Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 03 İyun 2019 13:47

“Şənlən, mənim xalqım!” adlı qala-konsertə hazırlıq işləri başa çatdı

2019-06-03 at 20.42.29İyunun 3-də ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində Azərbaycanın Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət “Şənlən, mənim xalqım” adlı qala-konsertə hazırlıq işlərini başa çatdırıb.

 

 

FOTOQALEREYA

 

Layihənin işçi qrupu Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qala-konsertin iştirakçıları olan 2 və 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzləri, Respublika İncəsənət Gimnaziyasının mahnı və rəqs kollektivlərinin sonuncu məşqini keçirib.

 

Qeyd edək ki, iyunun 4-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Oqtay Zülfüqarovun 90 illiyi ilə bağlı uşaq musiqi kollektivlərinin ifasında tamaşaçılara bəstəkarın sevilən uşaq mahnıları yeni aranjemanda təqdim olunacaq.

Qala-konsertdə rəsmi dövlət qurumlarının təmsilçiləri, tanınmış incəsənət xadimləri, bəstəkarın ailə üzvləri, ictimai təşkilatlar və mətbuat nümayəndələri, və nəhayət, O.Zülfüqarovun ən balaca və sevimli tamaşaçıları iştirak edəcəklər.

Qeyd etmək lazımdır ki, Oqtay Zülfüqarov yaradıcılığında əsas yeri uşaqlar üçün yaratdığı mahnılar tutur. "Telefon", "Qatar", "Ovçu", "Kim sevirsə idmanı?", “Lavaş”, “Sərçə”, “Can nənə” və başqa əsərləri bir çox nəsillər tərəfindən sevilir və gün də aktuallığını itirməmişdir.

O.Zülfüqarov Azərbaycan musiqili mədəniyyət tarixində mühüm yer tutan iki simfoniya, violonçel, fleyta və simfonik orkestr üçün konsertlər, "Şənlən, mənim xalqım" uvertürası, "Pişik və sərçə" opera-nağılı, "Sehrli alma" uşaq baleti, simli kvartet, fortepiano triosu, mahnı və romansların müəllifidir.

Layihənin gedişatı haqqında ətraflı məlumat ELS Müstəqil Araşdırmalar Mərkəzinin els.az və meneviservetimiz.az saytları, həmçinin www.facebook.com/www.els.az/ səhifəsində.

Oxunub 1815 dəfə