Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 04 Aprel 2012 13:40

Bakıda xüsusi istedadlı uşaqlar üçün müasir ingilis məktəbi tikilir

mekteb4Aprelin 4-də Bibiheybətdə, neftlə çirklənmədən təmizlənmiş ərazidə Müasir İstedadlar Məktəbinin təməlqoyma mərasimi keçirilib. «APA-ECONOMICS»in məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə tikilən və tikintisi şirkət tərəfindən maliyyələşdiriləcək məktəb məşhur ingilis məktəbləri tipində inşa olunacaq.

Tədbirdə bildirilib ki, ingilis məktəbləri sisteminə məxsus standartlara uyğun fəaliyyət göstərəcək Bakı Müasir İstedadlar Məktəbində 1200 şagird təhsil alacaq. Burada məktəbəqədər, ibtidai və orta təhsil bölmələri fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil bölməsinə 3 yaş qrupunda 75-100 nəfər uşağın artıq bu ildən qəbulu nəzərdə tutulur. Tələbatın artacağı təqdirdə, 4 və 5 yaşlı uşaqların 2012-ci ilin sentyabrında və ya 2013-cü ilin yanvarında məktəbə qəbulu həyata keçiriləcək.

Məktəb kompleksində ümumilikdə 69 sinif otağı inşa olunacaq, hər birinin sahəsi 45 kv. m olan siniflər müasir üslubda tikiləcək və bütün zəruri avadanlıqlarla təchiz ediləcək. Bundan başqa, məktəbdə 100 şagird yerlik kitabxana, 600 nəfərlik akt zalı, iclas otaqları, pedaqoji heyət üçün iş otaqları, laboratoriyalar, idman zalı, hovuz, futbol və basketbol meydançaları, ibtidai və orta təhsil bölmələri üçün 250 və 300 yerlik bir neçə yeməkxana və mətbəx, eləcə də 120 yerlik yataqxana binası, tibb məntəqəsi, kompyuter otaqları və qeyri-tədris sahələri yaradılacaq.

Pulsuz fəaliyyət göstərəcək məktəbdə həm Bakıda, həm də respublikanın rayonlarında yaşayan uşaqlar təhsil ala biləcək. Rayonlardan olan şagirdlər məktəbin yataqxanasında yaşayacaqlar.

Mərasimdə qeyd olunub ki, beynəlxalq standartlara uyğun ən müasir tədris plan və texnologiyaları əsasında fəaliyyət göstərəcək Bakı Müasir İstedadlar Məktəbinin yaradılması prosesinə Böyük Britaniyanın bu sahədə zəngin təcrübəyə malik “Gabbitas” məsləhətçi təhsil şirkəti də cəlb edilib. Bu il martın 12-14-də həmin şirkətin Londondakı ofisində yeni tikiləcək məktəbin rəhbər vəzifələrinə pedaqoji heyətin işə qəbul edilməsi məqsədilə müsahibələr aparılıb. ARDNŞ əməkdaşlarının iştirakı ilə aparılan müsahibələrdə dünyanın müxtəlif ölkələrində ingilis məktəblərinin yaradılması işində böyük təcrübə qazanmış 50-dən çox iddiaçı arasından ən layiqli mütəxəssislər seçilib. Müsahibələrin nəticələrinə görə, məktəbin bütün rəhbərliyi xarici vətəndaşlar olacaq. Belə ki, məktəbin direktoru vəzifəsinə keçirilən beynəlxalq müsabiqənin qalibi Qrem Pollok, Məktəbəqədər təhsil bölməsinin və İbtidai təhsil bölməsinin rəhbəri vəzifələrinə elan olunmuş müsabiqənin qalibləri Alison Kuk və Kiz Cekson olub. Bu günlərdə bu vəzifələrə təyinatlar ediləcək.

Qeyd edək ki, məktəbdə bağça və məktəbəqədər təhsil bölməsi üzrə dərslər cari ilin sentyabr ayında, ibtidai və orta təhsil bölmələri üzrə dərslər isə 2013-cü ilin sentyabr ayında başlayacaq.

Oxunub 2374 dəfə