Bazar ertəsi, 27 May 2019 16:17
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak ediblər
Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.