istiqamətində hər il təşkil olunan bu sərgilərdə məqsəd vergi haqqında biliklərin uşaqların başa düşə biləcəyi formada onlara çatdırılmasından ibarətdir.

Rəsm müsabiqələri bu biliklərin uşaqlar tərəfindən mənimsənilməsinin stimullaşdırılması üçün bir vasitədir. Bu müsabiqələrdə uşaqlarda vergi barədə formalaşdırılmış biliklər kağız üzərinə köçürülür. Müsabiqələrdə iştirak edən rəsm əsərləri Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasına təqdim olunur və münsiflər heyəti tərəfindən qiymətləndirilir. Təşkil olunan sərgidə isə təqdim olunan bütün rəsm əsərləri nümayiş olunur. Rəsm müsabiqəsi 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına daxil olan iştirakçılar arasında keçirilir. Rəsm müsabiqələri çərçivəsində asfalt üzərində rəsm və hekayə müsabiqəsi də keçirilir. Hər il 250-dən çox rəsm əsərinin təqdim olunduğu sərgilərdə rəsm əsərlərinin müəllifləri sertifikatla, qaliblər isə xüsusi diplom və hədiyyələrlə təltif olunur.

Tədbirdə nümayiş olunan rəsm əsərləri «Vergilər uşaqların gözü ilə» adlanan jurnal şəklində çap olunur və rəsm müsabiqəsinin iştirakçılarına paylanır. Azərbaycan və ingilis dillərində çap olunan jurnal həmçinin Vergilər Nazirliyinin il ərzində iştirak etdiyi bütün sərgilərdə, nazirliyin təşkil etdiyi digər tədbirlərdə də paylanır. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Vergilər Nazirliyinin inzibati binasının divarlarında öz layiqli yerini tutub və Vergilər Nazirliyi tərəfindən hazırlanmış “Müstəqil Azərbaycanın vergi sistemi” adlı xüsusi nəşrdə də əksini tapıb.

Ötən illər ərzində sərgidə ümumilikdə 2500-ə yaxın rəsm əsəri iştirak edib. Bu illər ərzində sərgiyə təqdim olunan rəsmlər də xeyli təkmilləşib, mövzu çalarları zənginləşib. Hər il keçirilən bu müsabiqə iştirakçıların yüksək marağına səbəb olur. Bu il də «Vergilər uşaqların gözü ilə» sərgisinin yubiley tədbiri olaraq yüksək səviyyədə keçirilməsi nəzərdə tutulmuşdur. Ötən illərdən fərqli olaraq bu il müsabiqəyə 1 iyun tarixində H.Cavid adına parkda yekun vurulacaq. Final günü rəsm işlərinin sərgisi ilə yanaşı, qaliblərin təntənəli şəkildə təltif olunması və uşaqlar üçün böyük şənliyin təşkili nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək istəyənlər rəsmlərini 20 may 2012-ci il tarixədək T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasına (28 May küçəsi, 21) təqdim etməlidirlər.

Oxunub 3906 dəfə